Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 48,06 Kb.
səhifə5/7
tarix05.01.2022
ölçüsü48,06 Kb.
#111946
növüQaydalar
1   2   3   4   5   6   7
Qısa bəyannamə

Qısa bəyannamə təqdim edilməsi, gömrük sərhədinin keçilməsi barədə gömrük orqanlarına məlumat verilməklə iki halda zərurdir:



a) Xarici gömrük ərazisindən Azərbaycanın gömrük ərazisinə mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı;

b) Azərbaycanın gömrük ərazisi hüdudlarında - sərbəst gömrük zonası və sərbəst anbarlardan mallar və nəqliyyat vasitələrinin gömrük ərazisinin qalan hissəsinə çıxarılması zamanı.

Belə məlumatm verilməsi daşıyıcnın vəzifəsidir. Mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən çıxarılması niyyəti barədə məlumat - onları çıxaran şəxs tərəfindən verilməlidir. Əgər malları çıxaran şəxs bu məlumatı verməmişsə, bu vəzifə daşıyıcıya həvalə olunur.



Mal və nəqliyyat vasitələri müəyyən edilmiş gömrük rejimi altında yerləşdirilənə qədər qısa bəyannamə tətbiq edilə bilər. Qısa bəyannamə gömrük rəsmiləşdirilməsi üçün məcburi atribut hesab edilmir.

Qısa bəyannamə malları keçirən daşıyıcı tərəfindən malların və nəqliyyat vasitələrinin təqdim edilməsi ilə eyni bir vaxtda, yaxud təqdim edilmədən sonrakı iş günü ərzində verilir. Axırıncı halda gömrük orqanının xüsusi icazəsi tələb olunur.

Əgər mallar təqdim edilmə ilə eyni vaxtda və yaxud göstərilən müddətdə müəyyən gömrük rejimi altında yerləşdirilirsə, qısa bəyannamə verilmir. Qısa bəyannamədə aşağıdakı məlumatlar öz əksini tapmalıdır:



  • mal göndərən şəxs;

  • mal göndərən ölkə;

  • malı alan şəxs;

  • təyinat ölkəsi;

  • gömrük daşıyıcısı;

  • nəqliyyat vasitəsi barədə məlumat;

  • nəqliyyat sənədlərinin seriya nömrələri;

  • malın adı;

  • yerlərin sayı;

  • brutto çəkisi;

  • netto çəkisi;

  • brutto - netto çəkisi;

  • malın baza qiyməti;

  • plomblar və digər identifikasiya vasitələri;

  • digər məlumatlar.

Əgər gömrük daşıyıcısı tərəfindən qısa bəyannamə vermək üçün səlahiyyətli şəxs müəyyən edilməmişsə, yaxud gəlməmişsə, gömrük məqsədləri üçün belə şəxs gəmi kapitanı, sürücü ola bilər.

Gömrük Məcəlləsi gömrük orqanlarınm icazəsi ilə qısa bəyannamə kimi, nəqliyyat, kommersiya və digər sənədlərin istifadə edilməsinə yol verir, bu şərtlə ki, bu sənədlər qısa bəyannamədə tələb olunan məlumatları özündə əks etdirmiş olsun.

Gömrük rəsmiləşdirilməsi zamanı qısa bəyannamə kimi əmtəə və nəqliyyat müşayət edən sənədlər istifadə olunur. Bu sənədlər, bir qayda olaraq göndərilmə məntəqəsindən təyinat məntəqəsinədək yükü müşayət edir və ona görə də mal müşayiət sənədləri adlanır.

Adətən, əmtəəyə aid olan sənədlər malın gömrük dəyəri, keyfiyyət və kəmiyyət xassələri barədə məlumatları özündə əks etdirir.


Nəticə
Azərbaycan Respublikasında müstəqil gömrük sistemi yalnız Sovetlər İttifaqı dağıldıqdan və respublikamız beynəlxalq hüququn subyekti olduqdan sonra formalaşmağa başlayıb. Ona görədə gömrük sistemi quruculuğu ölkədə gedən ictimai - siyasi proseslərlə bilavasitə bağlı olub.

15 il ərzində respublikanın gömrük orqanları tərəfindən gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulmasına qarşı ciddi mübarizə aparmış Komitənin Mərkəzi Aparatında və yerli gömrük orqanlarında qaçaqmalçılıq (kantrabanda), gömrük hüquq və qaydalarının pozulmasına qarşı mübarizə üzrə strukturlar ali təhsilli və təcrübəli hüquqşünaslarla kompleksləşdirilmiş, mütəmadi olaraq yaxın və uzaq xarici ölkələrin gömrük orqanlarının müvafiq xidmətləri ilə təcrübə mübadiləsinin keçirilməsi təşkil edilmişdir.

2010-cu ilin noyabr ayının 25 və 26 - ində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Regional Tədris Mərkəzində gömrük rəsmiləşdirilməsinə həsr olunan «Bəzi kateqoriyalı mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi (mədəniyyət sərvətləri, diplomatik yüklər, vəhşi fauna və yabanı flora növləri və s.)» mövzusunda seminar keçirilmişdir.

Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov çıxış edərək bildirmişdir ki, tədbirdə müzakirə olunacaq məsələlər gömrük xidməti üçün böyük əhəmiyyət kəsb edir. Baş İdarənin rəisi diqqətə çatdırmışdır ki, seminarda müvafiq normativ-hüquqi sənədlər haqqında məlumat veriləcək və fikir mübadiləsi aparılacaq.

Şahin Bağırovun sözlərinə görə, bəzi kateqoriyalı mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük xidmətində xüsusilə diqqət yetirilməli olan məsələlərdəndir. Hər bir gömrük əməkdaşı bu sahədə mövcud olan milli qanunlarla yanaşı, Azərbaycan Respublikasının tərəfdasş çıxdığı beynəlxalq müqavilələrdə əks olunmuş beynəlxalq qanunvericiliklə də yaxından tanış olmalı, onları dərindən mənimsəməlidir, çünki gömrük əməkdaşı bəzi kateqoriyalı mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini həm çevik, həm də qanunvericiliyə dəqiq riayət etməklə həyata keçirməlidir. Baş İdarənin rəisi seminar iştirakçılarına müraciət edərək, onlara yaradılan imkanlardan maksimum faydalanmağı, eləcə də sözügedən sahədə fəaliyyət zamanı rastlaşdıqları problemlərlə bağlı fikirlərini və iş təcrübələrini bölüşməyi məsləhət görmüşdür.

Sonra seminar işə başlamışdır. Həmin gün tədbirdə avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə dair mövcud hüquqi baza, gömrük sərhədindən keçən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri və digər məsələlər haqqında çıxışlar dinlənilmişdir. Növbəti gün isə seminar iştirakçılarına gömrük sərhədindən keçirilən xidməti və mülki silahın gömrük rəsmiləşdirilməsi, gömrük sərhədindən keçən avtonəqliyyat vasitələrinə və gömrük sərhədini keçən sərnişinlərə tətbiq olunan gömrük nəzarətinin xüsusiyyətləri və s. barədə ətraflı məlumat verilmiş, eləcə də mövzu ətrafında müzakirələr aparılmışdır.





Yüklə 48,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin