Azərbaycan Respublikası Təhsil Nazirliyi
Peşə Təhsili üzrə Dövlət Agentliyi
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi
İstehsalat Təcrübəsinin
Proqramı
Təsnifatda ixtisasın şifri ( kodu ): 030304
Milli təsnifatda şifri/ kodu: 030303
İSCO – 08 sistemində kodu: 612
İSCED təsnifatında kodu: 3 B
Təhsil müddəti : 2 il.
Qəbələ 2017
“Təsdiq edirəm”
Tİİ üzrə direktor müavini__________________________
“_____” “ _________________” 2017 ci il
Heyvandarlıq mütəxəssisi üzrə istehsalat təcrübəsinin proqramı peşə təhsili üzrə normativ - hüquqi sənədlərə əsasən, modul tipli təhsil proqramlarına uyğun hazırlanmışdır.
Tərtib edən : Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi , Şahsun Abbasbəyli
Təhsil Mərkəzinin istehsalat təlimi və ixtisas fənləri üzrə metodiki komissiyanın “____” “___________” 2017 ci il tarixli iclasında protokol N _____ müzakirə edilmiş və tövsiyə edilmişdir.
Metodiki komissiyanın sədri _______________ R. Məmmədova
Mündəricat
İstehsalat təcrübəsinin işçi proqramının pasportu 4-- 5
Istehsalat təcrübəsinin işçi proqramının mənimsənilməsinin nəticələri 6 – 7
Istehsalat təcrübəsinin məzmunu 8 – 11
Istehsalat təcrübəsinin keçirilmə şərtləri 11
Istehsalat təcrübəsinin işçi proqramının mənimsənilməsinin nəticələrinin
qiymətləndirilməsi və nəzarət 12
İstehsalat Təcrübəsinin İşçi Proqramının Pasportu
Proqramın istifadə edilmə sahəsi
İstehsalat təcrübəsinin işçi proqramı “ Heyvandarlıq mütəxəssisi” ixtisasi üzrə təhsil proqramının əsas hissəsidir və ixtisasın mənimsənilməsi nəticəsində:
Kənd təsərrüfatı müəssisələri və fermer təsərrüfatlarında “südlük maldarlıq”,”qoyunçuluq” və “quşçuluq” üzrə mütəxəssis;
Kənd təsərrüfatında heyvandarlıq sahəsi üzrə işçi
Ixtisası verləcəkdir.
İstehsalat təcürbəsinin işçi proqramı müyyən düzəlişlər edilməklə əlavə peşə-ixtisas təhsilində də istifadə oluna bilər.
Təhsil səviyyəsi-ümumi orta.
1.2. İstehsalat təcrübəsinin məqsəd və vəzifələri;Təlim prosesində əldə edilmiş peşə bacariqların təkminləşdirilməsi və möhkəmləndirilməsi ümumi və peşə səriştələrinin inkişafı,istehsalat proseslərinin mənimsədilməsi,birlikdə işləyərək əməkdaşlıq etmə qabiliyyətlərinin formalaşması və şagirdlərin konkret iş şəraitinə uyğunlaşdırılması.
Dostları ilə paylaş: |