Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə6/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   2   3   4   5   6   7   8   9   ...   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Ceyranbatan su anbarı — Bakı və Sumqayıt şəhərlərində içməli və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılmışdır.Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln m³-dur. Anbarın uzunluğu 8,74 km, maksimum eni 2,15 km, sahil xəttinin uzunluğu 23,3 km, maksimum dərinliyi 28,5 metr, ölü həcmi səviyyəsində isə 14,5 metrdir, su güzgüsünün sahəsi 1389 hektar təşkil edir. Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır. Ceyranbatan su anbarı içməli su mənbəyi olduğuna görə, 1960-cı ildə onun ətrafında üç zolaqdan ibarət sanitar-mühafizə zonası yaradılmışdır. 2001-ci ildə Ceyranbatan su anbarının 1-ci sanitar-mühafizə zonası genişləndirilərək hasara alınmışdır. Eyni zamanda, Ceyranbatan su anbarının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq tədbirlər (meşəsalma, sututucu kanallar və s.) həyata keçirlişmişdir.
Ağstafa su anbarı – 1969-cu ildə tam istismara veril­miş­dir. Bəndin hündürlüyü 52 m, anbarın ümumi sututumu 120 mln m³-dir. Su anbarının sahəsi 6,3 m², həcmi 0,12 m³-dir.Su anbarı respublikanın qərb zonasında yerləşən Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarında 135 min hektar suvarılan torpaqları su ilə təmin edir.Əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.
Varvara su anbarı – Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir. Ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə 1956-ci ildə istismara verilmişdir.Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksi­mum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir.Varvara su anbarının ixtiofaunasının növ tərkibini və onların rastgəlmə intensivliyini nəzərdən keçirtsək burada 34 növ və yarımnöv, iki hibrid və bir forma (karp) balığının təftişi göstərmişdir ki, müasir dövrdə su anbarında Xəzər qızıl balığı, Kür xramulyası, zərdəpər, mursa, poru, qılınc balıq və Xəzər minoqası yoxdur (İsmayılov, 2004). Varvara su anbarında hazırda 26 növ və yarımnöv, iki hibrid və bir forma, balıq (27+3) vardır. Bu balıqların içərsində çox saylılar – durna balğı, külmə, həşəm, Zaqafqaziya gümüşçəsi, çapaq, naxa, sıf, daban balığı, Kür gümüşçəsi; orta saylılar- kür şəmayısı, qambuziya, Kür xulu, Qafqaz xulu, çəki, karp; azsaylılar – Kür qumlaqçısı, Kür altağızı, lil balığı, qızılüzgəc, Qafqaz enlibaşı; seyrək rast gələnlər qıjovçu, qızılı ilişkən; hibrid- külmə x çapaq və hibrid- külmə x altağız ayırd edilir.Aparılmış son tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, külmə vətəgə əhəmiyyətli balıqlar arasında say dinamikasına görə birinci yeri tutur (34,5%), sonrakı yeri 25,5 %- lə çapaq tutur. 15,5%-lə həşəm, üçüncü, 10,7%- lə çəki dördüncü yeri tutur. Axırıncı yerləri sıf balığı 8,9% və durna balığı 4,8% tutur. Su anbarında bitkilərin (xüsusilə qamış) həddən artıq çoxalması və inkişafı, yırtıcı balıqların digər vətəgə əhəmiyyətli balıqları və onların körpələrini ovlanma imkanını artırır.

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin