Xanbulançay su anbarı — Azərbaycan Respublikasın Lənkəran rayonunda su anbarı. Çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə tikilmişdir.1976-cı ildə istismara verilmişdir.Ümumi su tutumu 52 mln m³-dir. Bəndin hündürlüyü 64 m, üstdən uzunluğu isə 550 m-dir. Su anbarının istifadəyə verilməsi ilə Azərbaycanın subtropik zonasında 22,0 min hektar torpaq sahəsinin suvarılması təmin edilmişdir. Su anbarını lazımi miqdarda axınla təmin etmək üçün Bəşəriçay üzərində sərfi 10 m³/san olan dağ tipli suqəbuledici tikilmişdir. Suvarma ərazilərinə su sərfləri 2,2 və 8,8 m³/san və uzunluqları 7,8 və 8,2 km olan Sağ və Sol sahil Xanbulançay kanalları ilə verilir.
Xaçınçay su anbarı— Ağdam rayonunda Xaçınçay üzərində yerləşir. Su anbarı, əkin sahələrinin suvarılması üçün su ehtiyatının təmin edilməsi məqsədilə Azərbaycan höküməti tərəfindən 1964-cü ildə istismara verilmişdir.Bəndin hündürlüyü 44 m, uzunluğu 940 m və su anbarının ümumi həcmi 23 mln.m³-dir. Su səthinin güzgü sahəsi 1.76 kv.km, suyun maksimal dərinliyi 37 metrdir. Normal su səviyyəsində su səthi dəniz səviyyəsindən 507.4 m yüksəklikdə, ölü həcminin səviyyəsi isə 487.5 m yüksəklikdədir. Suvarma sahəsi 7000 ha-dır.[Xaçınçay su anbarında suyun orta çoxillik temperaturu yanvar ayında 3.8 °C, avqust ayında 23.1 °C, ən yüksək temperatur 13 iyun 1964-cü ildə 30.5 °C olmuşdur. Buz hadisələri ayrı-ayrı illərdə sahil buzu formasında olur.
Qız Qalası su anbarı— İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş su anbarı.Qız Qalası su anbarı Xudafərin hidroqovşağından 12 km aşağı hissədə yerləşir. Cəbrayıl rayonu ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olmuşdur. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. Qız Qalası su anbarı vasitəsi ilə 12 min hektar ərazinin su ilə təmin olunması nəzərdə tutulur.Qız Qalası hidroqovşağının məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmişdi. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır.1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı əsasında ekspert bu su qovşağı ilə bağlı texniki vəziyyətin qənaətbəxş olmaması səbəbindən təkmilləşdirmə işlərinə dair layihələr işləyib, hazırlayıb. Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən işğalından sonra Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövrlər ərzində “Qız Qalası” su qovşağının və su elektrik stansiyalarının tikintisi yalnız İran İslam Respublikası tərəfindən aparılıb.Hidroqovşaq mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxmışdı. 1994-cü ilin 28 iyun — 2 iyul tarixlərində H.Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır.T.Gəncəliyevin sözlərinə görə, 2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bu sazişdə ən yüksək səviyyədə əks olunub:2016-cı ildə su snbarı məsələsi yenidən gündəmə gəlmiş və həmən ilin fevral ayında Azərbaycan ilə İran arasında beynəlxalq saziş imzalanmışdır.Bu sazişlə Azərbaycan Respublikası ilə İran İslam Respublikası Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığın əsası qoyulmuşdur.2020-ci ilin 18 oktyabr tarixində su anbarı eyni adlı Su Elektrik Stansiyası Azərbaycan ordusu tərəfindən Ermənistan Respublikasının işğalından azad olunmuşdur.İranın Şərqi Azərbaycan vilayətində sərhəddə Araz çayı üzərində yerləşən su anbarının inşası ilə əlaqədar 3,65 trilyon rial (təxminən 86,9 milyon dollar) vəsait ayrılması nəzərdə tutulmuşdur. İran tərəfi 21 mart 2021-ci il martın 21-nə qədər anbarı su ilə doldurmaq fikrindədir. Hazırda Qız Qalası su anbarının ətrafında betonlama və sairə işlər həyata keçirilməkdədir. Su anbarında inşa işlərində 90% irəliləyiş var.