Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 133,92 Kb.
tarix21.10.2017
ölçüsü133,92 Kb.
#8303

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Respublikasının Təhsil Problemləri

İnstitutu

Azərbaycan Dövlət İqtisad Universiteti

Bakalavr tədris pilləsi üçün “İnsan resurslarının idarə edilməsi” fənninin


Proqramı

İxtisas: “İİ 010500 – Əməyin iqtisadiyyatı və sosiologiyası”


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodiki

Şurasının “İqtisadiyyat bölməsinin” 2009-cu il tarixli

Iclasının qərarı ilə təsdiq edilmişdir.(protokol N )


Bakı-2009


Tərtib edənlər: i.e.d.,prof. T.Ə.Quliyev

i.e.n.,dos. Ə.İ.Məmmədov

i.e.n.,dos. Ə.A.İsmayılzadə
Redaktor : i.e.n.,dos. A.B.Məmmədov

Rəyçilər : i.e.d.,prof. M.Əhmədov

i.e.n.,dos. Q.Bayramov

İzahat vərəqəsi
Fənnin tədrisinə ayrılan saatların miqdarı 72 saatdır.

Bazar iqtisadiyyatının formalaşdığı şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə cəmiyyətin mövcud insan potensialından səmərəli istifadə edilməsi, onun bütün ehtiyatlarının hərəkətə gətirilməsi idarə etmə fəaliyyətinin qarşısında duran ən mühüm məsələlərdən biridir. Bu problemin həllində idarəetmənin bütün səviyyələrində insan resursların, xüsusilə onun iqtisadi fəal hissəsi olan işçi heyətinin idarəedilməsi məsələlərinin səmərəli həlli çox böyük əhəmiyyət kəsb edir.

Menecment fəaliyyətində ən başlıca cəhət işçilərin səyini, qabiliyyətini, bacarığını qarşıya qoyulmuş məqsədlərin icrasına yönəltməkdir. İnsan resurslarının idarə edilməsi menecmentin sosial fəaliyyəti ilə bağlı olduğuna görə, bu bir çox elmlərin obyektinə çevrilmişdir.

Bu baxımdan “İnsan resurslarının idarə edilməsi” fənninin tədrisi müasir dövrdə çox zəruridir. “İnsan resurslarının idarə edilməsi” kursu iqtisad yönümlü bütün ixtisaslar üzrə bakalavr tədris pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

“İnsan resurslarının idarə edilməsi” kursu əmək ehtiyatları və əmək potensialı,istehsalın səmərəliliyinin yüksəldilməsində insan resurslarının idarə edilməsinin rolu,əmək davranışı - əmək fəaliyyətinin motivləşdirilməsi və insan resurslarının inkişafı,insan resurslarının idarə edilməsi,heyətin seçilməsi,toplanması və insan resurslarının inkişafı, ETT və insan resurslarının peşə təhsili problemləri, əmək haqqının forma və sistemlərinin səmərəliliyi,əməyin ödənilməsi amilləri, əhalinin təhlükəsizliyi və sağlamlığı,əmək kollektivlərində münaqişə situasiyalarının idarə edilməsi və s. kimi aktual mövzuları öyrənir.

“İnsan resurslarının idarə edilməsi” fənninin tədrisi “Əməyin iqtisadiyyatının əsasları”,“Əməyin sosiologiyasının əsasları”, “Menecment”, “Psixologiya” və digər fənlərlə əlaqələndirilərək təşkil edilməlidir.



MÖVZU 1. “İnsan resurslarının idarə edilməsi” kursunun

predmeti, məzmunu və vəzifələri.
İdarəetmə anlayışı, onun bazar iqtisadiyyatı şəraitində rolunun artması. İdarəetmənin obyekti və subyekti.İdarəetmənin növləri. Şüurlu sosial idarəetmə - cəmiyyətin idarə edilməsi.Sosial idarəetmə sistemi. İnsan-sosial-iqtisadi kateqoriya kimi. İnsanın əmək fəaliyyəti-ictimai tərəqqinin səbəbi və nəticəsidir.

İnsanlar-iqtisadi resurs və milli sərvətin vacib komponentidir. İnsan resurslarının idarə edilməsi zamanın tələbidir. İnsan resurslarının tarixi inkişaf mərhələləri “İnsan resurslarının idarə edilməsi” fənninin mahiyyəti, məzmunu və predmeti. Kursun öyrənmə obyekti,aktuallığı və vəzifələri. Müasir şəraitdə insan resurslarının idarə edilməsinin əsas məqsədi. İdarəetmə sahəsində istifadə edilən ümumi və xüsusi metodları. “İnsan resurslarının idarə edilməsi” kursunun digər fənnlərlə qarşılıqlı əlaqəsi onun elmlər arası inteqrativ xarakteri.




MÖVZU 2. Əmək ehtiyatları və əmək potensialı.
Əhali-idarəetmə və elmi dərketmənin obyekti kimi. Əhali haqqında sistemli biliklər. Demoqrafik proseslər və demoqrafik siyasət. Demoqrafiya və iqtisadiyyat. Demoqrafik təhlükəsizlik. Əhalinin təkrar istehsalı və quruluşu. Əmək potensialı, onun mahiyyəti.

Əmək ehtiyatları, onların formalaşması və bölüşdürülməsi. Əmək ehtiyatları və onlardan istifadə. İqtisadi fəal və qeyri-iqtisadi fəal əhali. İşçi qüvvəsi,onun təkrar istehsalının mahiyyəti. İşçi qüvvəsinin və əhalinin təkrar istehsalının əsas xüsusiyyətləri.

Əhalinin həyat səviyyəsi. Həyat keyfiyyəti. Əhalinin sosial müdafiəsi. İşçi qüvvəsinin rəqabət qabiliyyəti.

Xalq təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma forma və mənbələri. Əmək ehtiyatlarının proqnozlaşdırılmasının balans üsulu. Əmək ehtiyatlarının idarəedilməsi vəzifələri. Əhalinin miqrasiyası. Miqrasiyanın tipləri və növləri. Əhalinin gender konsepsiyası və qadınların sosial-iqtisadi problemləri.




MÖVZU 3. Əhalinin sağlamlığı və təhlükəsizliyi.
Əhalinin sağlamlığının və əməyinin təhlükəsizliyinin rolu və əhəmiyyəti. Əməyin təhlükəsizliyinin hüquqi əsasları. Təhlükəsiz əmək təmin edilməsində işəgötürənlərin və işçilərin hüquq və vəzifələri. Təşkilatın rəhbərliyinin təhlükəsiz əmək şəraitinin yaradılmasında rolu.

Əməyin təhlükəsizliyi amilləri. Avadanlıqların tətbiqi və fiziki əməyin sərfi şəraitində əməyin təhlükəsizliyi amillərinin təsnifatı. İşlə bağlı təhlükəsizlik amilləri.

Əməyin məzmunu və zədələnmə səviyyəsi arasında əlaqə. İş qrafiklərinin zədələnmə səviyyəsinə təsiri. İstehsalat zədələnmələrinin qarşısının alınması tədbirləri. Əlverişsiz əmək şəraiti yaradan amillərin aradan qaldırılması.

İşçilərin, bütövlükdə əhalinin sağlamlığının qorunması və möhkəmlənməsinin əsas istiqamətləri. Zərərli vərdişlərin və streslərin aradan qaldırılması yolları. İşçilərin əməyinin mühafizəsi tədbirləri.



MÖVZU 4. İntelektual kapital və onun idarə edilməsi. Təhsil və insan inkişafı
İnsan kapitalı anlayışı, mahiyyəti, əhəmiyyəti. İnsan kapitalı konsepsiyası. İnsan kapitalının reallaşması yolları.

İntelektual kapital,onun mahiyyəti və əhəmiyyəti. Bilik və düşüncələrin intellektləşdirilməsi. Intellektual məhsulların rəqabət qabiliyyətliliyi amilləri. İntellektual məhsullar bazarının xüsusiyyətləri.

İntelektual kapital və innovasiya fəaliyyəti. İnnovasiya menecmenti.

İntelektual əmək və intelektual mülkiyyət.

Biliyin idarə edilməsi problemləri.

Təhsil insanın inkişafı və cəmiyyətin tərəqqisi amili kimi. Təhsil və iqtisadi artım. Təhsilin inkişafının iqtisadi mexanizmi.təhsil modelləri və təhsil sistemləri. Təhsilin iqtisadiyyatı. Təhsilin sosial-iqtisadi səmərəliliyi. İnsan kapitalına investisiya qoyuluşu. Təhsilə yönəldilmiş investisiyaların səmərəliliyi.



MÖVZU 5. İstehsalın səmərəliliyinin yüksəldilməsində insan

resurslarının idarəedilməsinin rolu.
Bazar iqtisadiyyatı şəraitində təşkilatın (müəssisənin) işinin əsasında duran əsas məqsədlər. Təşkilatın səmərəliliyi-onun fəaliyyətinin əsas məqsədidir. Təşkilatın səmərəliliyinə təsir edən amillər, onların qarşılıqlı əlaqələri və qarşılıqlı asılılığı. Təşkilatın sosial strukturu.

Xarici amillər və onların təsnifatı. Siyasi,iqtisadi və coğrafi amillər,onların əsasları. İstehsalın səmərəliliyinin təşkilati amilləri. Təşkilatın fəaliyyətinə tətbiq edilən texnologiyanın,təşkilatın quruluşunun,strukturunun,ölçülərinin təsiri. İdarəetmə amillərinin təşkilatın fəaliyyətinə təsiri.

İdarəetmə strategiyası və üslubu. İdarəetmədə və qərarların qəbul edilməsində ierarxiya və əks əlaqə prinsipi.

İşçilərin məhsuldarlığına səbəb olan amillər və onların fərqli xüsusiyyətləri. İşçilərlə bilavasitə bağlı olan amillər: vərdişlər, qabiliyyət, təhsil, peşəkarlıq, ixtisas səviyyəsi, təşəbbüskarlıq, stimullar, motivlər və s.




MÖVZU 6. Heyətin əməyinin təşkili - əmək ehtiyatlarından

istifadənin səmərəliliyinin yüksəldilməsinin sosial-

texniki-texnoloji şərti və amili kimi.
Əməyin təşkilinin mahiyyəti və məqsədi. Əməyin təşkilinin müasir konsepsiyaları və problemləri. Əməyin təşkili senergetikası. Əməyin təşkilinin əsas prinsipləri və metodları. Ayrı-ayrı işçi kateqoriyaları üzrə əməyin təşkili xüsusiyyətləri. Əməyin təşkilinin əsas istiqamətləri. Əməyin təşkilinin səmərəliliyi.

İdarəetmə sferasında əməyin təşkilinin mahiyyəti,əhəmiyyəti və xüsusiyyətləri. İdarəçilik əməyinin obyekti,predmeti və spesifik xüsusiyyətləri. İdarə heyəti işçilərinin kateqoriyaları.

Rəhbər işçilərin iş vaxtının təsnifatı. Rəhbərin iş vaxtının fərdi planlaşdırılması. MTİ-in və qulluqçuların iş vaxtından istifadə olunması.

Mütəxəssis əməyinin keyfiyyəti,əmək bölgüsü və vəzifə təlimatı. Əməyin elmi təşkilinin əsasları və prinsipləri. Əməyin elmi təşkilinin iqtisadi səmərəsi. əmək potensialı.



MÖVZU 7. Əmək davranışı, əməyin motivləşdirilməsi və insan

resurslarının istifadə problemləri.
Sosial nəzarət, onun növləri və funksiyaları. Müxtəlif davranış növlərinin fərqli xüsusiyyətləri. Sosial davranış və onun növləri. İqtisadi davranış. Əmək davranışı,onun mahiyyəti,quruluşu və növləri. Əmək davranışının tənzimlənməsi mexanizmi. İşçilərin davranışına təsir edən amillər. Əmək sferasında normalar və normativlər. Davranışın tədqiqi – işçini başa düşməyin açarıdır.

Motivləşdirmə anlayışı,onun mahiyyəti. Motivləşdirmə - insan davranışını tənzim edən daxili həyəcanların formalaşmasıdır. Təbii və sosial tələbatlar. Əmək davranışı motivlərinin quruluşu. Əmək haqqı motivləşdirmə özəyinin elementi kimi.

Tələbat və onun sosial məzmunu. Tələbat, mənafelər və əmək fəaliyyəti. Motivləşdirmə və stimullaşdırma. Əmək fəaliyyətinin motivlərinin funksiyaları: meyledici-istiqamətverici, məna yaradan, məna kəsbedən, vasitəçilik, səfərbəredici, əsaslandırma.

Əmək fəaliyyətinin motivləşdirilməsinin idarəedilməsi. Motivlərin növləri. Stimulların təsnifatı.

Motivləşdirmə nəzəriyyələri. A.Maslounun tələbatın ierarxiyası nəzəriyyəsi. K.Alderfеrin tələbat nəzəriyyəsi. F.Xartsberqin iki amilli nəzəriyyəsi. S.Adamsın ədalətlilik nəzəriyyəsi və s.

Müasir inkişaf mərhələsində insan resurslarının idarəedilməsində menecerlərin rolu. İnsan resursları departamentinin rəhbəri işçi heyəti üzrə təşkilatın əsas mütəxəssisi kimi.




MÖVZU 8. İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi.
Təşkilatın bütün sisteminin strateji planlaşdırılmasında insan resurslarının planlaşdırılması və proqnozlaşdırılmasının əhəmiyyəti. Müəssisənin fəaliyyətinin planlaşdırılması və insan resurslarının planlaşdırılması. İnsan resurslarının planlaşdırılması prosesi və əsas məqsədi. Təşkilatda məşğulluğun planlaşdırılmasına sistemli yanaşma. İnsan resurslarının inkişafı planı.

Heyətə tələbatın müəyyən edilməsinin mahiyyəti,məqsədləri və əsas məsələləri. Heyətə kəmiyyət və keyfiyyət tələbatı. Əsas və əlavə tələbatın müəyyən edilməsi. Heyətə tələbatın müəyyən edilməsinin əsas metodları. Əmək tutumuna əsasən işçilərin sayının hesablanması. İş vaxtı balansı. İnzibati-idarə heyətinin müəyyən edilməsi. Xidmət normasına əsasən işçilərin hesablanması.

Heyət haqqında informasiyanın toplanması və işlənməsi. Heyətə tələbatın planlaşdırılması. İşçi heyətinin cəlb edilməsinin daxili və xarici mənbələri. Heyətin öyrədilməsinin formaları. Kadrlarla aparılan iş sistemi. İşçi heyətinin qiymətləndirilməsi,kadrların seçilməsi və yerləşdirilməsi. Kadrlarla iş planının əsas mərhələləri. Kadr planlaşdırılmasının insan resurslarının idarəedilməsində yeri və rolu.

Heyətin marketinqi,onun mahiyyəti,əsas prinsipləri və istiqamətləri. Heyətin marketinqinin istiqamətlərini müəyyən edən daxili və xarici amillər.




MÖVZU 9. Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi.
Səmərəli əməyin kəmiyyət və keyfiyyət meyarları. İşçilərin əməyinin nəticələrinin sistemli qiymətləndirilməsi. Əməyin məhsuldarlıq göstəricilərinin müəssisənin fəaliyyətinin digər göstəriciləri ilə qarşılıqlı əlaqəsi və müqayisəsi. Əməyin nəticələrinin qiymətləndirilməsi qaydaları. Heyətdən rasional istifadə forma və üsulları.

Bazar sistemi və əmək məhsuldarlığı. Əmək məhsuldarlığı,əməyin məhsuldar qüvvəsi və əmək intensivliyi. Sistemli texniki tərəqqi,istehsalın səmərəliliyi və əmək məhsuldarlığı. Əmək məhsuldarlığının yüksəldilməsi amilləri və ehtiyatları. Məhsuldarlığın qeyri-iqtisadi amilləri.

Əmək intizamının möhkəmləndirilməsi və onun məhsuldarlığa təsiri. Kadr axıcılığı. İş vaxtından istifadə. Əmək məhsuldarlığının müəyyən edilməsi üsulları.

Məhsuldarlıq problemilə istehsalın texniki səviyyəsinin qarşılıqlı əlaqəsi. Məhsuldarlığın dinamikasının idarə edilməsi. Yeni texnikanın mənimsənilməsi və işçilərin əməyinin məhsuldarlığı.




MÖVZU 10. Heyətin toplanması, seçilməsi və insan resurslarının

inkişafı.
Heyətin toplanması və seçilməsinin təşkilatın inkişafında rolu. Heyətin toplanmasında daxili amillərin təsiri. Peşə tələblərinin heyətin toplanmasında,seçilməsində rolu. İşçilərin,təşkilatdaxili yerləşdirilməsinin mahiyyəti. İqtisadiyyatın və əmək bazarının vəziyyətinin heyətin formalaşmasına təsiri.

İşçinin peşə-ixtisas strukturunun və texnoloji proseslərinin dəyişilməsinin qarşılıqlı əlaqəsi. Dövlətin tənzimləmə aktlarının işçilərin yığılması (toplanması) prosesinə təsiri.

Heyətin yığılması (toplanması) mənbələri. Mətbuat orqanlarında heyətin toplanması üzrə reklamların təşkili. İşə qəbul üzrə agentlərlə işin təşkili ixtisaslı və peşəkar kadrlarla təmin olunmasının vacib mənbəyidir.

Namizədin seçilməsi. Seçmək üçün meyarların müəyyən edilməsi. İşçinin və işin xarakteristikasının müqayisə edilməsi. Namizədlərin ərizələrinin təhlili. Heyətin seçilməsi prosesində müsahibənin rolu və əhəmiyyəti. Fərdi və qrup şəklində müsahibə. Müsahibənin aparılması və yekunlaşdırılması qaydaları. Kadrların seçilməsində testləşdirmə. Kadrların seçilməsi və işə qəbul edilməsinin səmərəliliyinin qiymətləndirilməsi.




MÖVZU 11. Əməyin ödənilməsinin təşkili və idarəedilməsi.
Əməyin ödənilməsinin təşkilinin zəruriliyi. Əmək haqqının mahiyyəti. Nominal və real əmək haqqı. Əmək haqqının təşkilinin əsas prinsipləri. Əmək haqqının təşkilinin əsas ünsürləri: əməyin normalaşdırılması,əməyin ödənilməsinin tarif sistemi,əmək haqqının forma və sistemləri.

Əməyin ödənilməsinə təsir edən amillər. Əmək bazarı şərtləri. Təşkilatın iqtisadi imkanları. Texnologiyanın əməyin ödənilməsi səviyyəsi və strukturuna təsiri.

Əməyin nəticələrinə görə əməyin ödənilməsinin üstünlükləri və nöqsanları. Məhsuldarlığa görə əməyin ödənilməsi prinsipi.

“Əmək haqqı-qiymət” spiralı. Əmək haqqı ilə bağlı təlimlər. Muzdlu fəhlələrin səhmlər fondu.

Əməyin ödənilməsinin tarif sistemi: tarif maaşı,tarif cədvəli,tarif-ixtisas-sorğu kitabçaları.Əmək haqqının təşkilinin tarifsiz modeli.

Əmək haqqının forma və sistemləri, onların tətbiqi şərtləri, səmərəliliyi. Kollektiv (briqada) əmək haqqı sistemi.

İşin mürəkkəbliyinin qiymətləndirilməsi meyarları və metodları.

Müəssisələrdə əmək haqqının strukturu. Əsas və əlavə əmək haqqı. Fəhlə və qulluqçuların əməyinin ödənilməsinin strukturu. Rəhbər işçilərinin,mütəxəsislərin və qulluqçuların əməyinin ödənilməsinin təşkili. Əməyin ödənilməsi üçün vəsaitin formalaşması. Əməyin ödənilməsi sisteminin səmərəliliyinin qiymətləndirilməsi. İşçilərin əməyinin ödənilməsinin qanunvericiliklə tənzimlənməsi.



MÖVZU 12. İşçilərin əmək fəaliyyətinin stimullaşdırılması.
Əməyin stimullaşdırılmasının mahiyyəti və funksiyaları. Əmək fəaliyyəti stimullarının növləri və stimullaşdırmanın təşkilinə olan tələblər. Əmək haqqının stimullaşdırıcı təsiri.

İşçilərin qeyri-müstəqim (dolayısı) stimullaşdırılmasının rolu və əhəmiyyəti. Dolayısı stimullaşdırma formaları. Dolayısı stimullaşdırmanın iqtisadi və psixoloji xarakteri,onların xüsusiyyətləri və üstünlükləri. Həyatın sığortalanmasına görə kompensasiya. İşsizliyə görə kompensasiya. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə kompensasiyaların mahiyyəti və növləri.

Sağlamlığın sığortalanması. Pensiya planı. Xəstəliyə görə məzuniyyət proqramı. Qeyri iş günlərinin ödənilməsi proqramı. Ictimai borcun yerinə yetirilməsi ilə bağlı məzuniyyət.

İşçilərin mənfəətdə iştirakı və səhmlərin əldə edilməsi planı.

Kollektiv müqavilələrin (danışıqların) işçilərin dolayısı stimullaşdırılması formalarının formalaşmasına təsiri.

MÖVZU 13. Elmi-texniki tərəqqi və insan resurslarının peşə-ixtisas

təhsili problemləri.
Elmi-texniki tərəqqi,əməyin dəyişilməsi və əməyin reduksiyası. Insan kapitalı əmək amilinin yeni iqtisadi forması kimi. Müasir dövrün kadr siyasəti və problemləri. Respublikamızda peşəkar kadrların hazırlanmasının müasir vəziyyətinin xarakteristikası.

Kadrların geniş profilli peşə hazırlığının mahiyyəti. Sosial təhsil nəzəriyyəsi. Peşə vərdişləri təhsil metodu. Sərbəst surətdə peşənin seçilməsi məsələsi. Gənclərin peşə seçimiproblemləri. Fəhlə kadrlarının hazırlanması sistemi və onun təşkili. Fərdi və briqada (qrup) formasında kadr hazırlığı.

İxtisaslı fəhlə kadrlarına tələbatın müəyyən edilməsi. Fəhlə kadrlarının ixtisasının artırılması və onun proqnozlaşdırılması .

Mütəxəssis kadrların hazırlanması,onların ixtisasının artırılması və onlara tələbatın müəyyən edilməsi. Interaktiv təhsil metodu. Rəhbər kadrların ixtisasının artırılması.


MÖVZU 14. İnsan resurslarının treninqi (təlimi) və inkişafı.

Əmək fəaliyyətinin dəyişilməsi qanunu və qanunauyğunluqları. Treninq proqramlarının əhəmiyyəti və tətbiqi. Təlimatlandırma prosesinin xüsusiyyətləri. Treninq (təlimatlandırma) proseslərinin həyata keçirilməsində əsas məqsədlər. Iş yerindən kənarda treninq metodları. Iş yerində treninq (təlim) metodları.

Menecerlərin ixtisasının yüksəldilməsinə olan tələbat. Ixtisasın artırılması metodları. Rəhbər işçilər və mütəxəssislər tərəfindən həyata keçirilən təlimatlandırma. Treninq və inkişafın qiymətləndirilməsinin iqtisadi və sosial-psixoloji metodları. Treninqin nəticələrinin ölçülməsi üsulları. Karyera anlayışı, onun inkişafının planlaşdırıkması. Istehsalın səmərəliliyinin artırılmasında işgüzar karyeranın inkişafının rolu və əhəmiyyəti karyeranın planlaşdırılması mərhələləri.

Təşkilat daxili karyeranın inkişafının əsas istiqamətləri. Menecerin işgüzar karyerasının Yapon modeli. Karyeranın idarəedilməsi qaydaları.

Heyətin xidməti-professional irəliləyişlər sistemi. Xətti rəhbərlərin hazırlanmasının əsas mərhələləri. Kadr ehtiyatı ilə iş.

MÖVZU 15. İşçilər arasında qarşılıqlı münasibətlər sistemi.
Qarşılıqlı münasibətlərin psixologiyası. Işçilərlə menecerlər arasındakı qarşılıqlı münasibətlərin inkişafı tarixi. Işçilərlə pozitiv qarşılıqlı münasibətlərin qurulmasının əsas istiqamətləri.

Menecment fəlsəfəsi. Menecerlərə qarşı irəli sürülən tələblər. Digər rəhbər işçilərə qoyulan tələblər. Menecerlərin əsas funksiyaları.

Işçilər arasında inam və etibar mühitinin yaradılmasında səmərəli qarşılıqlı əlaqə və münasibətlər sisteminin yaradılmasının rolu və əhəmiyyəti.

Müdiriyyətlə həmkarlar təşkilatları arasında işgüzar münasibətlərin qurulması. Kollektiv danışıqların aparılmasında və kollektiv müqavilələrin hazırlanmasında həmkarlar təşkilatlarının iştirakı.

Insan resursları üzrə menecerlərin kollektiv müqavilələrin formalaşmasında və qəbulunda rolu.

MÖVZU 16. Əmək kollektivlərində münaqişə situasiyaları və onların

idarəedilməsi.

Əmək kollektivləri və onların quruluşu. Əmək kollektivlərinin birliyi və möhkəmliyi meyarları. Əmək kollektivlərində münaqişə situasiyaları. Münaqişənin mahiyyəti və onun təsnifatı. Idarəetmə sistemində münaqişələr, münaqişələrin növləri. Sosial-psixoloji münaqişələr. Münaqişələrin təbiəti, səbəbləri, obyekti və subyekti.

Heyətin idarə edilməsində münaqişələrin proqnozlaşdırılmasının və idarə olunmasının rolu. Münaqişənin səbəbini müəyyən edən amillər. Münaqişədə davranışın formaları. Münaqişənin inkişaf mərhələləri və həlli yolları. Qeyri-müəyyənlik və onun məhdudlaşdırılması.

Münaqişəyə çoxaspektli yanaşma. Münaqişələrin meydana çıxması və davam etməsi qanunauyğunluqları. Münaqişələrin idarəedilməsi.

Stres anlayışı. Тəşkilatlarda və iş yerlərində stresə təsir edən amillər: müdiriyyətin siyasəti və strategiyası, təşkilati struktur, təşkilati proses, iş yerlərində əmək şəraiti və s.

Heyətin idarə edilməsində işgüzar münasibətlər etikası,onun münaqişə və stresin idarə edilməsində rolu.

Xarici ölkələrdə münaqişəşünaslıq problemi.


MÖVZU 17. İnsan resurslarının idarə edilməsinin hüquqi və etik

cəhətləri.
Işə götürmənin hüquqi aspektləri. Əmək Məcəlləsi. əmək hüququ. Işə qəbul zamanı işçilər arasında cinsə, yaşa, etnik qruplara, dini etiketə görə fərqlərin qoyulmaması üçün tənzimləmə tədbirləri.

Təşkilatın idarə edilməsində mənəvi-sosial tələblər. Idarəetmədə etika məsələləri. Biznesdə etika norma və dəyərləri.

Işçilərin şəxsi həyatı və hüququnun toxunulmazlığı. Işçilərin testləşdirilməsinin və qiymətləndirilməsinin etik cəhətdən əsaslandırılması. Əmək dəyərlərinin qiymətləndirilməsinin və bərabər əməyə bərabər haqqın verilməsinin etik cəhətləri. Əmək kollektivlərində sağlam sosial-psixoloji və mənəvi-etik iqlimin yaradılmasının əhəmiyyəti. İşgüzar münasibətlər etikası, onun işçilərin idarə olunmasında və əmək nəticələrinin yüksəldilməsində rolu.

MÖVZU 18. İnsan resurslarının idarə edilməsinin xarici ölkə

modelləri.
İnsan resurslarının idarə edilməsinin qloballaşması. İnsan resurslarının idarə edilməsinin xüsusiyyətləri. Avropa İttifaqında işçi qüvvəsinin xarakteristikası və işə götürmə şərtləri. Avropa İttifaqı ölkələrində insan resurslarının idarə edilməsi. Heyətin işə götürülməsi və işdən azad edilməsi. Natamam iş günü və müvəqqəti iş. Məşğulluq sferasında bərabər imkanlar. İrqi ayrıseçkilik və cinsi zorakılıq problemləri.

ABŞ-da insan resurslarının idarə edilməsi. Sərbəst işə düzəlmə. Məşğulluq sferasında meyllər. Mədəni amillərin təsiri. Taft-Xartlı (1947-ci il) qanunu.

Yaponiyada insan resurslarının idarə edilməsi təcrübəsi: üstünlükləri və problemləri.

Beynəlxalq kompaniyalarda insan resurslarının idarə edilməsi.

İnsan resurslarının idarə edilməsi” fənni üzrə dərs saatlarının bölgüsü




Mövzuların adı


saatlar

mцщазиря

мяшьяля

1

“İnsan resurslarının idarə edilməsi” kursunun predmeti,

məzmunu və vəzifələri



2

2

2

Əmək ehtiyatları və əmək potensialı

2

2

3

Əhalinin sağlamlığı və təhlükəsizliyi

2

2

4

Intelektual kapital və onun idarə edilməsi. Təhsil və insan

inkişafı


2

2

5

İstehsalın səmərəliliyinin yüksəldilməsində insan

resurslarının idarə edilməsinin rolu



2

2

6

Heyətin əməyinin təşkili-əmək ehtiyatlarından

istifadənin səmərəliliyinin yüksəldilməsinin

sosial-texniki-texnoloji amili və şərti kimi


2

2

7

Əmək davranışı,əməyin motivləşdirilməsi və insan

resurslarının istifadəsi



2

2

8

İnsan resurslarının strateji planlaşdırılması və idarə edilməsi

2

2

9

Heyətin əməyinin səmərəliliyinin qiymətləndirilməsi

2

2

10

Heyətin toplanması,seçilməsi və insan resurslarının inkişafı

2

2

11

Əməyin ödənilməsinin təşkili və idarə edilməsi

2

2

12

İşçilərin əmək fəaliyyətinin stimullaşdırılması

2

2

13

Elmi-texniki tərəqqi və insan resurslarının peşə-ixtisas təhsili

problemləri



2

2

14

İnsan resurslarının treninqi (təlimi) və inkişafı

2

2

15

İşçilər arasında qarşılıqlı münasibətlər sistemi.

2

2

16

Əmək kollektivlərində münaqişə situasiyaları və

onların idarə edilməsi



2

2

17

İnsan resurslarının idarə edilməsinin hüquqi və etik

cəhətləri



2

2

18

İnsan resurslarının idarə edilməsinin xarici ölkə modelləri

2

2




Жями:

36

36

Ədəbiyyat

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı, 2000

2. Axundov M. Müəssisə iqtisadiyyatı. Bakı, 2002

3. Quliyev A. Sosial təminat məsələləri haqqında qanunvericilik toplusu. Bakı, 2006

4. Quliyev T.Ə. Əməyin sosiologiyası. Bakı, 1998

5. Quliyev T.Ə. Menecmentin (idarəetmənin) əsasları. Bakı, 2001

6. Quliyev T.Ə. Əməyin iqtisadiyyatı. Bakı, 2003

7. Əliyev M., Həmidov H. İnsan resurslarının idarəedilməsi. Bakı, 2002

8. . Şahbazov K. və başqaları Menecment. Bakı, 2005

9. Aрмстронг М.Практика управления человеческими ресурсами.-

Изд.Питер,2007

10. Базаров Т.Ю.Управление персоналом. М., 2005

11. Грэхем Х.Т., Беннет Р. Управление человеческими ресурсами. М., 2003

12. Генкин Б.М. Эффективность труда и качество жизни. М., 1997

13. Генкин Б.М. Экономика и социология труда, М., 2007

14. Кибанова А.Я. Управление персоналом организации. Учебное пособие. М.,

1999

15 .Ильина Л.О. Рынок труда и управление человеческими



ресурсами.М.,Феникс,2008

16. Шапиро С. Мастерство управления человеческими ресурсами.-М,2008

17.Шапиро С.Основы управления персоналом в современных организациях.-М,

2007


18.Управление человеческими ресурсами: менеджмент и консультирование.-М.,

2004


19.G.Dessler. Human Resoursces Management .- New Jersey, USA,2007

20.Patricia M. Albrecht, Roger C. Albrecht. Fundamentals of Human Resourcers,

- AMA, USA, 2005

«Азярбайжан Дювлят Игтисад Университетинин

«Ямяйин игтисадиййаты вя тяшкили» кафедрасынын

мцдири проф. Т.Я.Гулийевин, дос.Я.И.Мяммядовун

вя дос.И.А.Исмайылзадянин бирэя щазырладыьы «Инсан

ресурсларынын идаря едилмяси»фяннинин програмына
Р Я Й
Дцнйа игтисади мяканына дахил олмаг цчцн йцксяк сявиййяли идаряетмя кадрларынын щазырланмасы базар мцнасибятляри шяраитиндя даща да актуаллашыр. Менежмент фяалиййятиндя ян башлыжа жящят ишчилярин сайыны, габилиййятини, бажарыьыны гаршыйа гойулмуш мягсядлярин ижрасына йюнялтмякдир. Инсан ресурсларынын идаря едилмяси менежментин сосиал фяалиййяти иля баьлы олдуьуна эюря, бу бир чох елмлярин обйектиня чеврилмишдир.

Бу бахымдан «Инсан ресурсларынын идаря едилмяси» фяннинин тядриси мцасир дюврдя чох зяруридир. Тягдим едилян програмда инсан ресурсларынын идаря едилмяси сащясиндя йцксяк ихтисаслы кадрларын щазырланмасы истигамятиндя зярури олан ясас мясяляляр юз яксини тапмышдыр.

«Инсан ресурсларынын идаря едилмяси» курсу ямяк ещтийатлары вя ямяк потенсиалы, истещсалын сямярялилийинин йцксялдилмясиндя инсан ресурсларынын идаря едилмясинин ролу, ямяк давранышы – ямяк фяалиййятинин мотивляшдирилмяси вя инсан ресурсларынын инкишафы, инсан ресурсларынын идаря едилмяси, щейятин сечилмяси, топланмасы вя инсан ресурсларынын инкишафы, ЕТТ вя инсан ресурсларынын пешя тящсили проблемляри, ямяк щаггынын форма вя системляринин сямярялилийи, ямяйин юдянилмяси амилляри, ящалинин тящлцкясизлийи вя саьламлыьы, ямяк колективляриндя мцнагишя ситуасийаларынын идаря едилмяси вя с. кими актуал мювзулары юйрянир.

Тядрис програмында мювзулар мянтиги ардыжыллыгла верилмишдир, програмда мювзуларын мцщазиря вя мяшьяляляр цзря бюлэцсц, ядябиййат сийащысы верилмишдир.



«Ямяйин игтисадиййаты вя тяшкили» кафедрасынын ямякдашлары проф.Т.Я.Гулийев, дос.Я.И.Мяммядов вя Я.А.Исмайылзадя тяряфиндян бирэя щазырланмыш «Инсан ресурсларынын идаря едилмяси» фяннинин тядрис програмы бцтцн тялябляря жаваб верир вя чап едилмяси тювсиййя едилир.
«Макроигтисади тянзимлямя»

кафедрасынын мцдири проф. М.А.Ящмядов


Yüklə 133,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin