Azərbaycan Respublikası



Yüklə 12,11 Kb.
tarix21.10.2017
ölçüsü12,11 Kb.
#9035


Azərbaycan Respublikası

Maliyyə Nazirliyinə.
11 mart 2010 010310
Sağlam Həyat Tərzinin Təbliği İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarı ilə təsdiq olunmuş maliyyə hesabatı formaları doldurularaq Sizə göndərilir.

Məlumat üçün bildiririk ki, Sağlam Həyat Tərzinin Təbliği İctimai Birliyi 24 dekabr 2008-cı il tarixdə 1108-Q24-2636 saylı qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

VÖEN 1700978491

Xahiş edirik nəzərə alasınız.
Əlavə: on bir vərəq

10 vərəq hesabat

1 vərəq izahat

Hörmətlə,
Sağlam Həyat Tərzinin Təbliği
İctimai Birliyinin sədri: Mehriban Zeynalova

Məmmədyarov küç., 18, mənzil 5, İçəri Şəhər, AZ-1010, Bakı AZERBAIJAN

Telefon/Faks: (994 12) 497 10 58 Mobile: (994 50) 314 35 15 E-mail:office@hrn-az.org

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009- cu il tarixli
201 saylı qərarı ilə təsdiq olunmuş maliyyə hesabatına
i z a h a t .
İzahat üçün bildiririk ki, Maliyyə vəziyyəti haqqında hesabatın ( forma 1) tərtib olunduğu tarixə Birliyin balansında olan əsas vəsaitlərin ilkin dəyəri 2641.00 manat təşkil etmişdir. 2009- cu ildə qrant layihəsi üzrə alınmış 2641.00 manatlıq ofis avadanlıqlarına 2009-cu il 31 dekabr tarixə amortizasiya hesablanmamışdır. İctimai birlik 24 dekabr 2008-ci il tarixdə qeydiyyatdan keçdiyi üçün 2008-ci ildə fəaliyyəti olmamışdır.

İctimai Birliyinin Bank Standart QSC - də olan MANAT bank hesabında 31 dekabr 2008-ci il tarixə pul qalığı olmamışdır. 31 dekabr 2009-cu il tarixə isə manat hesabında 22561.09 manat pul vəsaiti olmuşdur.

Birlik yalnız qeyri – kommersiya fəaliyyəti ilə məşğul olduğundan və bu fəaliyyətdən profisit və defisit yaranmadığından Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat (forma 2) və birliyin nizamnamə kapitalı (nizamnamə fondu) , ehtiyat fondu və digər fondları olmadığından Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat (forma 3) doldurulmamışdır.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda (forma 4) əks olunan 52214.09 manat vəsait 2009-cu ildə qrant şəklində İctimai birliyə daxil olmuşdur. Daxil olmuş 52214.09 manat vəsaitin 29653.00 manat qrant layihələri üzrə xərclənmiş, 22561.09 manat 31 dekabr 2009-cu il tarixə bank hesabında qalıq qalmışdır. Xərclənmiş 29653.00 manat vəsaitdən 10298.09 manat əmək haqqına, 19354.91 manat isə malların alınmasına, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə sərf olunmuşdur. Malların alınmasına, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə sərf olunmuş 19354.91 manat vəsaitdən 2641.00 manat əsas vəsaitlərin alınmasına, 16713.91 manat isə layihəyə müvafiq olaraq müxtəlif məqsədlər üçün xərclənmişdir.
Sağlam Həyat Tərzinin Təbliği
İctimai Birliyinin sədri: M. Zeynalova


Mühasib: A. Əliyev
Yüklə 12,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin