Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə5/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   2   3   4   5   6   7   8   9   ...   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Sərsəng su anbarı — Azərbaycana məxsus 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində , inşa edilmiş su anbarı. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 mm-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarı hazırda Tərtər (keçmiş Ağdərə) rayonu ərazisində yerləşir və Azərbaycan tərəfindən istismar olunur. Sərsəng su anbarı respublikanın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Yalnız Sərsəng su anbarının işğalı nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionuna əvəz olunmaz zərər vurmuşdur. Hazırda su anbarına və onun qurğularına işğal altında 10 ildən artıq müddətdir ki, texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Bu səbəbdən Sərsəng su anbarı onun aşağı byefində yerləşən əhali üçün ciddi təhlükə yaradır. Lakin anbarın işğaldan azad olunması onun yenidən işlək vəziyyətə gətirilməsi üçün şərait yaradır. Anbarın ümumi sahəsi 14,2 mln m², həcmi 560 mln m³-dir.
Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir.Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Buda, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür.

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin