30
proqramı çərçivəsində, yəni 1995-1998-ci illər ərzində yaradılmışdır.
Ölkədə səhmdar cəmiyyətlərinin yaradılması qiymətli kağızlar bazarı
infrastrukturunun da formalaşmasını zəruri etmiş və özəlləşdirilmə
prosesində səhmlərin uçotu və dövriyyəsini təmin edən infrastruktur və
bu prosesləri tənzimləyən qanunvericilik aktları yaranmışdır. Həmçinin
ölkədə səhmlərin və özəlləşdirmə çeklərinin qeyri-mütəşəkkil bazan
formalaşmışdır. Qiymətli kağızlar bazarının formalaşması bu sahəni
tənzimləyən qurumun yaranmasına səbəb olmuşdur. Ölkə prezidentinin
1998-cu il 30 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının
Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
yaradılmışdır.
Hazırda Azərbaycanda qiymətli kağızlar bazarını tənzimləyən
hüquqi baza yaradılmış və bu baza daimi təkmilləşdirilir. Belə ki,
qiymətli kağızların dövriyyəsinin təşkili müvafiq qanun və qaydaların
mövcudluğunu tələb edir. Milli iqtisadiyyat inkişaf etdikcə, müvafiq
infrastruktur formalaşdıqca yeni qiymətli kağız növlərindən istifadəyə
imkan yaranır ki, bu da qiymətli kağızlar bazarının instut- isional
bazasının daimi inkişaf etdirilməsi və təkmilləşdirilməsini tələb edir.
Dostları ilə paylaş: