Gərginliyi 1 kV-a qədər olan kommutasiya aparatları Qeyri avtomatik açarlar
Qeyri-avtomatik açarlar ayrı-ayrı cərəyansız hissələrin gərginlikdən ayrılması və ya normal
rejimlərdə cərəyan açarın nominal cərəyanından çox olmadıqda elektrik dövrələrinin əl ilə
qoşulması və açılması üçündür. Onlara kəsici tipli qeyri-avtomatik açarlar (rubilniklər), həmçinin
bağlı açar və çeviricilər aiddir.
Çevirgəc elektrik dövrələrini dəyişdirən kontaktlı kommutasiya aparatıdır.
1 kV-a qədər paylayıcı qurğularda və zəifcərəyanlı avtomatika dövrələrində bağlı çevirgəclər
və açarlar geniş tətbiq olunur. Bağlı açarlar dövrədə görünən qırılma yaratmır. Ona görə bəzi
dövrələrdə rubilniklər quraşdırılır.
Rubilnik dəyişən və sabit cərəyan dövrələrinin əl ilə qoşulması və açılması üçündür.
Rubilniklər aşağıdakı şərtlərə görə seçilir:
qurğunun gərginliyinə görə
U
qur
< U
nom
yük cərəyanına görə
I
norm
< I
nom
, I
max
< I
nom
elektrodinamiki dayanıqlığa görə
İ
z
< İ
din
Dostları ilə paylaş: |