Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci


Generatorların işə qoşulması və paralel işlədilməsi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix24.04.2022
ölçüsü1,07 Mb.
#115506
1   ...   11   12   13   14   15   16   17   18   19
elektrik-təc.-əsasları-tam

Generatorların işə qoşulması və paralel işlədilməsi 

 

Generatorların işə qoşulması və biri-biri ilə  paralel işlədilməsi üçün dəqiq sinxrorılaşma və 



öz-özünə sinxronlaşma usulları istifadə edilir. Texniki istismar qaydalarına (TİQ) əsasən öz-özünə 

sinxronlaşma dolayı yolla soyudulan və blok sxemi ilə qoşulan bütün turbin generatorlarda tətbiq 

edilir.  Bu  üsul  həm  də  hidro-generator  və  sinxron  kompensatorlar  üçün  tətbiq  edilir.  Generator 

şinlərinə işləyən, dolayı və bir başa soyudulan turbin generatorların qoşulması dəqiq sinxronlaşma 

üsulu ilə yerinə yetirilir. Qəza şəraitlərində ehtiyyat gücün təcili qoşulması və ya paralel qoşulan 

generatorların tezlik ölçən qurğusu olmadıqda öz-özünə sinxronlaşma üsulu istifadə edilir. 

Faz  ardıcılığım,  generatoru  ilk  dəfə  qoşduqda  və  ya  onun  birinci  dövrəsində  təmir 

aparıldıqdan  sonra  yoxlamaq  lazımdır.  Faz  ardıcllığı  düz  olmadıqda  generatorun  şəbəkəyə 

qoşulması  turbində  əks  istiqamətli  böyük  elektromaqnit  momenti  yaranmasına  səbəb  olur.  Bu 

zaman generatorun stator cərəyanı da hədsiz böyük qiymətlərə çıxır. Nəticədə generatorun özü və 

ya turbinin valı sıradan çıxa bilər. 

Faz ardıcıllığını şin sisteminə  birləşdirilmiş, növbə ilə  şəbəkəyə və generatora qoşulan eyni 

bir gərginlik transformatoru vasitəsi ilə yoxlayırlar. Dəqiq sinxronlaşma ilə 

generatorun şəbəkəyə qoşulduğu halda generator gərginliyi şəbəkə gərginliyindən 15° bucaq 

fərqinə və 20%-ə qədər modul fərqinə malik ola bilər. Tezliyə görə fərq 0,1 %-dən (0,005Hs) çox 

olmamalıdır. 

Bu kəmiyyətlərdən ən təsirlisi  bucaq fərqidir (ö  səhv). Çünki bucaq fərqi  stator crəyamnda 

təkanlar və turbinin valında böyük elektromaqnit momenti yarada bilir. 

Vektor diaqramından görünür ki, U

ş

=E

g

=U gərginlikləri bərabər olduqda  U üçün aşağıdakı 

ifadəni yazmaq olar: 

∆𝑼 = 𝟐 ∙ 𝑼𝒔𝒊𝒏

𝜹

𝒔𝒆𝒉𝒗



𝟐

;              𝑰

𝒒𝒐𝒔

"

=



∆𝑼

𝒙

𝒅



,

+𝒙

𝒔



 

 

 



 

 

 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin