Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə10/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   ...   4   5   6   7   8   9   10   11   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Pirsaat su anbarı — Azərbaycan respublikasının Hacıqabul rayonunda Pirsaat çayı üzərində yerləşən hidroqurğudur.Anbar 1964-cü ildə istifadəyə verilmişdir. 2003-2010-cu illərdə yenidən qurulmuşdur.Ümumi həcmi 17 milyon kubmetr, faydalı həcmi 12 milyon kubmetrdir.Pirsaat su anbarı daha çox yağış və dağ çaylarının suyu ilə dolur.
Hacıqabul rayonunun Pirsaat və Navahı qəsəbələrinin, Rəncbər, Qubalıbalaoğlan, Atbulaq kəndlərinin 7,4 min hektar əkin sahəsi bu anbara toplanan suyun hesabına suvarılır. Eyni zamanda bu hidroqurğu vasitəsi ilə Pirsaat çayı tənzimlənir və illik atmosfer yağıntıları normadan artıq olduğu zaman ərazini, o cümlədən rayon mərkəzini sel sularından və daşqınlardan mühafizə edir.2014-cü ildə yağıntıların olmaması, havaların quraq və kəskin isti keçməsi su anbarının qurumasına səbəb olmuşdur. Anbarın su ilə qidalanmaması səbəbindən əkin sahələrinin suvarılmasında problemlər yaranmışdır.
Qıvraq su anbarı — Kəngərli rayonu ərazisində Qıvraq qəsəbəsinin şimal-şərqində çay yatağından kənar yaradılmış su anbarı. 921 metr hündürlükdədir. Arpaçaydan çəkilmiş Yuxarı Savxoz kanalı, bulaqları və müvəqqəti axarlı çayların suyu ilə qidalanır. Fəsli tənzimləməyə malikdir. Suvarmada istifadə edilir.
Xokgöl su anbarı — Şərur rayonunun Xok kəndi yaxınlığında su anbarı.Anbar 1966-cı ildə istifadəyə verilmişdir. Onun sahəsi 0.26 kvadrat kilometr, faydalı həcmi 1.2 milyon kub metrdir. Anbara su kəhrizlərdən kanalla axıdılır. Suvarmada və qışlaqların su təchizatında istifadə edilir. Mövsümi tənzimləməyə malikdir.
Aşağı Köndələnçay su anbarı — Füzuli rayonu Köndələnçay üzərində yerləşir. Su anbarı 1980-cü ildə istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır.Lakin Füzuli rayonunun Erməni qəsibkarları tərəfindən işğalı (23 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.Bəndin hündürlüyü 25m, bəndin uzunluğu 925m və su anbarının ümumi həcmi 9.5mln.m³-dur. Suvarma sahəsi 6200ha-dır.
Cavanşir su anbarı — Ağsu şəhərindən cənub-qərbdə yerləşir və Ağsuçaydan qidalanır. 1961-ci ilə qədər təbii göl kimi mövcud olan Cavanşir gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır.Bəndin hündürlüyü 15m, uzunluğu 2680m və su anbarının həcmi isə 4.6 milyon m³-ə çatır. Suvarılan sahə 900ha-dır

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin