Direktoriyani müşavirə: Daha çox operativliyi ilə digər kollegial idarəetmə orqanlarından fərqli olaraq məktəbdə, əsasən, ictimai-inzibati idarəetmə funksiyasını həyata keçirməyə istiqamətlənsə də metodiki məsələlərin həllindən kənarda qalmır, əksinə 199 məktəbin təlim-tərbiyə prosesinin idarə edilməsində aparıcı yer tutur. Direktoriyanı müşavirənin iş planı məktəbin ümumi iş planı əsasında hazırlanır. Direktoriyanı müşavirədə müzakirə edilən məsələlərdən asılı olaraq müşavirəyə dəvət olunacaq işçilər tez-tez dəyişir. Direktoriyanı müşavirələrdə, əsasən məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb bazasının və avadanlığın, dərslik fondunun qorunub saxlanılması və təmiri məsələləri; ayrı- ayrı fənlərin tədrisi vəziyyəti, şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi, məktəb sənədlərinin aparılması vəziyyəti, valideynlərlə işin istiqamətləri, şagird özünüidarə orqanlarının işinin istiqamətləndirilməsi, fənn olimpiadalarına hazırlıq məsələləri, laboratoriya və praktik işlərin yerinə yetirilməsi vəziyyəti, I-IV siniflərdə oxu texnikası-nın vəziyyəti, dərsə davamiyyət məsələləri, tarixi günlərin keçirilməsinə hazırlıq, mü- əllim- şagird münasibətləri və s.məsələlər həll edilə bilər. Məktəb şurasında, pedaqoji şurada, direktoriyanı müşavirələrdə müzakirə olunan məsələlər bir-birini təkrarlamamalı, məktəbdə fəaliyyət göstərən kollegial orqanların işləri əlaqələndiril-məli və tənzimlənməlidir.