[33] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə 1.1.7-ci bənd əlavə edilmişdir.
[34] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.4.2. “Ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar” paraqrafının sonuna aşağıdakı cümlə əlavə edilmişdir. “Həmçinin bu paraqrafa arxiv idarələrinin saxlanılması xərcləri daxildir.”.
[35] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “1.7.0. “Büdcələr arasında transfertlər” köməkçi bölməsində üçüncü halda “və” sözü çıxarılmışdır, “paraqraflarından” sözündən əvvəl “və 1.7.3. Büdcələrarası digər transfertlər” sözləri və rəqəmləri əlavə edilmişdir.
[36] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatına əlavə”nin izahat hissəsinin “3.2.0. “Hüquq mühafizə” köməkçi bölməsindən “köməkçi bölməsinə Daxili İşlər Nazirliyi sisteminin saxlanılması xərcləri daxildir. Bu” sözləri çıxarılmışdır.
[37] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “4.4.0. “Texniki-peşə məktəbləri və liseylər” köməkçi bölməsində “və” sözü çıxarılmışdır, “paraqraflarından” sözündən əvvəl “və 4.4.4. Orta-ixtisas təhsili” sözləri və rəqəmləri əlavə edilmişdir və aşağıdakı redaksiyada yeni abzas əlavə edilmişdir.
[38] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “4.5.0. “Ali təhsil” köməkçi bölməsində “və” sözü çıxarılsın, “paraqraflarından” sözündən əvvəl “və 4.5.3. İxtisasartırma institutları” sözləri və rəqəmləri əlavə edilmişdir və aşağıdakı redaksiyada yeni abzas əlavə edilmişdir.
[39] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “5.2.0. “Xəstəxanalar” köməkçi bölməsində altıncı halda “və” sözü çıxarılmışdır, “paraqraflarından” sözündən əvvəl “və 5.2.5. Sanitar-epidemioloji xidmətlər” sözləri və rəqəmləri və aşağıdakı redaksiyada yeni abzas əlavə edilmişdir.
[40] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «Əmək qabiliyyətinin itirilməsi» paraqrafının ikinci abzasında «əlilliyə» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğuna» sözləri, «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkan ları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.
[41] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “6.2.0. “Sosial təminat” köməkçi bölməsində “və” sözü çıxarılsın, “paraqraflarından” sözündən əvvəl “,”6.2.4. “Əlillərlə bağlı sosial təminat tədbirləri”, “6.2.5. “Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” sözləri və rəqəmləri və aşağıdakı redaksiyada yeni abzaslar əlavə edilsin:
“6.2.4. “Əlillərlə bağlı sosial təminat tədbirləri” paraqrafına əlillər üçün internat evlərinin və pansionatların saxlanılması ilə bağlı xərclər daxildir.”;
“6.2.5. “Əmək və əhalinin sosial müdafiəsi tədbirləri” paraqrafına əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin və tibbi-sosial ekspertiza komissiyalarının saxlanılması xərcləri daxildir.”.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «Sosial təminat» köməkçi bölməsində «Əlillərlə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlarla» sözləri əlavə edilmişdir.
[42] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «Əlillərlə bağlı sosial təminat tədbirləri» paraqrafında «Əlillərlə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlarla» sözləri, «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri əlavə edilmişdir.
[43] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “7.1.5. “Mədəniyyət və incəsənət sahəsində digər müəssisələr və mədəni tədbirlər” paraqrafının sonunda “Həmçinin bu paraqrafa həmin köməkçi bölmədə öz əksini tapmayan digər idarələrin saxlanılması xərcləri daxildir.” sözləri əlavə edilmişdir.
[44] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “8.2.5. “Küçələrin işıqlandırılması” paraqrafında birinci halda “işıqlandırılması” sözündən sonra “, onun” sözü əlavə edilmişdir.
[45] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 994) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “Funksional təsnifatın bölmə, köməkçi bölmə və paraqrafları ” bölməsinin 11.2.1-ci bəndində “şəhadətnamələrin” sözü “sənədlərin” sözü ilə əvəz edilmişdir.
[46] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “11.2.2. “Sair tikinti” paraqrafında “paraqrafına” sözündən sonra “tikintisinin davam etdirilməsi vacib olan və dövlət əhəmiyyətli yeni obyektlərin tikintisi, nəzərdə tutulan güclərin istifadəyə verilməsi ilə bağlı dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclər, həmçinin” sözləri əlavə edilmişdir.
[47] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə“13.3.0. “Çoxsahəli inkişaf layihələri” köməkçi bölməsində “və” sözü çıxarılsın, “paraqraflarından” sözündən əvvəl “13.3.3. İqtisadi islahatların həyata keçirilməsi”, “13.3.4. Sahibkarlığın inkişafı ilə bağlı xərclər” və “13.3.5. Dövlət müəssisələrinə maliyyə yardımı” sözləri və rəqəmləri əlavə edilmişdir.
[48] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “14.0.0. “Əsas Bölmələrə Aid Edilməyən Xidmətlər” bölməsində “və” sözü çıxarılsın, “14.2.0. Məqsədli büdcə fondları” sözlərindən sonra “və “14.3.0. Əsas bölmələrə aid edilməyən sair xərclər” sözləri və rəqəmləri əlavə edilmişdir.
Əlavə olunmuş 14.3.0-cı köməkçi bölməsi aşağıdakı redaksiyada verilmişdir.
[49] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə yeni maddə və paraqraf əlavə edilmişdir. "221330. Mühafizə xərcləri" maddəsi;
"282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri" paraqrafı.".
[50] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "Büdcə xərclərinin iqtisadi təsnifatı" adlı 3 nömrəli əlavəsi üzrə aşağıdakı maddələr çıxarılmışdır.
"222110. Gündəlik yemək xərci";
"222120. Mehmanxana (mənzil) və yol xərcləri";
"222210. Gündəlik yemək xərci";
"222220. Mehmanxana (mənzil) və yol xərcləri";
[51] 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə 3 nömrəli əlavə - «Büdcə xərclərinin iqtisadi təsnifatı»nın 251122 kodunun «Yarımmaddə» sütununda «Dövlət Konserninə» sözləri «Qapalı Səhmdar Cəmiyyətinə» sözləri ilə əvəz edilmişdir.
[52] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “211000. “Əməkhaqqı” köməkçi bölməsində “və “221300. Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” rəqəmləri və sözləri “211300. Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” və “211400. Əməyin ödənişi üzrə nəzərdə tutulan artım” rəqəmləri və sözləri əvəz edilmişdir.
[53] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “211100. “Ştatda olan işçilərin əməkhaqqı” paraqrafında “əməkhaqları ilə” sözləri “vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə” sözləri ilə əvəz edilmişdir.
[54] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “211300. “Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri” paraqrafı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
211300. "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" paraqrafına qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, hüquq mühafizə, yerli özünü-idarəetmə və digər orqanların işçilərinə verilən mükafatlar, maddi yardımlar, həmçinin bayram günləri və ümumxalq hüzn günü işə çıxmaqla bağlı verilən ödənişlərin xərcləri daxildir.
[55] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə 211400-cü paraqraf əlavə edilmişdir.
[56] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “221100. “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına “ləvazimatlarının alınması” sözlərindən sonra “hesablama texnikası və avadanlıqlarına göstərilən xidmət haqları, dezinfeksiya xərcləri, plastik kartların alınması, pulsuz verilən mənzil və kirayə haqqının ödənilməsi ilə bağlı” sözləri əlavə edilmişdir.
[57] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə redaksiyada yeni 211400-cü paraqraf əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
221200. "Mətbəə xərcləri" paraqrafına forma, buklet, registrlər, mühasibat, statistik blank və müxtəlif cədvəllərin hazırlanması və çapı, sənədlərin cildlənməsi və tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər daxildir.
[58] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “221300. “İdarənin digər xərcləri” paraqrafında “idarədə işlənilən” sözlərindən sonra “növ” sözü əlavə edilmişdir, hər iki halda “0,5 mln. manatdan” sözləri və rəqəmləri “100 manatdan” sözləri və rəqəmləri ilə əvəz edilmişdir, “həmçinin daşınmaz əmlakın” sözləri “həmçinin əmlakın” sözləri ilə əvəz edilsin, həmin paraqrafın axırına aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir, “Bu paraqraf 2 maddədən ibarətdir.”.
Əlavə olunmuş maddələr aşağıda verilmişdir.
“221310 “İdarənin sair xərcləri”, “221320. “Cari təmir”
21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "Büdcə xərclərinin iqtisadi təsnifatına əlavə"nin izahat hissəsi üzrə "221300. "İdarənin digər xərcləri" paraqrafında "2" rəqəmi "3" rəqəmi ilə əvəz edilmişdir.
[59] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "221310. "İdarənin sair xərcləri" maddəsinin adı "İdarənin xərcləri" adlandırılmışdır, həmin maddədən "idarənin mühafizəsi" sözləri çıxarılmışdır, sonuna yeni məzmunda cümlə əlavə edilmişdir.
[60] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə yeni məzmunda 221330-cu maddə əlavə edilmişdir.
[61] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “222000. “Ezamiyyə xərcləri” köməkçi bölməsinə “və yol xərcləri” sözlərindən sonra “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına işə təyin olunan, bu orqanlarda fəaliyyətini başa çatdırıb geri qayıdan əməkdaşın və onun ailə üzvlərinin, habelə diplomatik xidmət əməkdaşının illik məzuniyyətlə bağlı Azərbaycan Respublikasına eyni vaxtda gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri” sözləri əlavə edilmişdir.
[62] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "222100. "Ölkədaxili ezamiyyətlər" paraqrafı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
222100. "Ölkədaxili ezamiyyətlər" paraqrafına ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.
[63] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "222200. "Xarici ezamiyyətlər" paraqrafı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
222200. "Xarici ezamiyyətlər" paraqrafına xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.
[64] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "222110. "Gündəlik yemək xərci", "222120. "Mehmanxana (mənzil) və yol xərcləri", "222210. "Gündəlik yemək xərci", "222220. "Mehmanxana (mənzil) və yol xərcləri" maddələri çıxarılmışdır.
[65] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “223200. “Digər nəqliyyat xidmətləri” paraqrafı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
223200. "Digər nəqliyyat xidmətləri" paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və onların təmiri ilə bağlı olan xərclər daxildir.
[66] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224000. “Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi” köməkçi bölməsində “9 maddədən” sözləri “9 paraqrafdan” sözləri ilə əvəz edilmişdir.
[67] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "224400. "İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi" paraqrafında "ödənilməsi" sözündən sonra ", həmçinin elektrik enerjisi istehsal edən generator üçün yanacaq və sürtgü materialların alınması" sözləri əlavə edilmişdir.
[68] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224600. “Digər kommunal xidmətləri haqqının ödənilməsi” paraqrafında “yuyulması ilə bağlı xərclər” sözləri “yuyulması ilə, liftlərə texniki xidmətlə bağlı xərclər və bu qəbildən olan digər xərclər” sözləri ilə əvəz edilmişdir.
[69] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224700. “Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər” paraqrafında “idarə tərəfindən” sözləri “digər” sözü ilə, “xidmətlərin saxlanılması” sözləri “xidmətləri” sözü ilə, “bu xidmətlərlə bağlı köməkçi avadanlıqların alınması ilə bağlı” sözləri “bu işlərlə bağlı digər xərclər daxildir” sözləri ilə əvəz edilsin, “quraşdırılması” sözündən sonra “elektrik, rabitə, qaz, su və digər” sözləri əlavə edilmişdir.
21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "224700. "Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər" paraqrafında "digər xərclər" sözlərindən sonra ", həmçinin 224100-224600-cü paraqrafları üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər" sözləri əlavə edilmişdir.
[70] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224810. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” maddəsinə “xərclər” sözündən sonra “və abunə haqlarının ödənilməsi xərcləri və bu qəbildən olan digər xərclər” sözləri əlavə edilmişdir.
“224810. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” paraqrafına” sözləri “224810. “Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi” maddəsinə” sözləri ilə əvəz edilmişdir.
[71] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224820. “Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi” maddəsində “fakslar, teleqramla bağlı” sözləri “faks xidməti ilə bağlı” sözləri ilə əvəz edilmişdir.
“224820. “Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi” paraqrafına” sözləri “224820. “Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi” maddəsinə” sözləri ilə əvəz edilmişdir.
[72] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "224910. "Poçt xidmətlərinin ödənilməsi" maddəsində "bağlı xərclər" sözlərindən sonra ", həmçinin 224810-224820-ci və 224920-ci maddələri üzrə Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə aid olan xərclər" sözləri əlavə edilmişdir.
[73] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “224920. “İnternet” xidməti haqqının ödənilməsi” maddəsində “ödənilən xərclər” sözləri “ödənişlər, vebsaytların yeniləşdirilməsi və saxlanılması xərcləri” sözləri ilə əvəz edilmişdir..
[74] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225100. “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafında “paraqrafına” sözündən sonra “xəstəxana, tibbi və baytar müəssisələri tərəfindən” sözləri çıxarılsın, “digər idarələrdə” sözləri “digər müəssisələrdə” sözləri ilə, “alınmasına çəkilən xərclər” sözləri “alınmasına, donorlarla bağlı bütün xərclər və bu qəbildən olan digər xərclər” sözləri ilə əvəz edilmişdir.
[75] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225200. “Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” paraqrafında “müdafiə üçün” sözləri çıxarılmışdır, 2-ci halda “həmçinin” sözündən sonra “prokurorluq, məhkəmə, hüquq mühafizə, təhlükəsizlik orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər mülki orqanlarda qulluq edən zabitlər, gizirlər, hərbçilər və” sözləri “geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyalarının ödənilməsi ilə bağlı xərclər,” sözləri ilə əvəz edilmişdir, “kompensasiya” sözündən sonra “və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) sanitar-gigiyena ehtiyaclarının təchizatı ilə bağlı” sözləri əlavə edilmişdir.
[76] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225300. “Ərzaq məhsullarının alınması” paraqrafında “paraqrafına” sözündən sonra hüquq mühafizə və müdafiə orqanlarında çalışan şəxslər, islah əmək müəssisələrində olan dustaqlar, müalicə-profilaktik mərkəzləri, uşaq evləri və uşaq bağçaları, peşə-texniki məktəb və liseylər, internat, qocalar və əlillər evləri üçün” sözləri və “ərzaq məhsulları” sözlərindən sonra “və donorlarla bağlı xərclər” sözləri çıxarılmışdır.
[77] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225410. “İnventar və avadanlığın alınması” maddəsində “maddəsinə” sözündən sonra “221310-cu maddəsində nəzərdə tutulanlardan başqa” sözləri əlavə edilsin, “və dəyəri 1,0 milyon manatdan çox olmamaq şərtilə” sözləri çıxarılsın, “həmçinin daha baha, ancaq xidmət müddəti bir ildən az olan malların alınması ilə bağlı xərclər” sözləri ilə əvəz edilmişdir.
“225410. “İnventar və avadanlığın alınması” maddəsində “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilmişdir.
[78] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225411. “İnventarın alınması” yarımmaddəsində “mebellərin” sözündən sonra “(partaların)” sözü, “xəstəxanalar” sözündən sonra “hərbi tibb müəssisələri, hərbi hissələr və cəzaçəkmə müəssisələri” sözləri əlavə edilmişdir, “mebellərin alınması ilə bağlı xərclər” sözləri “mebellərin, idman və digər xüsusi hərbi təyinatlı inventarların alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər” sözləri ilə əvəz edilmişdir.
[79] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225412. “Avadanlığın alınması” yarımmaddəsində “o cümlədən məktəb və sair təhsil müəssisələrinin laboratoriyaları və kabinetləri üçün təhsil avadanlıqlarının” sözləri “o cümlədən məktəblər üçün sair təhsil avadanlıqlarının” sözləri ilə əvəz edilmişdir, “həmçinin” sözündən əvvəl “silah, döyüş sursatı və digər hərbi təyinatlı avadanlığın alınması, “sözləri, “həmçinin” sözündən sonra “idman avadanlıqlarının və” sözləri, “ilə bağlı avadanlıqların alınması” sözlərindən sonra “, quraşdırılması və təmiri” sözləri əlavə edilmişdir.
[80] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “225413. “Digər alışlar və xidmətlər” yarımmaddəsində “tədarükünün alınması” sözləri “tədarükü və alınması” sözləri ilə əvəz edilsin, “laboratoriya” sözü, “nəşri və” sözləri və “kitabların cildlənməsi” sözləri çıxarılmışdır, “sanatoriyalar” sözündən sonra “və digər müəssisələr” sözləri, “agentliklərin xidmətləri” sözlərindən sonra “guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi” sözləri, “digər alışlarla” sözlərindən sonra “və xidmətlərlə” sözləri əlavə edilmişdir.
21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə "225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinin sonuna yeni məzmunda cümlə əlavə edilmişdir.
[81] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “226000. “Sair xidmətlərin haqqının ödənilməsi” köməkçi bölməsinə “şəhər” sözündən sonra “, rayon mərkəzlərinin” sözləri, “meydanların” sözündən sonra “süpürülməsi,” sözləri əlavə edilmişdir.
[82] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə“226200. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafına “şəhər” sözündən sonra “rayon mərkəzlərinin” sözləri, “meydanların” sözündən sonra “süpürülməsi,” sözləri, “yuyulub təmizlənməsi” sözlərindən sonra “bayram tədbirləri ilə bağlı plakatların və şüarların hazırlanması, sahibsiz itlərin məhv edilməsi, küçə adlarının yazılması,” sözləri əlavə edilmişdir.
“226200. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsinin” sözləri “226200. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafının” sözləri ilə əvəz edilmişdir.
[83] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “226300. “Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi” paraqrafında “təşkilatları tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsi xərcləri” sözləri “işləri ilə bağlı xərclər” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |