Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 2,54 Mb.
səhifə22/22
tarix11.06.2018
ölçüsü2,54 Mb.
#53403
1   ...   14   15   16   17   18   19   20   21   22

[84] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “242100. “Milli Bank üzrə” paraqrafı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
242100. "Milli Bank üzrə" paraqrafına Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılmış istiqraz vərəqələri, Birləşmiş Universal Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri üzrə faizlərin ödənişi daxildir.

[85] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “251100. “Qeyri-maliyyə dövlət təşkilatları üzrə ödənişlər” paraqrafına “xaricə” sözündən sonra “və ölkə daxilində” sözləri əlavə edilmişdir.

[86] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “251110. “Məhsula görə ödənişlər” maddəsinə “xaricə” sözündən sonra “və ölkə daxilində” sözləri, “satışı” sözündən sonra “və xidmət göstərilməsi” sözləri əlavə edilmişdir.

[87] 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə 3 nömrəli əlavə - «Büdcə xərclərinin iqtisadi təsnifatı»nın 251122. «Azərbaycan Hava Yolları» Dövlət Konserninə verilən subsidiyalar» yarımmaddəsində ismin müvafiq hallarında «Dövlət Konserni» sözləri ismin müvafiq hallarında «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilmişdir.

[88] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “270000. “Təqaüdlər və sosial müavinətlər” bölməsində “27300” rəqəmi “273000” rəqəmi ilə, “hesabına həyata keçirilən” sözləri “hesabına bu qəbildən olan” sözləri ilə əvəz edilsin, “müavinətlər” sözündən sonra “pensiyalar,” sözü əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 270000. «Təqaüdlər və sosial müavinətlər» bölməsində «əlillərə» sözündən sonra hər iki halda «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmiş, «əlil uşaqlara» sözləri «sağlamlıq imkanları məhdud uşaqlara» sözləri ilə əvəz edilmiş, «əlillər» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlar» sözləri, «əlillərin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.


[89] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “271100. “Təqaüdlər” paraqrafına “təqaüdlərin” sözündən sonra “və pensiyaların” sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «271100. «Təqaüdlər» paraqrafında «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.

[90] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “271110. “İşləyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər” maddəsinə “təqaüdlə” sözündən sonra “və pensiya ilə” sözləri əlavə edilmişdir.

[91] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə“271120. “İşləməyən təqaüdçülərə qocalığa görə verilən təqaüdlər” maddəsinə “verilən təqaüdlərlə” sözlərindən sonra “və pensiyalarla” sözləri əlavə edilmişdir.

[92] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “271130. “Əlillərə verilən təqaüdlər” maddəsinə “verilən təqaüdlə” sözlərindən sonra “və pensiya ilə” sözləri əlavə edilmişdir.

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «271130. «Əlillərə verilən təqaüdlər» maddəsinin adında «Əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri, mətnində «əlilliyə» sözündən sonra «və ya sağlamlıq imkanlarının məhdudluğuna» sözləri əlavə edilmişdir.

[93] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “271400. “Hərbi təqaüdlər” maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir.


“271140. “Hərbi təqaüdlər və pensiyalar” maddəsinə hərbi qulluqçulara, onların ailə üzvlərinə hərbi pensiyaların və xidmət edən qulluqçulara təqaüdlərin verilməsi ilə bağlı xərclər daxildir.”.

[94] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “271500. “Digər təqaüdlər” maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir.


“271150. “Digər təqaüdlər” maddəsinə 271110-271140-cı maddələrdə öz əksini tapmayan digər təqaüdlərlə və pensiyalarla bağlı xərclər daxildir.”.

[95] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «271200. «Natural formada olan müavinətlər» paraqrafında «əlillərə» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.

[96] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «272100. «Sosial yardımlar üzrə ödənişlər» paraqrafında «əlil olmuş» sözlərindən sonra «və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş» sözləri, «əlil olanlara» sözlərindən sonra «və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlərə» sözləri, «əlillərə» sözündən sonra « , sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.

[97] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “272130. “20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin uşaqlarına verilən müavinətlər” maddəsinin adı “272130, “Şəhid olanların uşaqlarına ödənilən müavinətlər” kimi yazılmışdır.


“272130. “20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin uşaqlarına verilən müavinətlər” maddəsinin adı “272130. Şəhid olanların uşaqlarına ödənilən müavinətlər” kimi yazılmışdır və izahat hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
maddəsinə 20 Yanvar hadisəsi zamanı və Qarabağ müharibəsində şəhid olanların uşaqlarına müavinətlərin verilməsi ilə bağlı xərclər daxildir.

[98] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «272170. «I və II qrup əlillərə verilən müavinətlər» maddəsinin adında «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilsin, mətnində «uşaqlıqdan və sonradan» sözləri «sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən və ya» sözləri ilə əvəz edilsin, «əlillərə» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqlara» sözləri əlavə edilmişdir.

[99] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “272190. “İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər” maddəsinə “artırılması” sözündən sonra “ictimai iş, əmək yarmarkalarının və əmək birjalarının təşkili, işsizlərin sosial müdafiəsi tədbirləri ilə bağlı reklam işləri, kütləvi informasiya vasitələrindən istifadə, mətbəə xərcləri” sözləri əlavə edilmişdir.

[100] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “273000. “Dövlət qulluqçularına sosial müavinətlər” köməkçi bölməsində “ödənilən” sözündən sonra “sosial” sözü əlavə edilmişdir.

[101] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “273100. “Müavinətlər üzrə ödənişlər” paraqrafı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
273100. "Müavinətlər üzrə ödənişlər" paraqrafına dövlət qulluqçularına müavinət formasında ödənilən xərclər daxildir.

[102] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “274100. “Aztəminatlı ailələrə verilən müavinətlər” paraqrafı yeni redaksiyada verilmişdir.


Əvvəlki redaksiyada deyilirdi:
274100. "Aztəminatlı ailələrə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.

[103] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “274300. İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər” paraqrafına “ödənilən müavinətlər” sözlərindən sonra “, o cümlədən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər” sözləri əlavə edilmişdir.

[104] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “274700. “Tələbələrə verilən təqaüdlər” paraqrafında “və” sözü çıxarılmışdır, “,orta-ixtisas” sözlərindən sonra “və bu profildə olan hərbi” sözləri əlavə edilmişdir, “məktəblərində” sözü “məktəblərdə” sözü ilə əvəz edilmişdir.

[105] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “274800. “Digər müavinət və transfertlər” paraqrafına “ödənilməsi” sözündən sonra “xidməti vəzifələri yerinə yetirərkən sərnişin nəqliyyatından istifadə etmələri üçün pul kompensasiyası, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi,” sözləri və həmin paraqrafın sonuna aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir:


“Bu paraqraf 3 maddədən, o cümlədən “274810. Kommunal güzəştlər”, “274820. Dövlət sosial yardımı” və “274830. Digər müavinət və transfertlər” maddələrindən ibarətdir.”.
Əlavə olunmuş maddələr verilmişdir:

22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «274800. «Digər müavinət və transfertlər» paraqrafında «əlillərin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.


[106] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə «274830. «Digər müavinət və transfertlər» maddəsində «əlillərin» sözündən sonra «və ya sağlamlıq imkanları məhdud uşaqların» sözləri əlavə edilmişdir.

[107] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “282100. “Sair xərclər” paraqrafında “yarışlarının və təlim-məşq” sözləri “yarış və” sözləri ilə, “məhkəmə və iqtisad məhkəməsinə” sözləri “məhkəmələrə” sözü ilə əvəz edilsin, “əhalinin köçürmə tədbirləri” sözlərindən sonra “, vizasız və pasportsuz yaşayan əcnəbilərin respublikanın hüdudlarından çıxarılması (deportasiyası), şəhər və rayonlarda bayram tədbirlərinin keçirilməsi” sözləri, “əşyaların hazırlanması” sözlərindən sonra “statistik tədqiqatların aparılması, müxtəlif növ əyani vəsaitlərin alınması” sözləri, “əsasən fiziki” sözlərindən sonra “və hüquqi” sözləri, “idman” sözündən sonra “və turizm” sözləri, “yüklərin daşınması” sözlərindən sonra “həlak olanların cəsədinin gətirilməsi ilə bağlı xərclər, həmçinin həlak olmuş hərbçilərin cəsədinin gətirilməsi, məhbusların daşınması, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların yaşadıqları yerə getmələri, hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması və birdəfəlik kompensasiyaların ödənilməsi, sanatoriya, istirahət evlərinə getməsi, müəyyən olunmuş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı xərclər,” sözləri əlavə edilmişdir.
Həmin paraqrafın sonuna “Daşınmaz əmlakın sığortalanması ilə bağlı xərclər, respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərində ali və orta ixtisas məktəblərinin pedaqoji ixtisaslar üzrə bitirən gənc mütəxəssislərə kommunal və digər xidmətlərə görə ödənilən kompensasiya ilə bağlı xərclər daxildir.” sözləri əlavə edilmişdir.

[108] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “282200. “Əsaslı xərclər” paraqrafında “kanalların” sözündən sonra “əsaslı” sözü əlavə edilmişdir və “Həmçinin bu paraqrafa təşkilatlar və müəssisələr tərəfindən nəqliyyat (avtomobil və digər nəqliyyat texnikasının) vasitələrinin, istehsal, qeyri-istehsal avadanlıqlarının və digər daşınan əsas vəsaitlərin əsaslı təmiri ilə bağlı xərclər daxildir” sözləri çıxarılmışdır.


Həmin paraqrafın sonuna aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir:
“Bu paraqraf 6 maddədən - “282210. Mənzil fondunun əsaslı təmiri”, “282220. İstehsalat obyektlərinin əsaslı təmiri”, “282230. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri”, “282240. İnzibati və idarəetmə obyektlərinin əsaslı təmiri”, “282250. Yolların əsaslı təmiri” və “282260. Sair əsaslı təmir” maddələrindən ibarətdir.”.

[109] 21 oktyabr 2008-ci il tarixli 248 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 10, maddə 936) ilə yeni məzmunda paraqraf əlavə edilmişdir.

[110] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “311110. “Yaşayış binaları” maddəsində “təşkilatlar və müəssisələr tərəfindən” sözləri “bütün təyinatlardan olan” sözləri ilə əvəz edilmişdir və maddənin axırına aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir:
“Bu maddə 2 yarımmaddədən - “311111. “Yaşayış binalarının alınması” və “311112. “Yaşayış binalarının tikintisi” yarımmaddələrindən ibarətdir.”.

[111] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “311120. “Qeyri-yaşayış binaları” maddəsində “təşkilatlar və müəssisələr tərəfindən” sözləri “bütün təyinatlardan olan” sözləri ilə əvəz edilmişdir və maddənin axırına aşağıdakı redaksiyada cümlə əlavə edilmişdir:


“Bu maddə 2 yarımmaddədən - “311121. “Qeyri-yaşayış binalarının alınması” və “311122. “Qeyri-yaşayış binalarının tikintisi” yarımmaddələrindən ibarətdir.”.

[112] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “311310. “Kənd təsərrüfatı texnikası” maddəsində “texnikası” sözündən sonra “və toxumları” sözləri əlavə edilmişdir.


“311310. “Kənd təsərrüfatı texnikası” maddəsi yeni redaksiyada verilmişdir:
Əvvəlki redaksiyada deyilirdi:
311310. "Kənd təsərrüfatı texnikası və toxumları " maddəsinə kənd təsərrüfatı texnikasının, kənd təsərrüfatında iri buynuzlu, iş heyvanlarının alınması və saxlanılması, kənd təsərrüfatı üçün toxumların alınması və kənd təsərrüfatı ilə bağlı digər xərclər daxildir.

[113] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “314400. “İstehsalda istifadə olunmayan qeyri-maddi aktivləri” paraqrafına “alınması” sözündən sonra “, məlumat bazalarının hazırlanması, informasiya sistemlərinin yaradılması” sözləri əlavə edilmişdir.

[114] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “323000. “Qızıl və SDR” paraqrafında” sözləri “323000. Qızıl və SDR” köməkçi bölməsinə” sözləri ilə əvəz edilmişdir.

[115] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcə xərclərinin inzibati təsnifatı” nda “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə və “Gənclər, İdman və Turizm” sözləri “Gənclər və İdman” sözləri ilə əvəz edilmişdir,


[116] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə 7. “Büdcə xərclərinin inzibati təsnifatı”nın 4 nömrəli əlavə”si üzrə:


“Baş kredit sərəncamçıları” və “Kod” sütunlarına aşağıdakı məzmunda yeni təşkilatlar və kodlar əlavə edilmişdir:
“Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1102”;
“Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 1252”;
“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi 1253”;
“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 1254”;
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1255”;
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1256”;
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti 1257”;
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti 1258”;
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 1259”;
“Bakı Şəhər İcra Hakimiyyəti 1260”;
“Tarif (qiymət) Şurasının Katibliyi 1261”;
“Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan digər qurumlar 1262”;
“Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyi 1263”;
“Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 1264”;
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 1265”;
“Səfərbərlik ehtiyatları anbarları 1425”;
“Ehtiyat idarəetmə məntəqələri 1426”;
“Azərbaycan Respublikasının Milli Mətbuat Şurası 1427”;
“Məhkəmə-Hüquq Şurası 1428”;
“Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi 1429”;
“Şimali Atlantika Birliyinin” Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlı xərclər 1430”;
“Digər əsaslı vəsait qoyuluşu 1431”;
“Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 1432”;
“Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər 1433”;
“Dövlət daxili uduşlu istiqraz vərəqələri 1434”;
“Kapital Bank” Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri 1435”;
“Mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılmış istiqraz vərəqələri 1436”;
“Qısamüddətli dövlət istiqraz vərəqələri 1437”;
“1992-1996-cı illərdə dövlət büdcəsinin kəsirinin örtülməsi üçün Milli Bankdan istifadə edilmiş mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq məqsədilə buraxılan istiqraz vərəqələri 1438”;
“Beynəlxalq Bank tərəfindən “Azərenerji” Səhmdar Cəmiyyətinə verilmiş kreditlər 1439”;
“Dövlət xarici borclarının ödənilməsi ilə bağlı xərclər 1440”;
“İslam Konfransı Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin 33-cü konfransının Bakı şəhərində keçirilməsi ilə bağlı xərclər 1441”;
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası 1442”;
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası 1443”;
“Rəssamlar İttifaqı 1523”;
“Qızıl Aypara” Cəmiyyəti 1524”;
“Milli Ensiklopediyanın Elm Mərkəzi 1525”;
“İncəsənət Xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatı 1526”;
“Araz” Elmi-İstehsalat Birliyi 1527”;
“Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti 1528”;
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 1529”;
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti 1530”;
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 1531”;
“Azərenerji” Səhmdar Cəmiyyəti 1532”;
“İpoteka Fondu” 1533”;
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1534”;
“Yerli gəlir və xərcləri tənzimləmək üçün ayrılan vəsait 1603”.

[117] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi 1214” sözləri “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 1214” sözləri ilə əvəz edilmişdir.

[118] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 1217” sözləri “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 1217” sözləri ilə əvəz edilmişdir.

[119] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi 1221” sözləri “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi 1221” sözləri ilə əvəz edilmişdir.

[120] 6 yanvar 2009-cu il tarixli 1 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 22) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Büdcə xərclərinin inzibati təsnifatı"nda "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

[121] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi 1227” sözləri “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1227” sözləri ilə əvəz edilmişdir.

[122] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi 1231” sözləri “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 1231” sözləri ilə əvəz edilmişdir.

[123] 16 fevral 2009-cu il tarixli 27 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 150) ilə 4 nömrəli əlavə - «Büdcə xərclərinin inzibati təsnifatı»nda «Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi» sözləri «Diasporla İş üzrə Dövlət Komitəsi» sözləri ilə əvəz edilmişdir.

[124] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi 1235” sözləri “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti 1235” sözləri ilə əvəz edilmişdir.

[125] 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə 4 nömrəli əlavə -- "Büdcə xərclərinin inzibati təsnifatı"nda "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.


[126] 9 avqust 2006-cı il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 731) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavənin - “Büdcə xərclərinin inzibati təsnifatı”nın 1256 kodunun “Baş kredit sərəncamçıları” sütunundan “Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

[127] 15 mart 2006-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 303) ilə 4-cü sətirdə “Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi” sözləri “Apellyasiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir.
[128] 15 mart 2006-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 303) ilə 5-ci sətir çıxarılmışdır.

[129] 15 mart 2006-cı il tarixli 82 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 303) ilə 8-ci sətirdə “Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi” sözləri “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi” sözləri ilə əvəz edilmişdir.


əvvəlki redaksiyada deyilirdi:

Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi


10 aprel 2008-ci il tarixli 88 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 308) ilə 8-ci sətrində «Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi» sözlərindən sonra «, Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə» sözləri əlavə edilmişdir.

[130] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Digər Dövlət Orqanları 1400” sözləri “Digər Dövlət Orqanları və Tədbirləri 1400” sözləri ilə əvəz edilmişdir.

[131] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkəti 1404” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti 1404” sözləri ilə əvəz edilmişdir.

[132] 5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 144) ilə 4 nömrəli əlavə - «Büdcə xərclərinin inzibati təsnifatı»nın «Digər Dövlət Orqanları və Tədbirləri» bölməsinin yeddinci sətrində «Dövlət Konserni» sözləri «Qapalı Səhmdar Cəmiyyəti» sözləri ilə əvəz edilmişdir.

[133] 19 dekabr 2007-ci il tarixli 207 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1343) ilə "Büdcə xərclərinin inzibati təsnifatı"nın 4 nömrəli əlavəsində "Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi" sözləri "Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyi" sözləri ilə əvəz edilmişdir.

[134] 08 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1021) ilə 4 nömrəli əlavənin "Büdcə xərclərinin inzibati təsnifatı"nın 1442 kodunun "Baş kredit sərəncamçıları" sütunundan "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.

[135] 15 may 2006-cı il tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 468) ilə “Mətbuat Orqanları və İctimai Təşkilatlar 1500” sözləri “Mətbuat Orqanları, İctimai Təşkilatlar və Digər Tədbirlər 1500” sözləri ilə əvəz edilmişdir.








Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin