Azərbaycan Respublikası Təhsil Nazirliyi Post-neft dövründə Azərbaycanda monetar siyasəyin effektivliyi



Yüklə 264,84 Kb.
səhifə10/18
tarix01.01.2022
ölçüsü264,84 Kb.
#105340
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
1.3 Mərkəzi Banı

Azərbaycan Respublikasının Mərkəzi Bankı- Azərbaycan Respublikasının mərkəzi bankıdır. Bankın inzibati binası Bakı şəhərində yerləşir. Azərbaycan Respublikasının Milli Bankı “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə yaradılmışdır.

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir.(29)

Mərkəzi Bank öz məqsədlərinə nail olmaq üçün Mərkəzi Bank aşağıdakı funksiyaları həyata keçirir:


  • Pul və valyuta siyasətini həyata keçirir;

  • Nağd pul dövriyyəsini təşkil edir;

  • Manatın rəsmi məzənnəsini müəyyən edir;

  • Valyuta tənzimi və nəzarətini həyata keçirir;

  • Qızıl-valyuta ehtiyatlarını idarə edir;

  • Tədiyə balansını tərtib edir;

  • Ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir;

  • Ödəniş sistemlərini təşkil edir və tənzimlənir.

Mərkəzi bankın həyata keçirdiyi siyasət:

• Mərkəzi Bankın istifadə etdiyi əsas siyasət alətləri aşağıdakılardır:

– Açıq bazar əməliyyatları;

– Məcburi ehtiyat normasının müəyyən edilməsi (hazırda 2%-dir);

– Uçot dərəcəsinin dəyişdirilməsi (hazırda 3,5%-dir); – Valyuta intervensiyası.

Mərkəzi Bankın xüsusi lisenziyası olmadığı halda, ölkədə bütün ödəmələr manatla həyata keçirilir.

• Əmtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Mərkəzi Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində çatdırılmalıdır.

• Ölkə rezidenlərinin nağd valyuta sərvətlərini gömrük orqanlarına bəyan etməklə məhdudiyyət qoyulmadan Azərbaycana gətirmələrinə, adambaşına 10 min ABŞ dolları ekvivalenti məbləğində valyuta sərvətini sənəd təqdim edilmədən gömrük orqanlarına bəyan etməklə Azərbaycandan çıxarmalarına icazə verilmişdir.

• Əvvəllər ölkəyə nağd şəkildə gətirilmiş valyuta sərvətlərindən 50 min ABŞ dolları ekvivalentinədək məbləği gömrük orqanlarına bəyan etməklə, 50 min ABŞ dollarından artıq məbləği isə valyuta gətirilən ölkənin bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə müvəkkil banklar vasitəsilə ölkədən çıxarmalarına icazə verilmişdir.


Yüklə 264,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin