Azərbaycan Respublikası Təhsil Nazirliyi Post-neft dövründə Azərbaycanda monetar siyasəyin effektivliyi


II fəsil. Post-neft dövrünə qədər və post-neft dövründə sonra Azərbaycanda monetar siyasət



Yüklə 264,84 Kb.
səhifə12/18
tarix01.01.2022
ölçüsü264,84 Kb.
#105340
1   ...   8   9   10   11   12   13   14   15   ...   18
II fəsil. Post-neft dövrünə qədər və post-neft dövründə sonra Azərbaycanda monetar siyasət

2. Post-neft dövrünə qədər Azərbaycanda monetar siyasət

İlk öncə İqtisadi təhlükəsizliyin təmin olunmasında pul-kredit siyasətindən istifadənin müasir vəziyyətini aydınlaşdırmaq üçün iqtisadi təhlükəsizlik anlayışını bilmək lazımdı. Müasir dövrdə ən çox aktuallığı daha da artıran məsələlərdən biri iqtisadi təhlükəsizlik anlayışıdır. İqtisadi və siyasi baxımından  rəqabətin güclənməyə davam etdiyi hazırkı cəmiyyətdə iqtisadi təhlükəsizliyin əhəmiyyəti daha da  yüksəlməkdədir.

Avropa ölkələri  mütəxəssislərinin fikrincə, iqtisadi təhlükəsizlik ən azı iki suala cavab verməlidir: "Ölkənin iqtisadi müstəqilliyini saxlamaq, təsərrüfatın inkişafına aid qərarların qəbul edilməsi qabiliyyətini itirməmək;

Azərbaycan iqtisadi sistemi bütövlükdə iqtisadi təhlükəsizliyin obyekti kimi çıxış edir. İqtisadi təhlükəsizliyin subyekti isə hakimiyyətin qanunverici, icraedici və məhkəmə orqanlarıdır. Ümumilikdə elmi ədədbiyyatda "təhlükəsizlik " anlayışı ilk dəfə XII əsrdə Avropada işlədilmişdir. O vaxtdan bu anlayış insan mənəviyyatını hər cür təhlükədən qorumaq mənasını vermişdir. Cəmiyyətin və onun strukturlarının daxili və xarici təhlükələrdən qorunması meyli və vəziyyəti təhlükəsizlikdir. Təhlükəsizliyə həm də milli həyat tərzi daxildir. Beynəlxalq iqtisadi inteqrasiyanın və qloballaşmanın geniş miqyas aldığı indiki şəraitdə millətin özünəməxsusluğunun itirilməsi təhlükəsi yaranmışdır.

Azərbaycan Respublikasında  iqtisadi təhlükəsizliyin təmin olunmasın əsas göstəricilərindən biri də onun prinsiplərinə hansı səviyyədə yanaşmadan asılıdır. Belə ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasının əsas prinsiplərinə aiddir: Respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında Konstitusiyaya və onun qanunlarına riayət olunmalıdır; İqtisadi təhlükəsizlik vahid dövlət siyasətinə əsaslanmalıdır və onun təmin olunması istiqamətləri tarazlaşdırılmada və əlaqələndirilmədə müstəsna rola malik olmalıdır; Hazırda iqtisadi təhlükəsizlikdə ərzaq təhlükəsizliyi əsas məsələdir. 2012-ci ildə ölkədə kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, oktyabrın  1-dək dənli bitkilər səpilmiş sahələrin 99,3 faizinin məhsulu yığılıb. Orta hesabla, hər hektardan məhsuldarlıq 1,7 sentner artaraq 27 sentnerə çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 13,6 faiz, pambıq 35,3 faiz, üzüm 22,2 faiz, çay 21,4 faiz, tütün 15,8 faiz, meyvə və giləmeyvə 10,3 faiz, dən üçün günəbaxan 4,1 faiz, kartof 2,7 faiz, tərəvəz istehsalı 0,7 faiz artıb.  Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd 5,7 faiz, yumurta 19,3 faiz, yun istehsalı 1,2 faiz artmışdır. Beləliklə, əvvəlki illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,2 faiz, heyvandarlıq məhsulları 5,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz artıb. (29)

Bütün sahələrdə həmişə iqtisadi təhlükəsizliyə  önəm verilməlidir. İqtisadi təhlükəsizliyin təmin olunmasında əsas yerləri maliyyə və pul-kredit siyasətinin təşkili təmin edir. Pul-kredit siyasətinin düzgün istiqamətlənməsi ölkədə iqtisadi gücün artmasına gətirib çıxardır.(2;54) Pul-kredit siyasəti iqtisadi siyasətin yeganə aləti deyil. Ancaq bazar iqtisadiyyatında bu siyasətin fəaliyyəti çox böyük məsuliyyət daşıyır. Pul-kredit siyasəti istənilən iqtisadi sistemin əsas hissəsi sayılır. Pul-kredit siyasəti dedikdə istehsal prosesləri və konyukturanın idarə edilməsi məqsədilə monetar hakimiyyət tərəfindən pul-kredit sferasında yürüdülən siyasət başa düşülür. Müasir dövrdə  iqtisadiyyatlı pul-kredit siyasətinin köməyilə  iqtisadi təhlükəsizliyin əsas problemi olan inflyasiya həll edilir. Pul-kredit siyasəti də inflyasiyanın tənzimlənməsinin ideal metodudur. Ona görə də belə demək olar ki, pul-kredit siyasətinin keçirilməsi ölkəni iqtisadi böhrandan çıxmağa kömək edir. İEÖ-lərdə pul-kredit siyasəti daha aktiv formada tətbiq olunur. Tarixi olaraq bu siyasət iqtisadiyyatı idarə etmək üçün istifadə olunan ilk metodlardan biridir. Hər bir bazar iqtisadiyyatına doğru irəlliləyən ölkə kimi Azərbaycanda da pul-kredit siyasətini səmərəli həyata keçirmək prioritet məsələlərdən biridir".

Bu siyasəti Azərbaycan Respublikasının mərkəzi bankı olan Milli Bank həyata keçirir: "Ölkədə pul-kredit siyasəti "Milli bank haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanun 10 dekabr 2004-cü ildə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. Pul-kredit siyasəti əsasən pulun  və kreditin qarşılıqlı formasında öz əksini tapır. Qısaca deyə bilərik ki, pul öz mahiyyətini öz funksiyalarında  tapır. Pulun beş funksiyası var .

Pulun 1-ci funksiyası dəyər ölçüsüdür.

İkinci funksiya tədavül vasitəsi funksiyasıdır.

Pulun üçüncü funksiya pulun tədiyyə vasitəsi funksiyasıdır.

Pulun dördüncü funksiyası yığım funksiyasıdır.

Beşinci funksiyası dünya pulu funksiyasıdır.

Kredit - qaytarılmaq və faiz ödənilmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir. İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları baxımından sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən fəal tənzimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təsnifləşdirmək olar:

-Qanunvericilik təminatı və hüquqi tənzimlənmə

-Gəlirlərin bölgüsündə ədalətlilik

-Qiymət siyasəti

-Maliyyə tənzimlənməsi

-Pul-kredit siyasəti

-Vergi tənzimlənməsi

-Xarici ticarət siyasəti

Pul-kredit siyasəti - istehsalın həcmini, inflyasiyanın səviyyəsini, məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq üçün pul təklifindəki dəyişiklərdən ibarətdir. Ona görə də, inflyasiyanin hər gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün həyata keçirtmək daha vacibdir. Müasir dövürdə Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir.

- İnflyasiyanın qarşısını almaq.

-Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək.

-Valyuta siyasətini həyata keçirmək .

-Tədiyyə balansını tənzimləmək.

Tutaq ki  iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi təhlükəsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün kommersiya banklarının ehtiyat normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları almalıdır. Bu obliqasiyaların alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.

2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehtiyatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.

3. "Uçot norması" azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.

Ümumiyyətlə, pul-kredit siyasətini iki qrupa ayırmaq olar: Sərt pul-kredit siyasəti. Buna daxildir: qiymətli kağızların alınması, aşağı faiz dərəcəsi, aşağı məcburi ehtiyyat norması. DigəriYumşaq pul-kredit siyasətidir ki, buna da qiymətli kağızların satılması, yuxarı faiz dərəcəsi və yuxarı məcburi ehtiyyat normaları daxildir.

Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir. Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, Britaniyada İngiltərə bankı, Almanyada Federal Bank, Azərbaycanda isə Milli Bank.  Pul-kredit siyasətinin başlıca istiqamətlərində Azərbaycan Respublikasının makroiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, pul-kredit siyasətinin və bank sisteminin inkişafının əsas istiqamətləri əks etdirilir. Pul-kredit siyasətinin başlıca istiqamətlərində inflyasiyanın səviyyəsinin azaldılması və manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin möhkəmləndirilməsi kimi əsas vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakılar nəzərdə tutulur.  Hər milli valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buna valyuta kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata keçirmək üçün, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə və və təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün vacib sayılır.

Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzimləmələr valyuta siyasətində əks olunur. Azərbaycan respublikasında 2012-ci ildə makroiqtisadi göstəriciləri siyasətində aşağıdakı göstəricilər öz əksini tapıb. Ümumi daxili məhsul- 39 760,6 mln manat, Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ- 29 118,3, Dövlət büdcəsinin gəlirləri- 10 990,8 mln manat, Dövlət büdcəsinin xərcləri- 9 724,2 mln manat, Dövlət büdcəsinin profisiti- 1 266,6 mln manat, Hər nəfərə düşən gəlirlər, manat- 2 644,7, Rəsimi beynəlxalq ehtiyatlar mln ABŞ -11 279,3, Pul bazası-90 76,4 mln manat, manatın xarici valyutalara qarşı rəsmi orta məzənəsi ABŞ dolları-0.7854, Avro-0.9724, türk lirəsi-0.4375 manat və s. Pul-kredit siyasətinin başlıca istiqamətlərində Azərbaycan Respublikasının maktoiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, pul-kredit siyasətinin və bank sisteminin inkişafının əsas istiqamətləri əks etdirilir. Sonda belə nəticəyə gəlmək üçün iqtisadi təhlükəsizliyin təmin olunmasında müasir tədbirlər toplusu həyata keçirilməlidir".




Yüklə 264,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin