Zoğalavaçay su anbarı — Azərbaycan Respublikasının Şamaxı rayonunun cənub-qərb hissəsində Zoğalavaçayın məcrasında yerləşir. Su anbarı şərab zavodlarının və qəsəbələrin təsərrüfat – içməli su tələbatını ödəmək məqsədilə 1973-cü ildə istismara verilmişdir.1990-cı illərdə maliyyə çətinlikləri ilə əlaqədar olaraq su qovşağının istismarı lazımi səviyyədə aparılmadığından, qurğular yararsız vəziyyətə düşmüşdür. Mexaniki və elektrik avadanlıqlarının bəziləri dağılmış, bəziləri isə texniki cəhətdən köhnələrək sıradan çıxmışdır.Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə verilmiş sərəncamına əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığı ilə Zoğalavaçay su anbarının təmir olunmasına başlandı. Təmir işlərinin layihəsi “Azdövsutəslayihə” institutu tərəfindən hazırlanmışdı.2012-ci ildə Şamaxı şəhərinə bitişik Zoğalavaçay su anbarı müasir tələblərə uyğun əsaslı təmir edilmişdir. Bəndin hündürlüyü 26m, bəndin uzunluğu 560m və su anbarının ümumi həcmi 3.8mln.m³-dur. İstismar sərfi 0.85m³/san-dir.
Ağstafaçay su anbarı— Azərbaycanın Qazax rayonunda, Ağstafaçayın üstündə su anbarı. 1971-ci ildə istifadəyə verilmişdir. Sahəsi 6,3 kilometr2, ümumi həcmi 120 milyon metr3, faydalı həcmi 111 milyon metr3-dir. Bəndin uzunluğu 1,9 kilometr, hündürlüyü 50,2 metrdir. Ağstafaçay su anbarından çəkilmiş 2 magistral kanal (uzunluğu 59 kilometr və 12 kilometr) vasitəsilə Qazax, Tovuz və Şəmkir rayonları ərazisində 74,1 min hektar sahə suvarılır.
Ağdamkənd su anbarı — Azərbaycanın Ağdam rayonunda, Ağdamkənd kəndinin yaxınlıqlarında su anbarı. 1963-cü ildə istifadəyə verilmişdir. Suyunu Qarqarçaydan çəkilmiş kanaldan alır. Sahəsi 50 hektar, ümumi həcmi 1,6 milyon metr3, faydalı hcəmi 1,4 milyon m3-dur. SSRİ dövründə suvarmada istifadə edilirdi. 1993-cü ildə Ağdamkəndin işğalı ilə Ermənistan qüvvələrinin nəzarətinə keçmiş, 2020-ci ildə isə Vətən müharibəsi nəticəsində azad edilmişdir.
Əyriçay su anbarı— Azərbaycan Respublikası Şəki rayonunun cənub-qərb hissəsində Əyriçayın məcrasında yerləşir. Su anbarı Şəki və Qax rayonlarının torpaq sahələrinin suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir.Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2100m və su anbarının ümumi həcmi 80.6mln.m³-dur. Suvarmaya verilən su sərfi isə 1.5÷13.0m³/san-dir. Anbarın ümumi həcmi 806 m³, sahəsi 12m²-dir. Anbarın