Təhsil prosesinin iştirakçıları, onların hüquqları, vəzifələri və sosial müdafiəsi
Maddə 46. Təlim-tərbiyə prosesinin iştirakçıları
Təlim-tərbiyə prosesinin iştirakçıları sırasına daxildir:
-tərbiyə və təhsil alanlar — uşaqlar, şagirdlər, tələbələr (bakalavrlar), kursantlar, müdavimlər, stajkeçənlər, ordinatorlar, magistrlər (aspirantlar), doktorantlar;
-pedoqoji işçilər — dayələr, tərbiyəçilər, pedaqoji işlə məşğul olan magistrlər, müəllimlər, psixoloq-praktiklər, sosioloq-pedaqoqlar, əmək təlimi ustaları, metodistlər, məktəbdənkənar müəssisələrin pedaqoji işçiləri, elmi işçilər, mühəndis texniki işçilər, tədris-köməkçi heyət, kitabxana işçiləri, pedaqoji mətbuatın əməkdaşları, təhsil orqanlarının işçiləri, təlim-tərbiyə müəsisələrinin başçıları;
-valideyn və ya onları əvəz edənlər, ailə tipli uşaq evlərinin valideyn-tərbiyəçiləri;
-təlim-təbiyə prosesində iştirak edən müəssisə, idarə, təşkilat, fond, assosiasiya, cəmiyyət və birliklərin nümayəndələri.
Dostları ilə paylaş: |