272170. "I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara verilən müavinətlər" maddəsinə qanunvericiliyə uyğun olaraq sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən və yaəlil olmuş birinci və ikinci qrup əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272180. "İşsizliyə görə verilən müavinətlər" maddəsinə işsiz və iş ax-taranlara işsizliyə görə ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
272190. "İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər" maddəsinə məşğulluq problemlərinin maliyyələşdirilməsi (transfert formasında), işsiz vətəndaşların peşəyönümlü işinin təşkili, boş iş yerləri haqqında məlumat bazasının yaradılması və ixtisasın artırılması ictimai iş, əmək yarmarkalarının və əmək birjalarının təşkili, işsizlərin sosial müdafiəsi tədbirləri ilə bağlı reklam işləri, kütləvi informasiya vasitələrindən istifadə, mətbəə xərcləri ilə bağlı xərclər daxildir.
272200. "Natural formada olan sosial yardımlar" paraqrafına 272100-cı paraqrafa aid olan ödənişlərin (xərclərin) natural formada həyata keçirilməsi ilə bağlı xərclər daxildir.
273000. "Dövlət qulluqçularına sosial müavinətlər" köməkçi bölməsinə mövcud qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularına ödənilən sosial müavinətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.
273100. “Müavinətlər üzrə ödənişlər” paraqrafına dövlət qulluqçularına sosial müavinət formasında ödənilən xərclər (pensiya yaşına çatmasına görə könüllü işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçularına ömürlük müavinət, pensiya yaşına çatmasına görə könüllü işdən çıxdıqda hesablanmış aylıq pensiyanın müəyyən olunmuş məbləğində birdəfəlik haqq) daxildir.
273200. "Natural formada olan müavinətlər" paraqrafına natural formasında alınan müavinətlərlə bağlı xərclər daxildir.
274000. "Digər təqaüdlər, müavinətlər və transfertlər" köməkçi bölməsinə 271000-273000-cı köməkçi bölmələrində öz əksini tapmayan bütün ödənişlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 8 paraqrafdan ibarətdir.
274100. “Aztəminatlı ailələrə verilən müavinətlər” paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq nəzərdə tutulmuş aztəminatlı ailələrə, himayəsində uşağı olan aztəminatlı ailələrə, ailə başçısını itirən aztəminatlı ailələrə ödənilən müavinətlərlə, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının ödənilməsi, müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən aylıq müavinət, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların uşaqlarına verilən aylıq müavinət, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına müavinət ödənilməsi ilə bağlı xərclər daxildir. Bu paraqraf 2 maddədən, o cümlədən “274110. Ünvanlı dövlət sosial yardımı” və “274120. Aztəminatlı ailələrə verilən digər müavinətlər” maddələrindən ibarətdir.
274110. Ünvanlı dövlət sosial yardımı
274120. Aztəminatlı ailələrə verilən digər müavinətlər
274200. "Qocalığa görə verilən müavinətlər" paraqrafına işləyən təqaüdçülərə qocalığa görə və işləməyən təqaüdçülərə qocalığa görə ödənilən müavinətlər üzrə xərclər daxildir.
274300. "İş qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətlər" paraqrafına mövcud qanunvericiliklə nəzərdə tutulmuş müvəqqəti iş qabiliyyətini itirməyə görə işçilərə ödənilən müavinətlər , o cümlədən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə ilk 14 gün üçün işəgötürənin vəsaiti hesabına ödənilən müavinətlər üzrə xərclər daxildir.
274400. "Uşağın doğulması ilə bağlı verilən müavinətlər" paraqrafına uşaq doğularkən ata və ya ananın iş yerindən, işləməyənlər üçün isə sosial müdafiə mərkəzlərindən birdəfəlik ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
274500. "Analıq müavinətləri" paraqrafına analıq məzuniyyətinə çıxan qadınlara ödənilən müavinətlə bağlı xərclər daxildir.
274600. "Böyük Vətən Müharibəsi iştirakçılarına verilən müavinətlər" paraqrafına Böyük Vətən Müharibəsi iştirakçılarına və onlara bərabər tutulanlara ödənilən müavinətlərlə bağlı xərclər daxildir.
274700. "Tələbələrə verilən təqaüdlər" paraqrafına mövcud qanunvericiliyə əsasən ali orta-ixtisas və bu profildə olan hərbi məktəblərdə təhsil alan tələbələrə ödənilən təqaüdlərlə bağlı xərclər daxildir.
274800. "Digər müavinət və transfertlər" paraqrafına xəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəliyin edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni qidanın alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi ilə bağlı xərclər, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, xidməti vəzifələri yerinə yetirərkən sərnişin nəqliyyatından istifadə etmələri üçün pul kompensasiyası, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi, həmçinin bu paraqrafa dövlət büdcəsindən və digər təşkilatlar tərəfindən ödənilən və öz əksini 274100-274700-cı paraqraflarda tapmayan digər müavinət, yardım və transfertlərlə bağlı xərclər daxildir. Bu paraqraf 3 maddədən, o cümlədən “274810. Kommunal güzəştlər”, “274820. Dövlət sosial yardımı” və “274830. Digər müavinət və transfertlər” maddələrindən ibarətdir.
274810. “Kommunal güzəştlər” maddəsinə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzinə verilən müavinətlərlə bağlı xərclər daxildir.
274820. “Dövlət sosial yardımı” maddəsinə mövcud qanunvericiliyə uyğun olaraq sosial müavinətlərin (274100-cü paraqrafında nəzərdə tutulanlardan başqa) verilməsi ilə bağlı xərclər daxildir.
274830. “Digər müavinət və transfertlər” maddəsinə xəstələrin müalicəyə göndərilməsi, protezlərin hazırlanmasına çəkilən xərclər, uşaqlara, əlillərə və ruhi xəstələrə himayəliyin edilməsi, yetim və valideyn himayəsindən məhrum uşaqları qəyyumluğa (himayəyə) götürmüş şəxslərə aylıq müavinətin ödənilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə süni yedirtmənin alınması və uşaqlar üçün pulsuz məmulatların buraxılması, xüsusi təhsilə cəlb olunanların valideynlərinə və digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb gətirmək üçün müavinətin ödənilməsi, müharibə əlillərinin və iştirakçılarının yubiley gecələrinin keçirilməsi, əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və ya bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə dəymiş zərərin ödənilməsi, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən müavinət, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi üzrə tədbirlərin maliyyələşdirilməsi xərcləri, sair müavinətlər, yardımlar, transfertlər və bu qəbildən olan digər xərclər daxildir.
280000. "Digər xərclər" bölməsinə mülkiyyətlə bağlı xərclər daxil edilir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.
281000. "Faizlər üzrə ödənişlər istisna olmaqla mülkiyyətlə bağlı xərclər" köməkçi bölməsinə cari məqsədlər üçün binaların və evlərin icarəsi, film və verilişlərin çəkilməsi üçün icarəyə götürülmüş teatr, konsert salonları, sahə və otaqların icarəsi haqqı, müəssisə və təşkilatlar tərəfindən avadanlıq və nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "281400. İcarə və muzdlu xidmətlər" paraqrafından ibarətdir.
282000. "Sair müxtəlif xərclər" köməkçi bölməsinə idarə və müəssisələr tərəfindən həyata keçirilən sair müxtəlif xərclər daxil edilir və bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "282100. Sair xərclər", "282200. Əsaslı xərclər" və "282300. Bank xərcləri" paraqraflarından ibarətdir.
282100. "Sair xərclər" paraqrafına cari məqsədlər üçün nəzərdə tutulmuş malların alınması və xidmətlərin göstərilməsi ilə bağlı digər xərclər, o cümlədən təhsil müəssisələrində bədən tərbiyəsi tədbirlərinin və kütləvi informasiya işlərinin aparılması, incəsənətlə bağlı müvəqqəti sərgilərin təşkili, sanitar aviasiyasının uçuş saatlarının ödənilməsi, televiziya və radio verilişləri üzrə (xüsusi kino çəkilişi, texniki rabitə vasitələrinin istismarı, xidmətlərin ödənilməsi) əməliyyat xərcləri, şagirdlərə fəxri fərmanların, medalların, eləcə də idman yarışları iştirakçılarına mükafatların verilməsi, məhkəmə prosesində iştirak edən, habelə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərərçəkmiş, tərcüməçi, ekspert, mütəxəssis, şahid və hal şahidlərinə görülən işin haqqının ödənilməsi, şahidlərin çağırılması, ekspertlərin və tərcüməçilərin xidmətlərinin ödənilməsi, müxtəlif mükafatlandırma nişanlarının hazırlanması, əhalini köçürmə tədbirləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması, şəhər və rayonlarda bayram tədbirlərinin keçirilməsi ilə bağlı xərclər, ümumi-icbari təhsil fondunun xərcləri, hökumətin qərarlarına (sərəncamlarına) müvafiq olaraq xaricdə milli və beynəlxalq sərgi və yarmarkaların keçirilməsi ilə bağlı xərclər, büdcə təşkilatlarının ixtisasartırma müəssisələrində dinləyicilərin ixtisaslarının artırılması və hazırlıq işləri ilə bağlı xərclər, maliyyə orqanlarının uçotuna daxil olmuş dövlət idarələrinin keçmiş əmlakının, sahibsiz əmlakın, müsadirə edilmiş əmlakın ticarət və sair təşkilatlara verilməsindən əvvəl saxlanılması və təmiri, təhsillə bağlı ekskursiyaların keçirilməsi, şagirdlərin düşərgə toplantılarının keçirilməsi, şagirdlərin və tələbələrin yeni qəbulunun təşkili, şagirdlərin istehsal təcrübəsi keçirilməsinə görə vəsaitin ödənilməsi, şagirdlərin yol haqqının və onların yolda və təcrübə yerlərində olduqları müddətdə gündəlik yemək xərclərinin ödənilməsi, gətirilməsi və saxlanılması xərcləri, ümumtəhsil fondu hesabına aparılan xərclər, elmi sessiyaların, qurultayların, konfransların, iclasların təşkili və keçirilməsi, dissertasiyaların müdafiəsi ilə bağlı, elmi tədqiqat müəssisələri üçün kənar təşkilatlar tərəfindən yerinə yetirilən elmi, təcrübi-eksperimental işlərin haqqının ödənilməsi, tədris müəssisələrinin nəzdindəki eksperimental emalatxanaların xidmətinin ödənilməsi, muzey ekspozisiyalarının və sərgilərin təşkili zamanı müvəqqəti xarakter daşıyan və köməkçi materiallar olan xəritələrin, sxemlərin, diaqramların, eskizlərin, maketlərin və digər əşyaların hazırlanması, statistik tədqiqatların aparılması, müxtəlif növ əyani vəsaitlərin alınması, sair əməliyyatların və məsrəflərin ödənilməsi xərcləri, Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin müəyyən edilmiş norma daxilində yüklərinin daşınması, xarici ezamiyyələr üçün viza, müxtəlif rüsum və ödənclərlə bağlı xərclər, nəqliyyatın bütün növlərindən (taksidən başqa) istifadə edilməsi ilə əlaqədar ödənilən məbləğ, həlak olanların cəsədinin gətirilməsi ilə bağlı xərclər, həmçinin həlak olmuş hərbçilərin cəsədinin gətirilməsi, məhbusların daşınması, həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların yaşadıqları yerə getmələri, hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) və onların ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması və birdəfəlik kompensasiyaların ödənilməsi, sanatoriya, istirahət evlərinə getməsi, müəyyən olunmuş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə bağlı xərclər, beynəlxalq və ümumrespublika gənclər, idman və turizm tədbirlərinin, təlim-məşq yarış və toplanışlarının keçirilməsi, məhkəmənin qərarına əsasən fiziki və hüquqi şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, aztəminatlı şəxslərə, cinayət işləri üzrə müttəhimlərə və inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, məcburi işburaxma halları və əmək mübahisələri üzrə digər ödənişlərin verilməsi, tədqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, məhkəmələrə verilmiş iddia ərizələri və notariat əməliyyatları üzrə dövlət rüsumunun ödənilməsi (büdcə təşkilatları, Milli Bank və onun qurumları istisna olmaqla) xərcləri daxildir. Əmlakın sığortalanması ilə bağlı xərclər, respublikanın kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərində və səhiyyə müəssisələrində ali və orta ixtisas məktəblərinin pedaqoji və tibb ixtisasları üzrə bitirən gənc mütəxəssislərə kommunal və digər xidmətlərə görə ödənilən kompensasiya ilə bağlı xərclər daxildir.
282200. "Əsaslı xərclər" paraqrafına müəssisə və təşkilatlar tərəfindən əsaslı təmir xərclərinin aparılması ilə bağlı xərclər daxildir. Bu paraqrafa yaşayış və hərbi binaların, sosial-mədəni və kommunal bina və tikililərin, inzibati və idarəetmə bina və tikililərin, digər mülki bina və tikililərin, yolların və körpülərin, suvarma və digər kanalların əsaslı təmiri xərcləri daxil edilir. Bu paraqraf 6 maddədən - “282210. Mənzil fondunun əsaslı təmiri”, “282220. İstehsalat obyektlərinin əsaslı təmiri”, “282230. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri”, “282240. İnzibati və idarəetmə obyektlərinin əsaslı təmiri”, “282250. Yolların əsaslı təmiri” və “282260. Sair əsaslı təmir” maddələrindən ibarətdir.
282210. Mənzil fondunun əsaslı təmiri
282220. İstehsalat obyektlərinin əsaslı təmiri
282230. Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri
282240. İnzibati və idarəetmə obyektlərinin əsaslı təmiri
282250. Yolların əsaslı təmiri
282260. Sair əsaslı təmir
282300. "Bank xərcləri" paraqrafına idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.
282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri" paraqrafına dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri daxildir.
310000. "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə "311000. Əsas və-saitlər", "312000. Maddi-istehsal ehtiyatları", "313000. Qiymətli materiallar" və "314000. Qeyri-istehsal aktivləri" köməkçi bölmələrindən ibarətdir.
311000. "Əsas vəsaitlər" köməkçi bölməsinə bina və tikililər, maşın və avadanlıqlar, digər əsas vəsaitlər alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "311100. Bina və tikililər", "311200. Maşın və avadanlıqlar" və "311300. Digər əsas vəsaitlər" paraqraflarından ibarətdir.
311100. "Bina və tikililər" paraqrafına yaşayış binaları, qeyri-yaşayış binalan və digər tikililərlə bağlı xərclər daxildir. Bu paraqraf "311110. Yaşayış binaları", "311120. Qeyri-yaşayış binaları" və "311130. Digər tikililər" maddələrindən ibarətdir.
311110. "Yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan yaşayış binalarının alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - “311111. “Yaşayış binalarının alınması” və “311112. “Yaşayış binalarının tikintisi” yarımmaddələrindən ibarətdir.
311111. Yaşayış binalarının alınması
311112. Yaşayış binalarının tikintisi
311121. Qeyri-yaşayış binalarının alınması
311122. Qeyri-yaşayış binalarının tikintisi
311131. Digər tikililərin alınması
311132. Digər tikililərin inşası
311120. "Qeyri-yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan qeyri-yaşayış bina və tikililərin (inzibati, idarəetmə, hərbi təyinatlı bina və tikililərin) alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - “311121. “Qeyri-yaşayış binalarının alınması” və “311122. “Qeyri-yaşayış binalarının tikintisi” yarımmaddələrindən ibarətdir.
311130. "Digər tikililər" maddəsinə təşkilatlar və müəssisələr tərəfindən digər mülki bina və tikililərin, sosial-mədəni binaların, suvarma kanallarının, yolların və körpülərin tikintisi və inşası, həmçinin311110-311120-cı maddələrə daxil edilməyən tikinti ilə bağlı digər xərclər daxildir.
311200. "Maşın və avadanlıqlar" paraqrafına müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin, digər maşın və avadanlıqların alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311210. Nəqliyyat vasitələri" və "311220. Digər maşın və avadanlıqlar" maddələrindən ibarətdir.
311210. "Nəqliyyat vasitələri" maddəsinə müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin alınması və istehsalı ilə bağlı xərclər daxildir.
311220. "Digər maşın və avadanlıqlar" maddəsinə müəssisə və təşkilatlar tərəfindən digər raaşm, istehsal, qeyri-istehsal avadanlıqlarının alınması və istehsalı ilə bağlı xərclər daxildir.
311300. "Digər əsas vəsaitlər" paraqrafına kənd təsərrüfatı aktivlərinin və qeyri-maddi əsas aktivlərin alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311310. Kənd təsərrüfatı texnikası" və "311320. Qeyri-maddi əsas aktivlərin alınması" maddələrindən ibarətdir.
311310. “Kənd təsərrüfatı texnikası və toxumları” maddəsinə kənd təsərrüfatı texnikasının, qaramalın, xidməti və iş heyvanlarının alınması, istehsalat təyinatlı toxumların alınması və kənd təsərrüfatı ilə bağlı digər xərclər daxildir.
311320. "Qeyri-maddi aktivlər" maddəsinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, təşkilati xərclər, ticarət markaları, əmtəə nişanlarının alınması ilə bağlı xərclər daxildir.
312000. "Maddi-istehsal ehtiyatları" köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət orqanları tərəfindən fövqəladə və strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər mal-ların alınması və yaradılması xərcləri daxildir.
313000. "Qiymətli materiallar" köməkçi bölməsinə dövlət orqanları tərəfindən qiymətli materialların alınması və yaradılması üzrə xərclər daxildir.
314000. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), meşənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması, kompüter proqramlarının alınması və hazırlanması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 4 paraqrafdan ibarətdir.
314100. "Torpaq" paraqrafına torpağın, meşələrin (onlarda yerləşən tikinti obyekti və qurğular istisna olmaqla) alınması ilə bağlı xərclər daxildir.
314200. "Yeraltı aktivlər" paraqrafına yerin təkində olan faydalı qazıntıların alınması ilə bağlı xərclər daxildir.
314300. "Digər təbii aktivlər" paraqrafına 314100-314200-cı paraqraflar-da göstərilməyən digər təbii aktivlərin alınması ilə bağlı xərclər daxildir.
314400. "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" paraqrafına bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazalarının hazırlanması, informasiya sistemlərinin yaradılması ilə bağlı xərclər daxildir.
320000. "Maliyyə aktivləri üzrə əməliyyatlar" bölməsinə ölkə daxilin-də dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.
321000. "Daxili" köməkçi bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "321200. Valyuta və depozitlər", "321300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "321400. Ssudalar", "321500. Səhm və digər kapital", "321700. Törəmə maliyyə alətləri" və "321800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.
321200. "Valyuta və depozitlər" paraqrafına ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi ilə bağlı əməliyyatlar daxildir.
321300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə daxilində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "321310. Qısamüddətli" və "321320. Uzunmüddətli" maddələrindən ibarətdir.
321400. "Ssudalar" paraqrafında dövlət tərəfindən verilən ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf "321410. Qısamüddətli" və "321420. Uzunmüddətli" maddələrindən ibarətdir.
321500. "Səhm və digər kapital" paraqrafına dövlət tərəfindən ölkə daxilində səhm və digər kapitalın alınması ilə bağlı əməliyyatlar daxildir.
321510. Qısamüddətli” maddəsi;
321511. İl ərzində alınmış
321512. İl ərzində satılmış
321520. Uzunmüddətli
321521. İl ərzində alınmış
321522. İl ərzində satılmış
321700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiəsi ilə bağlı əməliyyatlar daxildir.
321800. "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarına daxil edilməyən ölkə daxilində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.
322000. "Xarici" köməkçi bölməsinə ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, xarici borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "322200. Valyuta və depozitlər", "322300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "322400. Ssudalar", "322700. Törəmə maliyyə alətləri" və "322800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.
322200. "Valyuta və depozitlər" paraqrafında ölkə xaricində dövlətə məxsus cari və tranzit hesabları üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi nəticəsində fərqi əks olunur.
322300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə xaricində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "322310. Qısamüddətli" və "322320. Uzunmüddətli" maddələrindən ibarətdir.
322400. "Ssudalar" paraqrafına dövlət tərəfindən xaricə verilən ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqrafa "322410. Qısamüddətli" və "322420. Uzunmüddətli" maddələri daxildir.
322500. Səhm və digər kapital
322510. Qısamüddətli
322511. İl ərzində alınmış
322512. İl ərzində satılmış
322520. Uzunmüddətli
322521. İl ərzində alınmış
322522. İl ərzində satılmış
322700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiə üzrə əməliyyatlar daxildir.
322800 "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarında öz əksini tapmayan ölkə xaricində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.
323000.“Qızıl və SDR” köməkçi bölməsinəqızıl və SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borclarına vahidi) maliyyə aktivlərinin yaradılması üzrə əməliyyatlar daxildir.