Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə



Yüklə 0,58 Mb.
səhifə4/4
tarix14.07.2018
ölçüsü0,58 Mb.
#56492
1   2   3   4

282300. "Bank xərcləri" paraqrafına idarə və müəssisələrə banklar tərəfindən göstərilən bank xidmətləri haqqının ödənilməsi ilə bağlı xərclər daxildir.

282400. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafına dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri daxildir.
310000. "Qeyri-maliyyə aktivlərinin alınması" bölməsinə qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər daxildir. Bu bölmə "311000. Əsas və-saitlər", "312000. Maddi-istehsal ehtiyatları", "313000. Qiymətli materiallar" və "314000. Qeyri-istehsal aktivləri" köməkçi bölmələrindən ibarətdir.

311000. "Əsas vəsaitlər" köməkçi bölməsinə bina və tikililər, maşın və avadanlıqlar, digər əsas vəsaitlər alınması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə "311100. Bina və tikililər", "311200. Maşın və avadanlıqlar" və "311300. Digər əsas vəsaitlər" paraqraflarından ibarətdir.

311100. "Bina və tikililər" paraqrafına yaşayış binaları, qeyri-yaşayış binalan və digər tikililərlə bağlı xərclər daxildir. Bu paraqraf "311110. Yaşayış binaları", "311120. Qeyri-yaşayış binaları" və "311130. Digər tikililər" maddələrindən ibarətdir.

311110. "Yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan yaşayış binalarının alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311111. "Yaşayış binalarının alınması""311112. "Yaşayış binalarının tikintisi" yarımmaddələrindən ibarətdir.

311120. "Qeyri-yaşayış binaları" maddəsinə bütün təyinatlardan olan qeyri-yaşayış bina və tikililərin (inzibati, idarəetmə, hərbi təyinatlı bina və tikililərin) alınması və tikintisi ilə bağlı xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311121. "Qeyri-yaşayış binalarının alınması""311122. "Qeyri-yaşayış binalarının tikintisi" yarımmaddələrindən ibarətdir.

311130. "Digər tikililər" maddəsinə bütün təyinatlardan olan digər mülki bina və tikililərin, sosial-mədəni binaların, suvarma kanallarının, yolların və körpülərin tikintisi və inşası, həmçinin 311110-311120-cı maddələrə daxil edilməyən tikinti ilə bağlı digər xərclər daxildir. Bu maddə 2 yarımmaddədən - "311131. "Digər tikililərin alınması""311132. "Digər tikililərin inşası" yarımmaddələrindən ibarətdir.

311200. "Maşın və avadanlıqlar" paraqrafına müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin, digər maşın və avadanlıqların alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311210. Nəqliyyat vasitələri" və "311220. Digər maşın və avadanlıqlar" maddələrindən ibarətdir.

311210. "Nəqliyyat vasitələri" maddəsinə müəssisə və təşkilatlar tərəfindən nəqliyyat vasitələrinin alınması və istehsalı ilə bağlı xərclər daxildir.

311220. "Digər maşın və avadanlıqlar" maddəsinə müəssisə və təşkilatlar tərəfindən digər raaşm, istehsal, qeyri-istehsal avadanlıqlarının alınması və istehsalı ilə bağlı xərclər daxildir.

311300. "Digər əsas vəsaitlər" paraqrafına kənd təsərrüfatı aktivlərinin və qeyri-maddi əsas aktivlərin alınması ilə bağlı xərclər daxildir. Bu paraqraf "311310. Kənd təsərrüfatı texnikası" və "311320. Qeyri-maddi əsas aktivlərin alınması" maddələrindən ibarətdir.

311310. "Kənd təsərrüfatı texnikası və toxumları" maddəsinə kənd təsərrüfatı texnikasının, iribuynuzlu heyvanların, xidməti və iş heyvanlarının alınması, saxlanılması, istehsalat təyinatlı toxumların alınması və kənd təsərrüfatı ilə bağlı digər xərclər daxildir.

311320. "Qeyri-maddi aktivlər" maddəsinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, torpaq sahələrindən, təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, patentlər, lisenziyalar, təşkilati xərclər, ticarət markaları, əmtəə nişanlarının alınması ilə bağlı xərclər daxildir.

312000. "Maddi-istehsal ehtiyatları" köməkçi bölməsinə satış üçün nəzərdə tutulan mallar, dövlət orqanları tərəfindən fövqəladə və strateji mal ehtiyatlarının, o cümlədən taxıl ehtiyatlarının və ölkə üçün vacib olan digər mal-ların alınması və yaradılması xərcləri daxildir.

313000. "Qiymətli materiallar" köməkçi bölməsinə dövlət orqanları tərəfindən qiymətli materialların alınması və yaradılması üzrə xərclər daxildir.

314000. "Qeyri-istehsal aktivləri" köməkçi bölməsinə torpağın (onlarda yerləşən tikinti obyektləri və qurğulardan başqa), meşənin, yeraltı sərvətlərin və faydalı qazıntıların yerinin alınması, kompüter proqramlarının alınması və hazırlanması ilə bağlı xərclər daxildir. Bu köməkçi bölmə 4 paraqrafdan ibarətdir.

314100. "Torpaq" paraqrafına torpağın, meşələrin (onlarda yerləşən tikinti obyekti və qurğular istisna olmaqla) alınması ilə bağlı xərclər daxildir.

314200. "Yeraltı aktivlər" paraqrafına yerin təkində olan faydalı qazıntıların alınması ilə bağlı xərclər daxildir.

314300. "Digər təbii aktivlər" paraqrafına 314100-314200-cı paraqraflar-da göstərilməyən digər təbii aktivlərin alınması ilə bağlı xərclər daxildir.

314400. "İstehsalda istifadə olunmayan qeyri-maddi aktivlər" paraqrafına bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazalarının hazırlanması, informasiya sistemlərinin yaradılması ilə bağlı xərclər daxildir.

320000. "Maliyyə aktivləri üzrə əməliyyatlar" bölməsinə ölkə daxilin-də dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar, həmçinin valyuta, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, səhm və digər kapital, törəmə maliyyə alətləri və sair maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

321000. "Daxili" köməkçi bölməsinə ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar, depozitlər, istiqrazlar, qiymətli kağızlar, daxili borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "321200. Valyuta və depozitlər", "321300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "321400. Ssudalar", "321500. Səhm və digər kapital", "321700. Törəmə maliyyə alətləri" və "321800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.

321200. "Valyuta və depozitlər" paraqrafına ölkə daxilində dövlətə məxsus cari və tranzit hesablar üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi ilə bağlı əməliyyatlar daxildir.

321300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə daxilində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "321310. Qısamüddətli" və "321320. Uzunmüddətli" maddələrindən ibarətdir.

321400. "Ssudalar" paraqrafında dövlət tərəfindən verilən ssudalar üzrə əməliyyatlar əks etdirilir. Bu paraqraf "321410. Qısamüddətli" və "321420. Uzunmüddətli" maddələrindən ibarətdir.

321500. "Səhm və digər kapital" paraqrafına dövlət tərəfindən ölkə daxilində səhm və digər kapitalın alınması ilə bağlı əməliyyatlar daxildir.

321700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiəsi ilə bağlı əməliyyatlar daxildir.

321800. "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarına daxil edilməyən ölkə daxilində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

322000. "Xarici" köməkçi bölməsinə ölkə xaricində dövlətə məxsus cari və tranzit hesablar, qiymətli kağızlar (səhmlər istisna olmaqla), ssudalar, xarici borclar üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "322200. Valyuta və depozitlər", "322300. Səhmlər istisna olmaqla qiymətli kağızlar", "322400. Ssudalar", "322700. Törəmə maliyyə alətləri" və "322800. Digər maliyyə aktivləri" paraqraflarından ibarətdir.

322200. "Valyuta və depozitlər" paraqrafında ölkə xaricində dövlətə məxsus cari və tranzit hesabları üzrə əməliyyatlar, il ərzində valyutanın qiymətinin dəyişməsi, qoyulmuş depozitlərin faizinin dəyişməsi nəticəsində fərqi əks olunur.

322300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə xaricində dövlət tərəfindən alınan uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "322310. Qısamüddətli" və "322320. Uzunmüddətli" maddələrindən ibarətdir.

322400. "Ssudalar" paraqrafına dövlət tərəfindən xaricə verilən ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqrafa "322410. Qısamüddətli" və "322420. Uzunmüddətli" maddələri daxildir.

322700. "Törəmə maliyyə alətləri" paraqrafına dünya bazarında xarici valyutaların məzənnəsinin faiz dərəcələrinin, qiymətli kağızların məzənnəsinin dəyişməsi zamanı olan risklərdən müdafiə üzrə əməliyyatlar daxildir.

322800 "Digər maliyyə aktivləri" paraqrafına 312200-312700-cı paraqraflarında öz əksini tapmayan ölkə xaricində digər maliyyə aktivləri üzrə əməliyyatlar daxildir.

323000. "Qızıl və SDR" köməkçi bölməsinə qızıl və SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borclarına vahidi) maliyyə aktivlərinin yaradılması üzrə əməliyyatlar daxildir.

330000. "Öhdəliklər üzrə maliyyə əməliyyatları" bölməsi "331000. Daxili" və "332000. Xarici" köməkçi bölmələrindən ibarətdir.

331000. "Daxili" köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, dövlətin qiymətli kağızlarının və istiqrazlarının satışından yaranan öhdəliklər və daxili borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "331200. Valyuta və depozitlər", "331300. Səhmlər istisna olmaqla qiymətli kağızlar" və "331400. Ssudalar" paraqraflarından ibarətdir.

331200. "Valyuta və depozitlər" paraqrafına ölkə daxilində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar daxildir.

331300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə daxilində buraxılmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "331310. Qısamüddətli" və "331320. Uzunmüddətli" maddələrindən ibarətdir.

331400. "Ssudalar" paraqrafına dövlət tərəfindən alman qısamüddətli və uzunmüddətli ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "331410. Qısamüddətli" və "331420. Uzunmüddətli" maddələrindən ibarətdir.

332000. "Xarici" köməkçi bölməsinə dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesabları üzrə əməliyyatlar, qiymətli kağızların və istiqrazların satışından yaranan öhdəliklər və xarici borclanmadan yaranan öhdəliklər üzrə əməliyyatlar daxildir. Bu köməkçi bölmə "332200. Valyuta və depozitlər", "332300. Səhmlər istisna olmaqla qiymetli kağızlar" və "332400. Ssudalar" paraqraflarından ibarətdir.

332200. "Valyuta və depozitlər" paraqrafına ölkə xaricində dövlətin üzərinə düşən və öhdəlik yaradan depozit və valyuta hesablan üzrə əməliyyatlar daxildir.

332300. "Səhmlər istisna olmaqla qiymətli kağızlar" paraqrafına ölkə xaricində alınmış uzunmüddətli və qısamüddətli qiymətli kağızlar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "332310. Qısamüddətli" və "332320. Uzunmüddətli" maddələrindən ibarətdir.
332400. "Ssudalar" paraqrafına dövlət tərəfindən xaricdən alınan uzunmüddətli və qısamüddətli ssudalar üzrə əməliyyatlar daxildir. Bu paraqraf "332410. Qısamüddətli" və "332420. Uzunmüddətli" maddələrindən ibarətdir.
Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin