Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu Ilk peşə ixtisas təhsilli



Yüklə 34,15 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü34,15 Kb.
#110507
  1   2   3   4   5   6   7

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Təhsil Problemləri İnstitutu
Ilk peşə ixtisas təhsilli

mütəxəssislərin hazırlığı üçün

Tətbiqi proqramlar” fənninin


Tədris proqramı
Bakı – 2016

Tərtib edən: Səlimə İmran qızı Quliyeva

ARTPİ, Peşə ixtisas təhsili şöbəsinin böyük elmi işçisi


Elmi redaktor: Rəsul Baxşəli oğlu Əsgərov

ARTPİ, Peşə ixtisas təhsili şöbəsinin müdiri, əməkdar müəllim



Rəyçilər: Vidadi Həsən oğlu Musayev

Az.TU -nun “ Kompyuter sistemləri və şəbəkələri ”

kafedrasının mudiri: prof., t. e. d.

Mübariz Sevdimalı oğlu Xəlilov


BDU,Tətbiqi Riyaziyyat və kibernetika fakultəsi,

“ Niformatika” kafedrasının dosenti



Muxtar Məmmədtağı oğlu Həsənov

ARTPİ,Təhsil Texnologiyaları Mərkəzinin direktoru



İzahat vərəqi

İnsan fəaliyyətinin müxtəlif sahələrinə aid məsələləri həll etmək üçün nəzərdə tutulan proqram təminatına tətbiqi proqramlar deyilir.Tətbiqi proqramlar iki hissədən ibarətdir: tətbiqi proqramlar paketi və standart proqramlar kitabxanası.

Tətbiqi proqramlar paketi müəyyən sinif məsələləri həll etmək üçün nəzərdə tutulmuş elə proqramlar kompleksidir ki, kompleksin komponentlərindən biri idarəedici rolu oynayaraq, istifadə edilən bütün proqramların bir – biri ilə əlaqəsini təşkil etmiş olur.

Standart proqramlar kitabxanası isə kompyuterdə riyazi funksiyaların hesablanmasını, standart mahiyyətli məsələlərin həllini, verilənlərin emalını və sairə bu kimi işləri yerinə yetirən proqramlardan ibarətdir. Belə proqramlar əvvəlcədən hazırlanaraq kompyuterin yaddaşında saxlanılır. İstifadəçi tərəfindən icra olunan məsələlərin tərkibi ilə müəyyən edilir və əməliyyat sistemləri tərəfindən idarə olunur.

“ Tətbiqi proqramlar ” fənni “ 030219 ” İnformasiya – kommunikasiya texnologiyası və hesablama texnikasının təmiri və servis xidməti ” qruplarına daxil olan ixtisaslarda tədris edilir.

Proqram 134 saat həcmindədir. “ Tətbiqi proqramlar ” fənni tədris planına uyğun olaraq, 3 illik təhsil müddətində 134 saat (II kurs – 76 saat, III kurs – 58 saat),1 illik təhsil müddətində 60 saat (I yarım ildə - 45 saat, II yarım ildə - 45 saat) həcmində tədris olunması planlaşdırılmışdır.

“ Tətbiqi proqramlar ” fənninin tədris proqramı 6 bolmədən ibarətdir.


Bölmə: I Microsoft Word - 2013 mətn redaktoru

Bölmə: II Microsoft Excel - 2013 cədvəl redaktoru

Bölmə: III Microsoft Access-2013 Veriılənlər bazasının idarəetmə sistemləri

Bölmə: IV Microsoft Powerpoint – 2013

Bölmə: V CorelDRAW vektor qrafik redaktoru

Bölmə: VI Adobe Photoshop



Proqram ilk peşə ixtisas təhsilinin Dövlət Təhsil Standartı əsasında hazırlanmışdır.

Tətbiqi proqramlar ” fənninin mövzuları


Yüklə 34,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin