Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 488,08 Kb.
səhifə2/3
tarix01.08.2018
ölçüsü488,08 Kb.
#64769
1   2   3

210000. "Əməyin ödənişi" bölməsinin xərclərinə "211000. Əmək haqqı" və "212000. Əmək haqqına üstəlik" köməkçi bölmələrinin xərcləri daxil edilir.

211000. "Əmək haqqı" köməkçi bölməsinin xərclərinə "211100. Ştatda olan işçilərin əmək haqqı", "211200. Ştatdankənar işçilərin əmək haqqı" və "221300. Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" paraqraflarının xərcləri daxildir.

211100. "Ştatda olan işçilərin əmək haqqı" paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları əmək haqları ilə bağlı xərclər daxildir.

211200. "Ştatdankənar işçilərin əmək haqqı" paraqrafına təşkilatların ştatında olmayan və müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərin aldıqları əmək haqları ilə bağlı xərclər daxildir.

211300. "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" paraqrafına qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, hüquq mühafizə, yerli özünü-idarəetmə və digər orqanların işçilərinə verilən mükafatlar, maddi yardımlar, həmçinin bayram günləri və ümumxalq hüzn günü işə çıxmaqla bağlı verilən ödənişlərin xərcləri daxildir.

212000. "Əmək haqqına üstəlik" köməkçi bölməsinə müəyyənləşdirilmiş normativlərə əsasən işəgötürənlərin sosial müdafiə ayırmaları üzrə xərclər daxil edilir. Bu köməkçi bölməyə "212100. Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "212200. İcbari dövlət sığortası" və "212300. İcbari tibbi sığorta" paraqraflarının xərcləri daxildir.

212100. "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar" paraqrafına işçi və qulluqçuların əmək haqlarına hesablanan və Dövlət Sosial Müdafiə Fonduna köçürülən xərclər daxil edilir.

212200. "İcbari dövlət sığortası" paraqrafına qanunvericiliyə uyğun olaraq işləyənlərin həyatının bədbəxt hadisələrdən sığortalanması, dövlət qulluqçularının, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçu-ların dövlət icbari şəxsi sığortası, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının icbari sığortalanması ilə bağlı xərclər daxil edilir.

212300. "İcbari tibbi sığorta" paraqrafına icbari tibbi sığorta ilə bağlı xərclər daxildir.

220000. "Malların (işlərin və xidmətlərin) satın alınması" bölməsinə "221000. İdarənin saxlanılması", "222000. Ezamiyyə xərcləri", "223000. Nəqliyyat xidmətləri haqqının ödənilməsi", "224000. Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi", "225000. İstehlak mallarının və material-larının alınması" və "226000. Sair xidmətlərin haqqının ödənilməsi" köməkçi bölmələrinin xərcləri daxildir.

221000. "İdarənin saxlanılması" köməkçi bölməsinə idarədə istifadə edilmək üçün alınan bütün növ dəftərxana ləvazimatları, çapetmə və digər xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan ibarətdir.

221100. "Dəftərxana və təsərrüfat xərcləri" paraqrafına müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən digər dəftərxana ləvazimatlarının alınması xərcləri daxildir.

221200. "Mətbəə xərcləri" paraqrafına forma, buklet, registrlər, mühasibat, statistik blank və müxtəlif cədvəllərin hazırlanması və çapı, sənədlərin cildlənməsi və tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər daxildir.
221300. "İdarənin digər xərcləri" paraqrafına idarədə işlənilən bütün mal və materialların, həmçinin qiyməti 0,5 mln. manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 0,5 mln. manatdan çox və xidmət müddəti 1 ildən az olan avadanlıqların alınması, idarənin mühafizəsi, həmçinin daşınmaz əmlakın cari təmiri xərcləri daxil edilir.

222000. "Ezamiyyə xərcləri" köməkçi bölməsinə ezamiyyətlər və xidməti səfərlər zamanı gediş, gündəlik və mənzil xərcləri, kompensasiya ödənişləri, işçilərin hərəkəti zaman gündəlik və gediş xərcləri, xidməti səfərlər, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, ali və orta ixtisas təhsil idarələrini bitirən gənc mütəxəssislərin işə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri, ezamiyyətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

222100. "Ölkədaxili ezamiyyətlər" paraqrafına ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

222110. "Gündəlik yemək xərci" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222120. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.

222200. "Xarici ezamiyyətlər" paraqrafına xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

222210. "Gündəlik yemək xərci" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222220. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.

223000. "Nəqliyyat xidmətləri haqqının ödənilməsi" köməkçi bölməsi-nə təşkilatların balansındakı və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinin saxlanılmasına çəkilən xərclər daxildir. Bu köməkçi bölmə aşağıdakı 2 paraqrafdan ibarətdir.

223100. "Yanacaq və sürtkü materiallarının alınması" paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması ilə bağlı xərclər daxildir.

223200. "Digər nəqliyyat xidmətləri" paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və onların təmiri ilə bağlı olan xərclər daxildir.

224000. "Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi" köməkçi bölməsinə müxtəlif növ kommunal və kommunikasiya xidmətləri (isitmə, qızdırıcı, su, qaz, elektrik enerjisi, kanalizasiya, rabitə, poçt xidmətləri, sayğacların quraşdırılması, kommunikasiya xətlərinin çəkilişi, cari təmiri və s.) daxildir. Bu köməkçi bölmə 9 maddədən ibarətdir.

224100. "Elektrik enerjisi haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224200. "Qaz haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224300. "Su haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan suyun dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224400. "İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi" paraqrafına istilik sisteminin (odun, kömür və sair) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224500. "Kanalizasiya xidmətləri haqqının ödənilməsi" paraqrafına kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224600. "Digər kommunal xidmətləri haqqının ödənilməsi" paraqrafına 224100-224500-cı paraqraflara aid edilməyən başqa növ kommunal xidmətlərin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması ilə bağlı xərclər daxildir.

224700. "Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər" paraqrafına idarə tərəfindən kommunal və kommunikasiya xidmətlərinin saxlanılması ilə bağlı xərclər, sayğacların quraşdırılması, xətlərin çəkilişi, onların cari təmiri, bu xidmətlərlə bağlı köməkçi avadanlıqların alınması ilə bağlı xərclər daxildir.

224800. "Telefon danışıq haqlarının ödənilməsi" paraqrafı 2 maddədən, o cümlədən "224700. Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi" və "224800. Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi" maddələrin-dən ibarətdir.

224810. "Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi" paraqrafına ölkənin daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər daxildir.

224820. "Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi" paraqrafına xarici ölkələrlə bağlı telefon danışıqları, fakslar, teleqramla bağlı xərclər daxildir.

224900. "Poçt-rabitə xidmətləri" paraqrafına məktub və bütün növ poçt, teleqramların göndərilməsi, feldrabitə, radioqram, teletayp, pul (baratlar) göndərişləri, çap materiallarının çatdırılması, internet xidmətindən istifadəyə görə ödənişlər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

224910. "Poçt xidmətlərinin ödənilməsi" maddəsinə məktub və bütün növ poçt, teleqramların göndərilməsi, feldrabitə, radioqram, teletayp, pul (baratlar) göndərişləri, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.

224920. "İnternet" xidməti haqqının ödənilməsi" maddəsinə internet xidmətindən istifadəyə görə ödənilən xərclər daxildir.

225000. "İstehlak mallarının və materiallarının alınması" köməkçi böl-məsinə ümumi istifadə üçün alınmış istehlak mallarının və xidmətlərin göstərilməsi xərcləri daxildir. İdarə üçün istehlak mal və materiallarının alınması xərcləri 221000-cı köməkçi bölmənin xərclərinə (idarə xərcləri) daxildir. Bu köməkçi bölmə aşağıdakı 4 paraqrafdan ibarətdir.

225100. "Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması" paraqrafına xəstəxana, tibbi və baytar müəssisələri tərəfindən xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən xüsusi malların alınmasına (bakterioloji preparatların və sarğı materiallarının) və xidmətlərin göstərilməsinə sərf olunan xərclər, həmçinin dərmanların, mineral suların, zərdabların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vəsaitlərin, laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların alınması, rentgen çəkilişi üçün lentlərin, müayinələrin aparılması üçün materialların alınması, öz laboratoriyası olmadığı halda digər idarələrdə aparılan müayinələrə, köçürmə qanın alınmasına çəkilən xərclər daxildir.

225200. "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması" paraqrafına paltar və geyimlərin alınması, həmçinin paltarların, ayaqqabıların, yataq ləvazimatlarının, müdafiə üçün xüsusi geyimin və dəyişəyin təmiri və tikilməsi, həmçinin prokurorluq, məhkəmə, hüquq mühafizə, təhlükəsizlik orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər mülki orqanlarda qulluq edən zabitlər, gizirlər, hərbçilər və digər işçilər üçün geyim əvəzinə nağd qaydada (pul şəklində) qismən verilən kompensasiya xərcləri daxildir.

225300. "Ərzaq məhsullarının alınması" paraqrafına hüquq mühafizə və müdafiə orqanlarında çalışan şəxslər, islah əmək müəssisələrində olan dustaqlar, müalicə-profilaktik mərkəzləri, uşaq evləri və uşaq bağçaları, peşə-texniki məktəb və liseylər, internat, qocalar və əlillər evləri üçün ərzaq məhsul-larının alınmasına sərf edilən xərclər, həmçinin dövlətin tapşırığı ilə ağır şəraitdə işləyənlərə verilən xüsusi ərzaq məhsulları və donorlarla bağlı xərclər, ərzaq payı və yemək xərcinə görə ödənilən kompensasiyalar daxildir.

225400. "Digər istehlak mal və materiallarının alınması" paraqrafına ümumi istifadə üçün nəzərdə tutulmuş və 225100-225300-cı paraqraflara aid edilməyən digər istehlak mal və materiallarının alınmasına sərf olunan xərclər daxil edilir. Bu paraqrafa həmçinin döyüş sursatları və digər hərbi təyinatlı istehlak mallarının alınması ilə bağlı xərclər, tamaşalarda istifadə olunan dekorasiyalar üçün materialların, kostyumların, pariklərin alınması, mətbəx və yeməkxana ləvazimatlarının, hesablama cihazlarının, yazı makinalarının, yanğınsöndürən avadanlıqların, muzeylər və sərgilər üçün avadanlıqların, eksponatların və məktəblərdə hərbi hazırlıq işlərinə aid inventar və ləvazimatların alınması, iş (xidməti) heyvanlarının saxlanılması, inventar, avadanlıq və ləvazimatların quraşdırılması və təmiri ilə bağlı xərclər daxildir. Bu paraqraf 1 maddədən və 3 yarımmaddədən ibarətdir.

225410. "İnventar və avadanlığın alınması" maddəsinə uzun müddət istifadə olunan malların alınması ilə bağlı xərclər, o cümlədən mebel avadanlığı və cari məqsədlər üçün nəzərdə tutulmuş digər uzun müddət istifadə olunan və dəyəri 1,0 milyon manatdan çox olmamaq şərti ilə malların alınmasına çəkilən xərclər, həmçinin daha baha, ancaq xidmət müddəti bir ildən az olan malların alınması ilə bağlı xərclər daxildir (311200-cı paraqrafda göstərilənlər istisna olmaqla). Bu maddə aşağıdakı 2 yarımmaddədən ibarətdir.

225411. "İnventarın alınması" yarımmaddəsinə təzə və istifadə olunmuş bütün növ mebellərin, həmçinin stol, stul, kitab rəflərinin, sinif mebellərinin, yumşaq mebellərin, xəstəxanalar üçün çarpayıların, muzeylər, laboratoriyalar, kitabxanalar və sair üçün xüsusi mebellərin alınması ilə bağlı xərclər daxildir.

225412. "Avadanlığın alınması" yarımmaddəsinə az qiymətli avadanlığın və alətlərin bütün növlərinin və ya xidmət müddəti bir ildən az olan avadanlıqların alınması ilə bağlı xərclər, o cümlədən məktəb və sair təhsil müəssisələrinin laboratoriyaları və kabinetləri üçün təhsil avadanlıqlarının, elmi tədqiqat işləri üçün, tədris ocaqlarında və uşaq müəssisələrində təhsil, səhiyyə və elmi məqsədlər üçün tibbi və baytarlıq avadanlıqlarının və alətlərinin, aparat, cihaz, maşın, dəzgah və sair xüsusi avadanlıqların, layihə-axtarış işlərinin həyata keçirilməsi üçün lazım olan cihazların, geodeziya alətlərinin, qazma avadanlıqlarının və alətlərinin alınması, həmçinin dövlətin digər ehtiyaclarının ödənilməsi ilə bağlı avadanlıqların alınması xərcləri daxildir.

225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinə müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transfertlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələşdirilməsi və hazırlanması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və malqaranın alınması, idman atlan üçün yem tədarükünün alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və təhsil, laboratoriya məşğələləri üçün inventarların alınması, təhsil proqramlarının nəşri və alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçalarının və digər sənədlərin alınması, kitabxanalar üçün kitab alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması; şagirdlərə pulsuz verilən dərsliklərin alınması; kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar, sanatoriyalar üçün dövri mətbuatın alınması; kitabların cildlənməsi, kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentliklərinin xidmətləri, bina və tikililərin pasportlaşdırılması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması, həmçinin 225411-225412-ci yarımmaddələrində qeyd olunmayan digər alışlarla bağlı xərclər daxildir.

226000. "Sair xidmətlərin haqqının ödənilməsi" köməkçi bölməsinə geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə çəkilən xərclər, şəhər və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların yuyulub təmizlənməsi, fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması, alınması, quraşdırılması, istismarı, yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması və elmi tədqiqat xidmətləri ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "226100. Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənil-məsi", "226200. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" və "226300. Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqraflarından ibarətdir.

226100. "Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" paraqrafına geoloji-axtarış xidmətləri üzrə təsərrüfat, geoloji-kəşfiyyat işlərinə və topoqrafiya-geodeziya işlərinə çəkilən xərclər daxildir. Bu paraqraf 2 maddədən, o cümlədən "226110. Geoloji-kəşfiyyat xidmətləri haqqının ödənilməsi" və "226120. Topoqrafıya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" maddələrindən ibarətdir.

226200. "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" maddəsinin xərclərinə şəhər və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların yuyulub təmizlənməsi, fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, həmçinin yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması (alınması), quraşdırılması, istismarı ilə bağlı xərclər (bu vəsaitlərin planlaşdırılması və xərclənməsi yalnız ixtisaslaşdırılmış quraşdırma-istismar bölmələri olmadıqda aparılır), həmçinin yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər daxildir.

226300. "Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqrafına elmi tədqiqat təşkilatları tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsi xərcləri daxil edilir.

240000. "Faizlər üzrə ödənişlər" bölməsinin xərclərinə faizlərin ödənil-məsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlər nəzərdə tutulur. Bu bölmənin xərclərinə dövlət idarəetmə orqanları tərəfindən alınan kreditə görə həyata keçirilən faiz ödənişləri ilə bağlı xərclər daxildir. Bölmənin xərclərinə borc vəsaitlərinin alınmasına yönəldilmiş komisyon yığımları və ya maliyyələşmə kimi hesab edilən borcun əsas məbləği üzrə ödənişlər ilə bağlı xərclər daxil edilmir.

241000. "Qeyri-rezidentlər üzrə ödənişlər" köməkçi bölməsinə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına və digər xarici təşkilatlara faizlər üzrə ödənişlər daxildir.

241100. "Beynəlxalq Valyuta Fondunun krediti üzrə" paraqrafına Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241200. "Dünya Bankının krediti üzrə" paraqrafına Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241300. "Digər təşkilatların kreditləri üzrə" paraqrafına digər beynəlxalq təşkilatlardan ahnmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241400. "Xarici dövlətlərə" paraqrafına xarici dövlətlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241500. "Digər qeyri-rezidentlərin kreditləri üzrə" paraqrafına 241100-241400-cı paraqraflara daxil edilməyən digər qeyri-rezidentlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

242000. "Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər" köməkçi bölməsinə Milli Banka, digər dövlət təşkilatlarına, kommersiya banklarına və özəl sektorun digər təşkilatlarına faizlər üzrə ödənişlər daxil edilir.

242100. "Milli Bank üzrə" paraqrafına Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılmış istiqraz vərəqələri, Birləşmiş Universal Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri üzrə faizlərin ödənişi daxildir.

242200. "Digər dövlət təşkilatları üzrə" paraqrafına digər dövlət təşkilatlarından alınmış kreditlərə görə faizlərin ödənilməsi xərcləri daxil edilir.

242300. "Kommersiya bankları üzrə" paraqrafına kommersiya banklarından alınmış kreditlər üzrə faizlərin ödənişi daxildir.

242400. "Özəl sektorun digər təşkilatları üzrə" paraqrafına dövlət qısa-müddətli istiqraz vərəqələri üzrə faizlərin ödənişi daxildir.

243000. "Dövlət idarəetmə sektoru üzrə ödənişlər" köməkçi bölməsinin xərclərinə dövlət idarəetmə orqanlarına və digər idarəetmə orqanlarına faizlərlə bağlı xərclər daxil edilir.

243100. "Mərkəzi dövlət idarəetmə orqanları üzrə" paraqrafına dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə faiz ödənişləri, reklam və digər xərclər daxildir.

243200. "Digər idarəetmə orqanları üzrə" paraqrafına dövlət idarəetmə sektorunun başqa təbəqələrindən alınmış borc vəsaitləri üzrə faiz ödənişləri, o cümlədən bələdiyyə orqanlarına və yerli icra orqanlarına faiz ödənişləri, həmçinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən faizlər üzrə xərclər daxildir.

250000. "Subsidiyalar və cari transfertlər" bölməsinin xərclərinə dövlət və qeyri-dövlət təşkilatlarına zərərin ödənilməsi üçün əvəzsiz verilən və-saitlər daxildir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

251000. "Subsidiyalar üzrə ödənişlər" köməkçi bölməsinə subsidiyalarla bağlı xərclər daxildir və 2 paraqrafdan ibarətdir.

251100. "Qeyri-maliyyə dövlət təşkilatları üzrə ödənişlər" paraqrafına dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə sənaye və kommersiya malları satışı və xidmətlərin göstərilmə-si ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi, həmçinin qeyri-maliyyə dövlət təşkilatlarına verilən subsidiyalar üzrə xərclər daxil edilir. Bu paraqraf 2 maddədən ibarətdir.

251110. "Məhsula görə ödənişlər" maddəsinə dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə sənaye və kommersiya malları satışı ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi üzrə xərclər daxil edilir.

251120. "Qeyri-maliyyə dövlət təşkilatlarına sair ödənişlər" maddəsi-nə Bakı Metropoliteninə və "Azərbaycan Hava Yolları" Dövlət Konserninə göstərdiyi xidmətə görə yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər daxildir. Bu maddə 2 yarımmaddədən ibarətdir.

251121. "Bakı Metropoliteninə verilən subsidiyalar" yarımmaddəsinə Bakı Metropoliteninin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

251122. "Azərbaycan Hava Yolları" Dövlət Konserninə verilən subsidiyalar" yarımmaddəsinə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait daxildir.

251200. "Maliyyə təşkilatları üzrə ödənişlər" paraqrafına öhdəliklərin qəbul edilməsi və ya maliyyə aktivlərinin bazarda alınması, depozit və əmanət qoyuluşlarının qəbul edilməsi, pul-kreditin nizamlanması funksiyasının həyata keçirilməsi ilə bağlı xərclər, həmçinin dövlət və ya qeyri-dövlət sektorunun müəssisələrinə verilən subsidiyalarla bağlı xərclər daxildir.

252000. "Özəl sektora aid olan müəssisələrə ödənişlər" köməkçi böl-məsinə dövlət idarəetmə sektoruna aid olan müəssisələrə verilən subsidiyalar üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

252100. "Özəl sektora aid olan qeyri-maliyyə müəssisələri üzrə ödənişlər" paraqrafına özəl sektora aid olan qeyri-maliyyə müəssisələrinə subsidiyaların verilməsi ilə bağlı xərclər daxildir.

252200. "Maliyyə institutları üzrə ödənişlər" paraqrafına Dövlət Sosial Müdafiə Fonduna əvəzsiz verilən xərclər daxildir.

260000. "Qrantlar və digər ödənişlər" bölməsinin xərclərinə məqsədli maliyyə təyinatı üzrə əvəzsiz verilən xərclər və digər ödənişlər daxildir. Bu bölmə 4 köməkçi bölmədən ibarətdir.

Yüklə 488,08 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin