Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 0,57 Mb.
səhifə2/4
tarix05.07.2018
ölçüsü0,57 Mb.
#55838
1   2   3   4
210000. "Əməyin ödənişi" bölməsinin xərclərinə "211000. Əmək haqqı" və "212000. Əmək haqqına üstəlik" köməkçi bölmələrinin xərcləri daxil edilir.

211000. "Əmək haqqı" köməkçi bölməsinin xərclərinə "211100. Ştatda olan işçilərin əmək haqqı", "211200. Ştatdankənar işçilərin əmək haqqı" və "211300. Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" və "211400. Əməyin ödənişi üzrə nəzərdə tutulan artım" paraqraflarının xərcləri daxildir.

211100. "Ştatda olan işçilərin əmək haqqı" paraqrafına ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) pul təminatı ilə bağlı xərclər daxildir.

211200. "Ştatdankənar işçilərin əmək haqqı" paraqrafına təşkilatların ştatında olmayan və müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərin aldıqları əmək haqları ilə bağlı xərclər daxildir.

211300. "Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri" paraqrafına işçilərə, hərbi qulluqçulara (xüsusi rütbəsi olan əməkdaşlara) verilən mükafatlar, maddi yardımlar, dövlət orqanlarında çalışan işçilərə verilən bütün növ müavinətlər (273000-cı köməkçi bölməsində nəzərdə tutulanlar istisna olmaqla) və səlahiyyətlərin icrası ilə bağlı verilən pul təminatı, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxmağa, əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.

211400. "Əməyin ödənişi üzrə nəzərdə tutulan artım" paraqrafına əməyin ödənişi üçün nəzərdə tutulan artımla bağlı xərclər daxildir.
212000. "Əmək haqqına üstəlik" köməkçi bölməsinə müəyyənləşdirilmiş normativlərə əsasən işəgötürənlərin sosial müdafiə ayırmaları üzrə xərclər daxil edilir. Bu köməkçi bölməyə "212100. Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "212200. İcbari dövlət sığortası" və "212300. İcbari tibbi sığorta" paraqraflarının xərcləri daxildir.

212100. "Dövlət Sosial Müdafiə Fonduna ayırmalar" paraqrafına işçi və qulluqçuların əmək haqlarına hesablanan və Dövlət Sosial Müdafiə Fonduna köçürülən xərclər daxil edilir.

212200. "İcbari dövlət sığortası" paraqrafına qanunvericiliyə uyğun olaraq işləyənlərin həyatının bədbəxt hadisələrdən sığortalanması, dövlət qulluqçularının, məhkəmə və hüquq mühafizə orqanları işçilərinin, hərbi qulluqçu-ların dövlət icbari şəxsi sığortası, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının icbari sığortalanması ilə bağlı xərclər daxil edilir.

212300. "İcbari tibbi sığorta" paraqrafına icbari tibbi sığorta ilə bağlı xərclər daxildir.

220000. "Malların (işlərin və xidmətlərin) satın alınması" bölməsinə "221000. İdarənin saxlanılması", "222000. Ezamiyyə xərcləri", "223000. Nəqliyyat xidmətləri haqqının ödənilməsi", "224000. Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi", "225000. İstehlak mallarının və material-larının alınması" və "226000. Sair xidmətlərin haqqının ödənilməsi" köməkçi bölmələrinin xərcləri daxildir.

221000. "İdarənin saxlanılması" köməkçi bölməsinə idarədə istifadə edilmək üçün alınan bütün növ dəftərxana ləvazimatları, çapetmə və digər xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan ibarətdir.

221100. "Dəftərxana və təsərrüfat xərcləri" paraqrafına müxtəlif növ kağızların, o cümlədən faks, fotosurət üçün kağızların, rəsmxət və idarədə istifadə edilən digər dəftərxana ləvazimatlarının alınması, hesablama texnikası və avadanlıqlarına göstərilən xidmət haqları, dezinfeksiya xərcləri, plastik kartların alınması, pulsuz verilən mənzil və kirayə haqqının ödənilməsi ilə bağlı xərcləri daxildir.

221200. "Mətbəə xərcləri" paraqrafına dəftərxana işlərinin təşkili üzrə bütün növ forma, buklet, registrlər, mühasibat, statistik, kargüzarlıq blanklarının və müxtəlif cədvəllərin, qiymətli kağızların hazırlanması və çapı, sənədlərin cildlənməsi, tikilməsi, mətbəə və nəşr ilə əlaqədar xərclər və bu qəbildən olan digər xərclər daxildir.

221300. "İdarənin digər xərcləri" paraqrafına idarədə işlənilən növ bütün mal və materialların, həmçinin qiyməti 100 manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 100 manatdan çox və xidmət müddəti 1 ildən az olan avadanlıqların alınması, idarənin mühafizəsi, həmçinin əmlakın cari təmiri xərcləri daxil edilir. Bu paraqraf 2 maddədən ibarətdir.

221310. "İdarənin sair xərcləri" maddəsinə idarədə işlənilən bütün növ mal və materialların, həmçinin qiyməti 100 manatdan çox olmayan mebel, avadanlıq, pərdə və başqa uzunmüddətli malların, qiyməti 100 manatdan çox və xidmət müddəti 1 ildən az olan əşya və avadanlıqların alınması, idarənin mühafizəsi xərcləri daxildir.

221320. "Cari təmir" maddəsinə əmlakın cari təmiri ilə bağlı xərclər, həmçinin meliorasiya və su təsərrüfatı sistemində istismar tədbirləri üzrə görülən torpaq işlərinə, çaylarda tənzimlənmə, sahilbərkitmə işlərinə, mexanizmlərə və nasos stansiyalarına sərf edilən yanacaq-sürtkü materialları və ehtiyat hissələri, cari təmirlə bağlı mal-materialların alınması ilə bağlı xərclər daxildir.
222000. "Ezamiyyə xərcləri" köməkçi bölməsinə ezamiyyətlər və xidməti səfərlər zamanı gediş, gündəlik və mənzil xərcləri, kompensasiya ödənişləri, işçilərin hərəkəti zaman gündəlik və gediş xərcləri, xidməti səfərlər, kurslara və təhsil müəssisələrinə sessiyalara, müşavirə və konfranslara, ali və orta ixtisas təhsil idarələrini bitirən gənc mütəxəssislərin işə göndərilməsi ilə bağlı gündəlik və yol xərcləri, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına işə təyin olunan, bu orqanlarda fəaliyyətini başa çatdırıb geri qayıdan əməkdaşın və onun ailə üzvlərinin, habelə diplomatik xidmət əməkdaşının illik məzuniyyətlə bağlı Azərbaycan Respublikasına eyni vaxtda gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri, ezamiyyətlər üzrə xərclər daxildir. Bu köməkçi bölmə 2 paraqrafdan ibarətdir.

222100. "Ölkədaxili ezamiyyətlər" paraqrafına ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

222110. "Gündəlik yemək xərci" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222120. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə ölkə daxilindəki ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.

222200. "Xarici ezamiyyətlər" paraqrafına xarici ölkələrə ezamiyyətlər və xidməti səfərlərlə bağlı xərclər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

222210. "Gündəlik yemək xərci" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı gündəlik yemək xərcləri ilə bağlı ödənişlər daxildir.

222220. "Mehmanxana (mənzil) və yol xərcləri" maddəsinə xarici ezamiyyətlər və xidməti səfərlər zamanı mehmanxana, mənzil, gediş və yol xərcləri ilə bağlı ödənişlər daxildir.

223000. "Nəqliyyat xidmətləri haqqının ödənilməsi" köməkçi bölməsi-nə təşkilatların balansındakı və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinin saxlanılmasına çəkilən xərclər daxildir. Bu köməkçi bölmə aşağıdakı 2 paraqrafdan ibarətdir.

223100. "Yanacaq və sürtkü materiallarının alınması" paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinə yanacaq və sürtkü materiallarının alınması ilə bağlı xərclər daxildir.

223200. "Digər nəqliyyat xidmətləri" paraqrafına təşkilata məxsus olan və ya icarəyə götürülmüş nəqliyyat vasitələrinin istismarı, texniki baxışdan keçirilməsi, sığortalanması, təmiri, onlara ehtiyat hissələrinin alınması ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

224000. "Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi" köməkçi bölməsinə müxtəlif növ kommunal və kommunikasiya xidmətləri (isitmə, qızdırıcı, su, qaz, elektrik enerjisi, kanalizasiya, rabitə, poçt xidmətləri, sayğacların quraşdırılması, kommunikasiya xətlərinin çəkilişi, cari təmiri və s.) daxildir. Bu köməkçi bölmə 9 paraqrafdan ibarətdir.

224100. "Elektrik enerjisi haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224200. "Qaz haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan qazın dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224300. "Su haqqının ödənilməsi" paraqrafına dövlət idarələrində istifadə olunan suyun dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224400. "İstilik enerjisi (yanacaq) haqqının ödənilməsi" paraqrafına istilik sisteminin (odun, kömür və sair) dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224500. "Kanalizasiya xidmətləri haqqının ödənilməsi" paraqrafına kanalizasiya xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xərclər daxildir.

224600. "Digər kommunal xidmətləri haqqının ödənilməsi" paraqrafına 224100-224500-cı paraqraflara aid edilməyən başqa növ kommunal xidmətlərin dəyərinin ödənilməsi, o cümlədən tullantıların ləğvi və daşınması, camaşırların yuyulması ilə, liftlərə texniki xidmətlə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

224700. "Kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclər" paraqrafına digər kommunal və kommunikasiya xidmətləri ilə bağlı xərclər, sayğacların quraşdırılması, elektrik, rabitə, qaz, su və digər xətlərin çəkilişi, onların cari təmiri, bu işlərlə bağlı digər xərclər daxildir xərclər daxildir.

224800. "Telefon danışıq haqlarının ödənilməsi" paraqrafı 2 maddədən, o cümlədən "224810. Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi" və "224820. Beynəlxalq telefon danışıqları haqlarının ödənilməsi" maddələrindən ibarətdir.

224810. "Ölkədaxili telefon danışıq haqlarının ödənilməsi" maddəsinə ölkənin daxilindəki telefon danışıqları, faks xidməti, telefon-teleqraf rabitə kanallarının icarəsi və sair xidmətlərlə bağlı xərclər və abunə haqlarının ödənilməsi xərcləri və bu qəbildən olan digər xərclər daxildir.

224820. "Beynəlxalq telefon danışıq haqlarının ödənilməsi" maddəsinə xarici ölkələrlə bağlı telefon danışıqları, faks xidməti ilə bağlı xərclər daxildir.

224900. "Poçt-rabitə xidmətləri" paraqrafına məktub və bütün növ poçt, teleqramların göndərilməsi, feldrabitə, radioqram, teletayp, pul (baratlar) göndərişləri, çap materiallarının çatdırılması, internet xidmətindən istifadəyə görə ödənişlər daxildir. Bu paraqraf aşağıdakı 2 maddədən ibarətdir.

224910. "Poçt xidmətlərinin ödənilməsi" maddəsinə məktub və bütün növ poçt, teleqramların göndərilməsi, feldrabitə, radioqram, teletayp, pul (baratlar) göndərişləri, çap materiallarının çatdırılması ilə bağlı xərclər daxildir.

224920. "İnternet" xidməti haqqının ödənilməsi" maddəsinə internet xidmətindən istifadəyə görə ödənişlər, vebsaytların yeniləşdirilməsi və saxlanılması xərcləri daxildir.

225000. "İstehlak mallarının və materiallarının alınması" köməkçi böl-məsinə ümumi istifadə üçün alınmış istehlak mallarının və xidmətlərin göstərilməsi xərcləri daxildir. İdarə üçün istehlak mal və materiallarının alınması xərcləri 221000-cı köməkçi bölmənin xərclərinə (idarə xərcləri) daxildir. Bu köməkçi bölmə aşağıdakı 4 paraqrafdan ibarətdir.

225100. "Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması" paraqrafına xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən xüsusi malların alınmasına (bakterioloji preparatların və sarğı materiallarının) və xidmətlərin göstərilməsinə sərf olunan xərclər, həmçinin dərmanların, mineral suların, zərdabların, vaksinlərin, vitaminlərin, dezinfeksiyaedici vəsaitlərin, laboratoriya tədqiqatları və müayinələr üçün lazım olan materialların alınması, rentgen çəkilişi üçün lentlərin, müayinələrin aparılması üçün materialların alınması, öz laboratoriyası olmadığı halda digər müəssisələrdə aparılan müayinələrə, köçürmə qanın alınmasına, donorlarla bağlı bütün xərclər və bu qəbildən olan digər xərclər daxildir.

225200. "Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması" paraqrafına paltar və geyimlərin alınması, həmçinin paltarların, ayaqqabıların, yataq ləvazimatlarının, xüsusi geyimin və dəyişəyin təmiri və tikilməsi, həmçinin geyim və əşya əmlakı əvəzinə verilən pul kompensasiyalarının ödənilməsi ilə bağlı xərclər, digər işçilər üçün geyim əvəzinə nağd qaydada (pul şəklində) qismən verilən kompensasiya və hərbi qulluqçuların (xüsusi rütbəsi olan əməkdaşların) sanitar-gigiyena ehtiyaclarının təchizatı ilə bağlı xərcləri daxildir.

225300. "Ərzaq məhsullarının alınması" paraqrafına ərzaq məhsullarının alınmasına sərf edilən xərclər, həmçinin dövlətin tapşırığı ilə ağır şəraitdə işləyənlərə verilən xüsusi ərzaq məhsulları, ərzaq payı və yemək xərcinə görə ödənilən kompensasiyalar daxildir.

225400. "Digər istehlak mal və materiallarının alınması" paraqrafına ümumi istifadə üçün nəzərdə tutulmuş və 225100-225300-cı paraqraflara aid edilməyən digər istehlak mal və materiallarının alınmasına sərf olunan xərclər daxil edilir. Bu paraqrafa həmçinin döyüş sursatları və digər hərbi təyinatlı istehlak mallarının alınması ilə bağlı xərclər, tamaşalarda istifadə olunan dekorasiyalar üçün materialların, kostyumların, pariklərin alınması, mətbəx və yeməkxana ləvazimatlarının, hesablama cihazlarının, yazı makinalarının, yanğınsöndürən avadanlıqların, muzeylər və sərgilər üçün avadanlıqların, eksponatların və məktəblərdə hərbi hazırlıq işlərinə aid inventar və ləvazimatların alınması, iş (xidməti) heyvanlarının saxlanılması, inventar, avadanlıq və ləvazimatların quraşdırılması və təmiri ilə bağlı xərclər daxildir. Bu paraqraf 1 maddədən və 3 yarımmaddədən ibarətdir.

225410. "İnventar və avadanlığın alınması" maddəsinə 221310-cu maddəsində nəzərdə tutulanlardan başqa uzun müddət istifadə olunan malların alınması ilə bağlı xərclər, o cümlədən mebel avadanlığı və cari məqsədlər üçün nəzərdə tutulmuş digər uzun müddət istifadə olunan malların alınmasına çəkilən xərclər, həmçinin daha baha, ancaq xidmət müddəti bir ildən az olan malların alınması ilə bağlı xərclər daxildir (311200-cı paraqrafda göstərilənlər istisna olmaqla). Bu maddə aşağıdakı 3 yarımmaddədən ibarətdir.

225411. "İnventarın alınması" yarımmaddəsinə təzə və istifadə olunmuş bütün növ mebellərin, həmçinin stol, stul, kitab rəflərinin, sinif mebellərinin (partaların), yumşaq mebellərin, xəstəxanalar, hərbi tibb müəssisələri, hərbi hissələr və cəzaçəkmə müəssisələri üçün çarpayıların, muzeylər, laboratoriyalar, kitabxanalar və sair üçün xüsusi mebellərin, idman və digər xüsusi hərbi təyinatlı inventarların alınması, quraşdırılması və təmiri ilə bağlı xərclər və bu qəbildən olan digər xərclər daxildir.

225412. "Avadanlığın alınması" yarımmaddəsinə az qiymətli avadanlığın və alətlərin bütün növlərinin və ya xidmət müddəti bir ildən az olan avadanlıqların alınması ilə bağlı xərclər, o cümlədən məktəblər üçün sair təhsil avadanlıqlarının, elmi tədqiqat işləri üçün, tədris ocaqlarında və uşaq müəssisələrində təhsil, səhiyyə və elmi məqsədlər üçün tibbi və baytarlıq avadanlıqlarının və alətlərinin, aparat, cihaz, maşın, dəzgah və sair xüsusi avadanlıqların, layihə-axtarış işlərinin həyata keçirilməsi üçün lazım olan cihazların, geodeziya alətlərinin, qazma avadanlıqlarının və alətlərinin alınması, silah, döyüş sursatı və digər hərbi təyinatlı avadanlığın alınması, həmçinin idman avadanlıqlarının və dövlətin digər ehtiyaclarının ödənilməsi ilə bağlı avadanlıqların alınması, quraşdırılması və təmiri xərcləri daxildir.

225413. "Digər alışlar və xidmətlər" yarımmaddəsinə müəyyən edilmiş qaydada tamaşa müəssisələrinə transfertlərin verilməsi, dramatik, musiqi və bədii əsərlərin alınması (sifariş), xarici ölkələrlə mədəni əlaqələr və xarici qonaqların qəbulu üzrə tədbirlərin keçirilməsi, büst və heykəllərin layihələşdirilməsi və hazırlanması, kəşf, ixtira və səmərələşdirici təkliflərlə bağlı xərclərin ödənilməsi, qan preparatlarının keyfiyyətinin müəyyən edilməsi üçün qanköçürmə məntəqələri tərəfindən heyvanların alınması, tədris müəssisələri və başqa təşkilatlar tərəfindən elmi tədqiqat işləri və təcrübə keçirilməsi üçün heyvanların və malqaranın alınması, idman atlan üçün yem tədarükü və alınması, uşaq müəssisələrində uşaqlarla məşğələlər üçün müxtəlif ləvazimatların, məktəb və rəsmxət ləvazimatlarının, materialların və təhsil, məşğələləri üçün inventarların alınması, təhsil proqramlarının alınması, tədris müəssisələri üçün sinif jurnallarının, blankların, diplomların, şəhadətnamələrin, tələbə biletlərinin, kitabçalarının və digər sənədlərin alınması, kitabxanalar üçün kitab alınması, açıq kitabxana şəbəkəsi, tədris müəssisələri, məktəblər, xəstəxanalar və digər idarələrdə fəaliyyət göstərən kitabxanalar üçün kitab alınması; şagirdlərə pulsuz verilən dərsliklərin alınması; kitabxana fonduna aid edilən jurnal və nəşrlərin alınması, mədəniyyət evləri, klublar, məktəblər, xəstəxanalar, sanatoriyalar və digər müəssisələr üçün dövri mətbuatın alınması; kitabxanalar üçün kitabxana əşyalarının və uçot sənədlərinin alınması, arxiv materiallarından istifadə edilməsi, lisenziyalı bədii, sənədli, cizgi filmlərinin və müxtəlif proqramların prokatı və alınması, informasiya agentliklərinin xidmətləri, guşələrin yaradılması və bədii tərtibat işlərinin dəyərinin ödənilməsi, bina və tikililərin pasportlaşdırılması, hidrometeoroloji müşahidələrin aparılmasında teletayp lenti, şarpilot müşahidələr üçün kürələr, zondlar, kaustik soda, elementlər, reaktivlər və sair istifadə olunan materialların alınması, həmçinin 225411-225412-ci yarımmaddələrində qeyd olunmayan digər alışlarla və xidmətlərlə bağlı xərclər daxildir.

226000. "Sair xidmətlərin haqqının ödənilməsi" köməkçi bölməsinə geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış işlərinə çəkilən xərclər, şəhər, rayon mərkəzlərinin və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların süpürülməsi, yuyulub təmizlənməsi, fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması, alınması, quraşdırılması, istismarı, yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması və elmi tədqiqat xidmətləri ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 3 paraqrafdan, o cümlədən "226100. Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənil-məsi", "226200. Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" və "226300. Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqraflarından ibarətdir.

226100. "Geoloji-kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" paraqrafına geoloji-axtarış xidmətləri üzrə təsərrüfat, geoloji-kəşfiyyat işlərinə və topoqrafiya-geodeziya işlərinə çəkilən xərclər daxildir. Bu paraqraf 2 maddədən, o cümlədən "226110. Geoloji-kəşfiyyat xidmətləri haqqının ödənilməsi" və "226120. Topoqrafıya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi" maddələrindən ibarətdir.

226200. "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" paraqrafının xərclərinə şəhər, rayon mərkəzlərinin və qəsəbələrin, həyətyanı sahələrin və başqa yaşayış məntəqələrinin yaşıllaşdırılması, işıqlandırılması, küçə və meydanların süpürülməsi, yuyulub təmizlənməsi, bayram tədbirləri ilə bağlı plakatların və şüarların hazırlanması, sahibsiz itlərin məhv edilməsi, küçə adlarının yazılması, fəvvarələrin saxlanılması üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər, həmçinin yol hərəkətini tənzimləyən texniki qurğuların layihələşdirilməsi, hazırlanması (alınması), quraşdırılması, istismarı ilə bağlı xərclər (bu vəsaitlərin planlaşdırılması və xərclənməsi yalnız ixtisaslaşdırılmış quraşdırma-istismar bölmələri olmadıqda aparılır), həmçinin yol-körpü təsərrüfatları üçün mal, material və avadanlığın alınması ilə bağlı xərclər daxildir.

226300. "Elmi tədqiqat xidmətlərinin haqqının ödənilməsi" paraqrafına elmi tədqiqat işləri ilə bağlı xərclər daxil edilir.

240000. "Faizlər üzrə ödənişlər" bölməsinin xərclərinə faizlərin ödənil-məsi, borc vəsaitlərindən istifadəyə görə həyata keçirilən ödənişlər nəzərdə tutulur. Bu bölmənin xərclərinə dövlət idarəetmə orqanları tərəfindən alınan kreditə görə həyata keçirilən faiz ödənişləri ilə bağlı xərclər daxildir. Bölmənin xərclərinə borc vəsaitlərinin alınmasına yönəldilmiş komisyon yığımları və ya maliyyələşmə kimi hesab edilən borcun əsas məbləği üzrə ödənişlər ilə bağlı xərclər daxil edilmir.

241000. "Qeyri-rezidentlər üzrə ödənişlər" köməkçi bölməsinə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına və digər xarici təşkilatlara faizlər üzrə ödənişlər daxildir.

241100. "Beynəlxalq Valyuta Fondunun krediti üzrə" paraqrafına Beynəlxalq Valyuta Fondundan alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241200. "Dünya Bankının krediti üzrə" paraqrafına Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

241300. "Digər təşkilatların kreditləri üzrə" paraqrafına digər beynəlxalq təşkilatlardan ahnmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241400. "Xarici dövlətlərə" paraqrafına xarici dövlətlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi ilə bağlı xərclər daxildir.

241500. "Digər qeyri-rezidentlərin kreditləri üzrə" paraqrafına 241100-241400-cı paraqraflara daxil edilməyən digər qeyri-rezidentlərdən alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə xərclər daxildir.

242000. "Dövlət idarəetmə sektoruna aid olmayan təşkilatlar üzrə ödənişlər" köməkçi bölməsinə Milli Banka, digər dövlət təşkilatlarına, kommersiya banklarına və özəl sektorun digər təşkilatlarına faizlər üzrə ödənişlər daxil edilir.

242100. "Milli Bank üzrə" paraqrafına buraxılmış istiqraz vərəqələrinin dəyəri və onların faizləri üzrə xərclər daxildir.

242200. "Digər dövlət təşkilatları üzrə" paraqrafına digər dövlət təşkilatlarından alınmış kreditlərə görə faizlərin ödənilməsi xərcləri daxil edilir.

242300. "Kommersiya bankları üzrə" paraqrafına kommersiya banklarından alınmış kreditlər üzrə faizlərin ödənişi daxildir.

242400. "Özəl sektorun digər təşkilatları üzrə" paraqrafına dövlət qısa-müddətli istiqraz vərəqələri üzrə faizlərin ödənişi daxildir.

243000. "Dövlət idarəetmə sektoru üzrə ödənişlər" köməkçi bölməsinin xərclərinə dövlət idarəetmə orqanlarına və digər idarəetmə orqanlarına faizlərlə bağlı xərclər daxil edilir.

243100. "Mərkəzi dövlət idarəetmə orqanları üzrə" paraqrafına dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə faiz ödənişləri, reklam və digər xərclər daxildir.

243200. "Digər idarəetmə orqanları üzrə" paraqrafına dövlət idarəetmə sektorunun başqa təbəqələrindən alınmış borc vəsaitləri üzrə faiz ödənişləri, o cümlədən bələdiyyə orqanlarına və yerli icra orqanlarına faiz ödənişləri, həmçinin Dövlət Sosial Müdafiə Fonduna ödənilən faizlər üzrə xərclər daxildir.

250000. "Subsidiyalar və cari transfertlər" bölməsinin xərclərinə dövlət və qeyri-dövlət təşkilatlarına zərərin ödənilməsi üçün əvəzsiz verilən və-saitlər daxildir. Bu bölmə 2 köməkçi bölmədən ibarətdir.

251000. "Subsidiyalar üzrə ödənişlər" köməkçi bölməsinə subsidiyalarla bağlı xərclər daxildir və 2 paraqrafdan ibarətdir.

251100. "Qeyri-maliyyə dövlət təşkilatları üzrə ödənişlər" paraqrafına dövlət mülkiyyətində olan və ya dövlətin nəzarətində olan müəssisələr tərəfindən xaricə və ölkə daxilində sənaye və kommersiya malları satışı və xidmətlərin göstərilmə-si ilə məşğul olan hüquqi şəxslərə, qeyri-maliyyə dövlət təşkilatlarına yaranmış zərərin ödənilməsi, həmçinin qeyri-maliyyə dövlət təşkilatlarına verilən subsidiyalar üzrə xərclər daxil edilir. Bu paraqraf 2 maddədən ibarətdir.

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin