Azərbaycan Respublikası



Yüklə 51,51 Kb.
tarix21.10.2017
ölçüsü51,51 Kb.
#7236

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

“17 “ aprel 2013-cü il tarixli

01-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir



9 nömrəli əlavə
Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament
1. Ümumi müddəalar
1.1. Elektron xidmətin adı:

Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;

1.3.2. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 noyabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydaları”nın 2-ci və 3-cü hissələri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 11.9-cu bəndi.



1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi



1.5. Elektron xidmətin digər icraçıları:

Yoxdur.


1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

15 (on beş) gün müddətində



1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Təqdim edilmiş sənədlər bu reqlamentdə göstərilənlərə uyğun olduğu halda müraciət edən istifadəçilərə yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması aktının verilməsi.
2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi
2.1. Elektron xidmətin növü:

İnteraktiv.



2.2. Elektron xidmət üzrə ödəniş:

Ödənişsiz.



2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları, bələdiyyələr.



2.4. Elektron xidmətin təqdim olunma yeri:

www.e-gov.az, http://e-xidmet.eco.gov.az/



2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http:/www.eco.gov.az

Elektron poçt: ekolojiekspertiza@gmail.com

Telefon: (+994 12) 566 42 07

Faks: (+994 12) 567 08 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1.Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 və 2 nömrəli əlavələr) və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1.1. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamə;

2.6.1.2. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

2.6.1.3. torpaq sahibinin yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına razılığı barədə sənəd;

2.6.1.4. ehtiyatları təsdiq edən orqanın faydalı qazıntı yatağının ehtiyatının təsdiq olunması protokolunun və proqnoz ehtiyatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Məhəlli Ehtiyatlar Komissiyası tərəfindən balansa götürülməsi protokolunun surətləri;

2.6.1.5. dağ-mədən ayırması xüsusi təyinatlı torpaq sahələri ilə həmsərhəd olduqda torpaq istifadəçilərinin razılığı barədə sənəd;

2.6.2. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarına, o cümlədən neft, qaz və digər maddə və materialların yeraltı saxlanma qurğuları, radioaktiv tullantıların, zərərli maddələrin və istehsalat tullantılarının basdırılmasına, çirkab suların axıdılmasına dağ-mədən ayırması almaq üçün bu reqlamentin 2.6.1.3-cü və 2.6.1.5-ci yarımbəndlərindəki sənədlərə aşağıdakılar da əlavə olunmalıdır:

2.6.2.1. işlənmiş dağ qazmalarının konservasiya, yaxud ləğv olunması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarının surəti;

2.6.2.2. dağ-mədən ayırması layihəsi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sahənin geoloji quruluşunun, dağ-texniki və hidrogeoloji şəraitinin öyrənilməsi dərəcəsini əks etdirən rəyi;

2.6.2.3. işlənmiş dağ qazmalarının, layihədə nəzərdə tutulmuş məqsədlər üçün istifadəyə yararlı olması haqqında ixtisaslaşdırılmış təşkilatların rəyi;

2.6.2.4. ixtisaslaşdırılmış təşkilatların zərərli maddələrin, istehsalat tullantılarının və çirkab suların zərərsizləşdirilməsinin və istifadə olunmasının texniki mümkünsüzlüyü, həmçinin zərərli maddələrin və istehsalat tullantılarının basdırılması və çirkab suların axıdılması nəzərdə tutulan ətraf süxurların lay suları horizontları ilə bir araya sığması haqqında rəyi;

2.6.2.5. fəaliyyətdə olan, yaxud konservasiya olunmuş faydalı qazıntı çıxaran müəssisələrin işlənmiş dağ qazmalarının faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün digər yer təki istifadəçisinin sərəncamına verilməsinə, dağ qazmaları balansında olan yer təki istifadəçilərinin rəyi;

2.6.2.6. sanitariya orqanının rəyi;

2.6.2.7. neftin, qazın, digər maddələr və materialların saxlanması, zərərli maddələrin və istehsalat tullantılarının basdırılması və çirkab suların axıdılması nəzərdə tutulmuş yeraltı qurğuların tikilməsinin dağ-mədən ayırması layihəsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli orqanının rəyi.

2.6.2.8. faydalı qazıntıların çıxarılması və ya faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan işlərin texniki layihəsi və yaxud dağ-mədən işlərinin inkişaf planı;

2.6.2.9. dağ-mədən ayırması layihəsi.

2.7. İcranın nəticəsinin əldə edilməsi zamanı 2.6.2.8-ci və 2.6.2.9-cu bəndlərdə qeyd olunmuş sənədlərin əsli sifarişçi tərəfindən şəxsən və ya poçt vasitəsilə bilavasitə təqdim edilir:


3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmet.eco.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.



3.2.2. Sorğunun qəbulu:

Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə məlumat (elektron ünvanına bildiriş göndərmək vasitəsi ilə) verilir.



3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

İstifadəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur.

3.3.2. Sorğunun qəbulu:

İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.



3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ünvanlanır.

Sorğunun icrası üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;



3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

Yoxdur.


3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi barədə qərar qəbul edilir və rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.



3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi həyata keçirir.



3.5.1. Nəzarət forması:

Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.



3.5.2. Nəzarət qaydası:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.



3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.



3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət ərizəsi kağız üzərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin poçt ünvanına, elektron formada isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir.



3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması,
faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan
yeraltı qurğuları tikmək və istismar etmək məqsədi
ilə dağ-mədən ayırması statusunun verilməsi üçün


müraciətin və sənədlərin qəbulu üzrə inzibati

reqlament”ə

1 nömrəli əlavə
Fiziki şəxslər üçün
Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Dövlət Ekspertiza İdarəsinə

Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün


Ə R İ Z Ə
__________________________________________________________________

(istifadəçinin adı, atasının adı, soyadı)

__________________________________________________________________

Fəaliyyət növü: __________________________________________________


Fəaliyyətin həyata keçirildiyi rayon (şəhər): ____________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar
Seriya və nömrə: “________”_______________________________________

Nə vaxt və kim tərəfindən verilib: ____________________________________

Ünvan: _________________________________________________________

Tel: ______________________

Faks: ______________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 


_____________________ “___“____________20__

(istifadəçinin imzası)       

Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması,


faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan
yeraltı qurğuları tikmək və istismar etmək məqsədi
ilə dağ-mədən ayırması statusunun verilməsi üçün


müraciətin və sənədlərin qəbulu üzrə inzibati

reqlament”ə

2 nömrəli əlavə
Hüquqi şəxslər üçün

(Hüquqi şəxsin blankında)


Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Dövlət Ekspertiza İdarəsinə
Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün
Ə R İ Z Ə

__________________________________________________________________

(istifadəçinin tam adı)



__________________________________________________________________
__________________________________________________________________

(rəhbərin vəzifəsi, adı və soyadı)


Təşkilati-hüquqi forması: __________________________________________

Hüquqi ünvanı: __________________________________________________

Fəaliyyət ünvanı: _________________________________________________
Fəaliyyət növü: __________________________________________________
Fəaliyyətin həyata keçirildiyi rayon (şəhər): ____________________________
Hesablaşma hesabının nömrəsi: _____________________________________

Bankın adı: ______________________________________________________

Tel: ____________________________________________________________

Faks: __________________________________________________________

Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

_____________________ _________________________

(istifadəçinin imzası)        (rəhbərin adı, soyadı)

“___“____________20__



Qeyd: Ərizə möhürlə təsdiq olunmalıdır.
Yüklə 51,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin