Azərbaycan Respublikası Təhsil Nazirliyi Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Sənayə Mühəndisliyi bölməsinin 020102007 nömrəli tələbəsi Elçin Babaşov’un “Tam Zamanında Üretim Sistemi” mövzusunda diplom işinə



Yüklə 10,81 Kb.
tarix22.10.2017
ölçüsü10,81 Kb.
#11163

Azərbaycan Respublikası Təhsil Nazirliyi Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Kompüter Mühəndisliyi bölməsinin 030156529 nömrəli tələbəsi Zalov Elsad “Grid Hesablama” mövzusunda diplom işinə

RƏY
Bu bitirmə çalışması 4 hissədən ibarətdir. 1-ci bölüm oxucuda ümumiyyətlə grid haqqında ümumi təsəvvür oyadır. Belə ki, grid komponentləri, gridin tipləri(lokal, qlobal və s. kimi), griddə cədvəlləmə üsulları və s. məlumatlar verilir. Kiçik bir şəkildə sadə bir grid sisteminin məntiqi sxemi göstərilir və bununla da grid haqqında daha əyani təsəvvür oyadılır. Bunun ardınca hal-hazırda gridə duyulan ehtiyac və mövcud qaynaqlardan yararlanma üsulları nəzərə çatdırılır. Bundan başqa bu bölüm daha elmi məlumatlardan ibarətdir. Belə ki, burada artıq böyük grid sistemlərinin anatomiyasından bəhs edilir. Bundan sonra grid arxitekturunun təsviri ön plana çıxarılır. Grid arxitekturu İnternet Protokolu arxitekturu ilə müqayisəli şəkildə izah edilir. Bu arxitektura daxil olan bütün mərhələlər ətraflı olaraq izah edilmişdir. Bu bölümün sonu isə gridin perspektivlərindən bəhs olunaraq sonlanır.

2-cü bölüm grid sistemindən istifadəni izah edir. Bu bölümdə grid sisteminə daxil olma, ondan necə istifadə etmə, təhlükəsizlik məsələləri və s. izah olunur. Məlumatların konfiqurasiyası və restovrasiya əməliyyatları bu bölümün ana mövzuları içinə daxildir. Bölümün sonunda isə hamıya maraqlı olan bir mövzuya toxunulur ki, bu da gridin tətbiq sahələrindən bəhs edir.

3-cı bölüm gridin keçmişi, bu günü və gələcəyindən bəhs edir. Bu gün gridə verilən önəmin bir o qədər də böyük olmamağına baxmayaraq gələcəkdə gridlə çox böyük işlərin öhdəsindən gəlinəcəyi fikri səslənir. Buna misal olaraq isə hazırkı bəzi grid proyektlərindən bəhs edilir.

4-ci bölüm grid məntiqi əsasında işləyən və delphi proqramlama dilində yazılan bir proqramdan bəhs edir. Proqram “brute force” alqoritmi vasitəsi ilə işləyərək kompüterlər arasında əməliyyatı bölüşdürür və kiçik bir grid mühiti yaradır.

Tədqiqat metodlarına əsaslanaraq hazırlanan diplom işinin müdafiəyə buraxılması tərəfimdən məqbul sayılmışdır.


Rəy Verən



Fiz. Riy. Elmlər namizədi:

İmza:


Azərbaycan Respublikası Təhsil Nazirliyi Qafqaz Universitetinin Mühəndislik fakültəsinin Kompüter Mühəndisliyi bölməsinin 030101029 nömrəli tələbəsi Zöhrab Niftəliyevin “Grid Hesablama” mövzusunda diplom işinə

RƏY
Bu bitirmə çalışması 4 hissədən ibarətdir. 1-ci bölüm grid haqqında ümumi məlumat verir. Bundan sonra gridin anatomiyası bloklar şəklində izah edilir və struktur TCP/İP protokolu ilə müqayisəli şəkildə izah edilir.

2-cü bölüm grid sistemindən istifadəni izah edir. Bu bölümdə grid sisteminə daxil olma, ondan necə istifadə etmə, təhlükəsizlik məsələləri və s. izah olunur. Məlumatların konfiqurasiyası və restovrasiya əməliyyatları bu bölümün ana mövzuları içinə daxildir. Bölümün sonunda isə hamıya maraqlı olan bir mövzuya toxunulur ki, bu da gridin tətbiq sahələrindən bəhs edir.

3-cı bölüm gridin bu günü, gələcəyi və keçmişi haqqında məlumat verilir və hazırki grid proyektlərinin önəmi vurğulanır.

4-ci bölüm grid mövzusuna nümunə ola biləcək proqramın izahına ayrılmışdır. Proqram “Brute Force” metodu ilə işləyir və girilən opsiyalara görə şifrənin tapılması əməliyyatını yerinə yetirir.

Tədqiqat metodlarına əsaslanaraq hazırlanan diplom işinin müdafiəyə buraxılması tərəfimdən məqbul sayılmışdır.


Rəy Verən



Müəllim: Babək Abbasov

İmza:
Yüklə 10,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin