Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə4/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   2   3   4   5   6   7   8   9   ...   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Yenikənd su anbarı — Şəmkir su anbarından 14 km aşağıda elektrik enerjisi istehsal etmək məqsədilə 2000-ci ildə istismara verilmişdir. Anbarın ümumi həcmi 158 mln m³, faydalı həcmi isə 136 mln m³-dir. Anbarın bəndində ümumi gücü 150 min.kvt olan 4 aqreqat quraşdırılması nəzərdə tutulmuşdur. Hazırda onlardan 112,5 min. Kvt gücündə 3 aqreqat istismara verilmişdir. Anbarın suyu ilə Qarasaqqal arx kanalı vasitəsilə Samux rayonunun 6 min hektar torpaq sahəsi su ilə təmin edilir.Yenikənd su anbarının da ixtiofaunası Kür çayının əsasında formalaşdırılmışdır. Bu su anbarı Şəmkir və Mingəçevir su anbarlarının arasında yerləşdiyindən onun faunasının tərkibində bəzi balıqlar (xramulya, zərdəpər) azlıq təşkil edir. Yenikənd su anbarının ilk illərində orada 16 növ balıq qeyd edilmişdir, onların 10 növü vətəgə əhəmiyyətli (çapaq, külmə, çəki, şəmayı, sıf, xramulya, zərdəpər, naxa, ağamur, dabanbalığı), 6 növü isə (yastıqarın, zaqafqaziya və kür gümüşcəsi, kür qumlaqçası, çılpaqca və iriboğaz xul) qeyri vətəgə balıqlarıdır.Su anbarında miqdarına görə birinci yeri çapaq və dabanbalıqları, sonrakı yerləri külmə, şəmayı və sıf balıqları tutur. Digər balıqlar su anbarında azlıq təşkil edirlər.
Araz su anbarı — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhəd hissəsində Araz çayının üzərində yaradılmış, su anbarı 1971-ci ildə istifadəyə verilmişdir. Azərbaycan və İran İslam Respublikası dövlətləri tərəfindən birgə tikilmiş bu su anbarı energetika və suvarma məqsədləri üçün birgə də (paritet əsasında) istismar olunur. Araz su anbarının ümumi su tutumu 1350 mln m³, faydalı həcmi 1150 mln m³-dir.Araz su anbarının uzunluğu 52,0 km, maksimum eni 6,1 km, normal su səviyyəsində dərinliyi 18,2 m-dir. Araz su anbarı bəndinin hündürlüyü 34 m, bəndin üstdən uzunluğu 1026 m, eni isə 12 m-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan torpaq sahələri su ilə təmin edilmişdir. Araz su-elektrik stansiyasında 2 ədədi İran İslam Respublikası ərazisində, 2 ədədi isə Azərbaycan Respublikası ərazisində olmaqla 4 ədəd turbin quraşdırılımışdır. Stansiyanın bir aqreqatının suburaxma qabiliyyəti 66,5 m³/san təşkil edir.

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin