Dərsin geniş pedaqoji təhlili dərsin bütün detallarının ayrılmasını və onun bütün məqamlarının bir tam kimi müzakirəsini, yəni dərsin tərbiyəvi, didaktik, psixoloji, sanitar-gigiyenik tələblərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Dərsin geniş təhlili yeni fəaliyyətə başlayan müəllimlərin dərsləri dinlədikdən sonra keçirilir. Təcrübəsinin ümumiləşdirilməsi və yayılması lazım bilinən müəllimlərin dərslərixüsusi öyrənmə predmeti ola bilər.
Dərsin qısa təhlilidirektordan, onun müavinindən, metodistdən obyektiv təklif və tövsiyələr müəllimin şəxsiyyətini yaxşı bilməyi, yüksək metodik və idarəetmə mədəniyyəti tələb edir.