Yük açarları
Yük açarı 1 kV-dan yuxarı nominal işçi cərəyanlarının açılması üçün istifadə edilən
kommutasiya aparatıdır. Yük açarları avtomatik və ya mexaniki intiqal mexanizminə malikdirlər.
Yük açarları qq cərəyanlarının açılmasını yerinə yetirmir. Lakin onların qoşma qabiliyyəti bu
cərəyanların elektrodinamiki qüvvələrinə davam gətirir. Yük ayırıcıları, elektrik qurğusunun iş
şəraiti imkan verdikdə, transformatorların yüksək gərginlik tərəfdən açılıb- qoşulmasını təmin edir.
Onlar qq cərəyanlarını açmadığından, transformatorlar zədələndiyi zaman əriyən telli
qoruyucularla və ya sxemin əvvəlki qovşağında olan avtomatik açarla açılır. Yük açarlarının
təkmilləşdirilməsi ilə onların tətbiq sahələri də artır.
Qaz generasiya təsirli qövssöndürücü yük açarları. Bu tip açarlar nominal gərginliyi 6-10 kV
olan qurğular üçün buraxılır şək.6.4.
Şəkildən göründüyü kimi, burada daxili tip, üç qütblü ayırıcılarm elementləri istifadə
edilmişdir. Ayırıcımn dayaq, izolyatorlarında qövssöndürücü kamera-5 bağlanmışdır. Ayırıcımn
bıçaqlarına - 1, əlavə - 4 bıçaqları bərkidilmişdir. Açılma və qoşulma zamanı bıçaqların hərəkət
sürətinin əməliyyatçıdan asılı olmayan bir mexanizmə dəyişdirilmişdir. Bunun üçün yay-6
qoyulmuşdur.
Ayırcmm valının dönməsi zamanı yay gərilir, sərbəst qaldıqda isə öz enerjisini hərəkətli
bıçaqlara verir.
«Qoşulu» vəziyyətdə köməkçi bıçaqlar söndürcü kameralara daxil olurlar. Ayırcının - 2
kontaktı və qövssöndürücü kamernm - 7 sürüşən kontaktları qapanır. Cərəyanın böyük hissəsi
ayırıcımn kontaktından keçir.
Şəkil 6.4 Avtoqazh yük ayırıcısımn ümumi görünüşü və ölçüləri
|