Azərbaycan RespublİKası Təhsİl Nazİrlİyİ Sumqayıt Dövlət Unİversİtetİ



Yüklə 464 Kb.
səhifə2/7
tarix10.01.2022
ölçüsü464 Kb.
#106051
1   2   3   4   5   6   7
1.Sıra anlayışı.Dinamika sıraları

Statistika elminin mühüm vəzifələrindən biri sosial –iqtisadi hadisələri zaman etibarı ilə dəyişməklə öyrənməkdən ibarətdir. Sosial –iqtisadi hadisələrin zamanda dəyişilməsini öyrənmək üçün dinamika sıraları, yəni xronoloji sıralar qurmaq lazımdır. “Dinamika” yunan sözü olub –qüvvə, “xronos” isə vaxt deməkdir.

Sosial –iqtisadi hadisələrin zamanda dəyişilməsini xarakterizə edən statistika göstəriciləri sırasına dinamika sırası deyilir. Dinamika sıralarının statistik işlənməsi üsulları XX əsrin iyirminci illərində intensiv inkişaf etməyə başlamışdır.

Dinamika sıralarının elementləri aşağıdakılardır: 1) statistika məlumatının aid olduğu vaxt anı gün, ay, rüb, il; 2) sıranın səviyyəsi adlanan məlumatın özüdür. Hər iki element –vaxt və səviyyə -dinamika sırasının üzvləri adlanır.

Dinamika sıralarını düzgün tədqiq etmək üçün onların növlərini bilmək lazımdır. Vaxt əlamətinə görə dinamika sıraları an və fasilə dinamika sıranın səviyyəsi müəyyən tarixə verilir. Məsələn, statistika müşahidəsi nəticəsində əhalinin sayı, kənd təsərrüfatı maşınlarının sayı və gücü, mal –qaranın sayı, ticarətdə əmtəə qalığı və s. haqqında toplanılan məlumat dinamika sırası şəklində sistemləşdirilir. An dinamika sırasına misal Azərbaycan Respublikasının bütün təsərrüfat kateqoriyalarında məhsuldar mal –qaranın sayını göstərmək olar.

Fasiləli dinamika sıralarında sıranın səviyyəsi sosial –iqtisadi hadisələrin həcmini müəyyən vaxt ərzində ifadə edir. An dinamika sırasından fərqli olaraq, fasiləli dinamika sıralarının səviyyələrini cəmləmək olar və iqtisadi mənası olan göstəricilər alınar. Belə cəmləmə nəticəsində daha iri dövr ərzində hadisənin səviyyəsini xarakterizə etmək mümkündür.

Dinamika sıralarında öz əksini tapan vaxtın tamlığına görə onları tam olmayan dinamika sırasına ayırmaq olar. Dinamika sırasında dövrlər, ardıcıl bərabər fasilələrlə verilərsə, belə sıraya tam dinamika sırası deyilir. Tam olmayan dinamika sıralarında ardıcıl bərabər fasiləli dövrlər verilmir.


Yüklə 464 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin