Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 40.31 Kb.
tarix21.10.2017
ölçüsü40.31 Kb.

Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında əlavə olunan Əsasnamə təsdiq edilsin.



Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 31 iyul 1992-ci il.



№ 94.

 

 



Azərbaycan Respublikası Prezidentinin

1992-ci il 31 iyul tarixli 94 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında



Ə S A S N A M Ə

 

Bu Əsasnamə Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydasını müəyyən edir.



 

I bölmə


 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1.  Alternativ xidmət (əmək mükəlləfiyyəti) dövlət xidməti olub Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan dövləti qarşısında vəzifələrini icra etməsi məqsədini güdür.



Maddə 2.  “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq öz əqidəsinə görə hərbi xidmət keçə bilməyən Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşından 25 yaşınadək vətəndaşları alternativ xidmət (əmək mükəlləfiyyəti) keçirlər.

Bu əsasnamədə Azərbaycan Respublikası vətəndaşının hərbi xidmət keçməyə imkan verməyən əqidəsi dedikdə ruhani vəzifə tutan din xadimlərinin və dini tədris məktəbləri şagirdlərinin etiqad etdikləri dini əqidə başa düşülür.



Maddə 3. Aşağıdakı vətəndaşlar alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmır:

a)   “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq alternativ xidmətə çağırışdan azad edilmiş vətəndaşlar.

b)   “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq alternativ xidmətə çağırışdan möhlət alan vətəndaşlar.

Maddə 4. Vətəndaşlar əlavə olunan iş və ixtisas növlərinin siyahısına müvafiq olaraq alternativ xidməti (əmək mükəlləfiyyətini) keçirlər.

Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçən şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə qəzaların və təbii fəlakətlərin nəticələrini aradan qaldırmağa göndərilə bilərlər.

Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmiş şəxslər qəzaların və ya təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən 3 aylıq müddətə təkrarən alternativ xidmətə çağırala bilərlər.

Maddə 5.  Azərbaycan Respublikasının vətəndaşları alternativ xidməti (əmək mükəlləfiyyətini) dinc dövrdə keçirlər.

Maddə 6. Alternativ xidmətin (əmək mükəlləfiyyətinin) müddəti 2 ildir.

 

II bölmə



 

ALTERNATİV XİDMƏTƏ (ƏMƏK MÜKƏLLƏFİYYƏTİNƏ) GÖNDƏRİLMƏ QAYDASI

 

Maddə 7.  Bu Əsasnamənin 2-ci maddəsində göstərilmiş vətəndaşlar alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün həqiqi hərbi xidmətə çağırışa ən geci iki ay qalmış rayonun (şəhərin) çağırış komissiyasına əsaslandırılmış ərizə verirlər.

Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) göndərilmə barədə ərizəyə onun verildiyi gündən etibarən bir ay ərzində çağırış komissiyası tərəfindən baxılır. Lazım gəldikdə komissiya bu müddəti uzada bilər.

Maddə 8.  Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) göndərilmə barədə ərizəyə baxılarkən ərizəçi və onun nümayəndələri çağırış komissiyasının iclasında iştirak etmək hüququna malikdirlər. Komissiya ərizəyə baxılmasının vaxtını ərizəçiyə qabaqcadan bildirir.

Ərizəçinin komissiyanın iclasına gəlməməsi məsələyə mahiyyətcə baxılması üçün mane deyildir.



Maddə 9. Rayon (şəhər) çağırış komissiyası ərizəyə baxılmasının nəticələri əsasında qərar qəbul edir (ərizə rədd edilərsə səbəbləri izah edilməklə), qərarın surəti on gün ərzində ərizəçiyə təqdim edilir və respublika çağırış komissiyasına məruzə edilir.

Maddə 10. Ərizə rədd edilərsə eyni vətəndaşdan təkrar ərizə qəbul edilməsinə yol verilmir.

Maddə 11. Çağırış komissiyası alternativ xidmətə (əmək mükəlləfiyyətinə) göndərilmə barədə ərizəyə baxarkən öz iclasına mütəxəssisləri dəvət edə bilər, lazımi sənədləri tələb edə bilər.

Maddə 12. Azərbaycan Respublikasının Prezidenti hərbi alternativ xidmətə çağırış elan etdikdən sonra və çağırış komissiyasının müvafiq qərarı əsasında hərbi komissarlıq vətəndaşın imzasını almaqla alternativ xidmətə keçmək üçün göndərişi (çağırış vərəqəsini) ona təqdim edir.

Maddə 13. Çağırış komissiyası alternativ xidmətə (əmək mükəlləfiyyətinə) göndərilmə barədə ərizəyə əməl edilməsi haqqında qərar qəbul etdikdən sonra keçən vaxt ərzində vətəndaş üçün möhlət almağa, yaxud alternativ xidmətə çağırışdan azad edilməyə əsas yaranarsa, onun çağırış komissiyasına müvafiq ərizə ilə müraciət etməyə ixtiyarı vardır.

Maddə 14. Çağırışçıların alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmasına dair mübahisələr, çağırışdan möhlət verilməsi və bundan azadedilmə barəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada nəzərdən keçirilib aradan qaldırılır.

 

III bölmə



 

ALTERNATİV XİDMƏT (ƏMƏK MÜKƏLLƏFİYYƏTİ) KEÇMƏ

 

Maddə 15. Vətəndaş alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün təyin olunmuş vaxtda lazımi sənədlərlə göndərişdə göstərilmiş müəssisəyə, idarəyə, təşkilata gəlməlidir.



Maddə 16. Vətəndaşın alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərildiyi müəssisənin, idarənin, təşkilatın müdiriyyəti onu göndərişdə göstərilmiş işlə təmin etməlidir.

Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmış vətəndaşın, bu Əsasnamə ilə məhdudlaşdırılmış hüquq və vəzifələri istisna olmaqla, əmək münasibətləri Azərbaycan Respublikasının mövcud əmək qanunvericiliyi ilə tənzim edilir.

Alternativ xidmətə (əmək mükəlləfiyyətinə) çağırılmış vətəndaş xidmət etdiyi müəssisə, idarə və təşkilatda fəhlələr üçün nəzərdə tutulmuş əmək haqqı səviyyəsində (tarif dərəcələrinə uyğun) əmək haqqı alır, lakin alternativ xidmətin təşkili xərclərinin ödənilməsi" üçün onların aylıq əmək haqqından 10 faiz həcmində dövlət vergisi tutulur.

Maddə 17.            Müdiriyyət vətəndaşın işə qəbul edilməsi, habelə onun üzürlü səbəblər olmadan işə çıxmaması barədə hərbi komissarlığa üç gün ərzində yazılı məlumat verməlidir.

Maddə 18.            Vətəndaş üzürlü səbəblər olmadan işə çıxmazsa çağırış komissiyası onu alternativ xidmətə (əmək mükəlləfiyyətinə) göndərmək barədə öz qərarını ləğv edə bilər.

Maddə 19. Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçəl vətəndaşlar özlərinin arzusu ilə və ya müdiriyyətin təşəbbüsü ilə işdən azad edilə bilməzlər, rəhbər vəzifələr tuta bilməzlər, müəssisələrin, idarələrin, təşkilatların idarə aparatında xidmət edə bilməzlər; onlara növbəti məzuniyyətlər verilmir.

Maddə 20.            Alternativ xidmətin (əmək mükəlləfiyyətinin) müddəti vətəndaşın işə qəbul edildiyi gündən hesablanır.

Maddə 21. Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçərkən vətəndaş hərbi xidmətə çağırılmaq istədiyi barədə hərbi komissarlığa ərizə ilə müraciət etmək hüququna malikdir.

Maddə 22.              Hərbi komissarlıqlar öz rayonlarının (şəhərlərinin) ərazisində vətəndaşın alternativ xidmət keçməsinə nəzarət edirlər.

Maddə 23. Vətəndaşların alternativ xidmət keçdikləri müəssisələr, idarələr, təşkilatlar ləğv olunarsa, yenidən təşkil edilərsə, onların işçilərinin say tərkibi və ya ştatı ixtisar olunarsa müəssisənin, idarənin, təşkilatın rəhbəri bunu dərhal müvafiq hərbi komissarlığa bildirməlidir.

 

IV bölmə



 

ALTERNATİV XİDMƏTİN (ƏMƏK MÜKƏLLƏFİYYƏTİNİN) DAYANDIRILMASI QAYDASI

 

Maddə 24. Alternativ xidmətin (əmək mükəlləfiyyətinin) təxirə salındığı müddət, üzürlü səbəblər olmadan işə çıxılmamasının və inzibati həbslərin müddətləri nəzərə alınmadan alternativ xidmət (əmək mükəlləfiyyəti) müəyyən edilmiş müddətdə dayandırılır.



Maddə 25. Müvafiq hərbi komissarlıq alternativ xidmət (əmək mükəlləfiyyəti) müddətinin başa çatmasına ən geci on gün qalmış vətəndaşın alternativ xidməti (əmək mükəlləfiyyətini) dayandıracağı barədə müəssisəni, idarəni, təşkilatı xəbərdar edir.

Müəssisənin, idarənin, təşkilatın müdiriyyəti vətəndaşın alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən müəyyən edilmiş müddətdə azad edildiyini hərbi komissarlığa dərhal bildirməlidir.



Maddə 26. Vətəndaş işi davam etdirmək istədiyini bildirərsə, əmək qanunvericiliyinə uyğun olaraq ümumi əsaslarla əmək müqaviləsi bağlanır.

Maddə 27. Vətəndaş aşağıdakı hallarda alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən vaxtından əvvəl azad edilir:

1)   azadlıqdan məhrum edilməyə məhkum edildikdə;

2)   alternativ xidmətə çağırıldıqdan sonra ailədə baş vermiş dəyişikliklər nəticəsində yeganə əmək qabiliyyətli adam olaraq qaldıqda;

3)   I, II və ya III qrup əlili olduqda;

4)   öz ərizəsi əsasında həqiqi hərbi xidmətə çağırıldıqda.

Maddə 28. hərbi komissarlıq bu Əsasnamənin 27-ci maddəsinin 2—4-cü bəndlərində nəzərdə tutulmuş hallarda müvafiq qərar qəbul edir və həmin qərar müəssisənin, idarənin, təşkilatın müdiriyyəti üçün icbaridir.

Maddə 29. Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməkdən yayınmaq üstündə məsuliyyət qüvvədə olan qanunvericiliyə uyğun surətdə müəyyən edilir.

 

 



 

Azərbaycan Respublikası vətəndaşlarının

       alternativ xidmət (əmək mükəlləfiyyəti)

keçməsi qaydası haqqında Əsasnaməyə

Ə L A V Ə

 

 



Alternativ xidmət keçən vətəndaşların əməyindən istifadə etmək üçün müəyyən edilmiş iş və ixtisas növlərinin

S İ Y A h I S I

 

1.      Ermənistan Respublikası ilə həmsərhəd rayonlar da daxil olmaqla, respublikanın rayon və şəhərlərində dəmir yollarının və avtomobil magistrallarının, yaşayış evlərinin, sosial və mədəni-məişət obyektlərinin tikintisi, təmiri və bərpası.



2.      Respublikanın dövlət sərhədində sərhəd zastavalarının və nəzarət-buraxılış məntəqələrinin tikintisi.

3.      Ekoloji mühafizə obyektlərinin tikintisi.

4.      Yardımçı işlər:

mədənçıxarma və neft sənayesi müəssisələrində;

tikinti-quraşdırma və təmir təşkilatlarında;

metropoliten tunelinin və digər yeraltı qurğuların tikintisində;

su borusu, kanalizasiya və istilik şəbəkələri, dəmir yolları və avtomobil magistralları tikintisi obyektlərində;

rayonların (şəhərlərin) abadlaşdırılmasında.

5.      Dağ rayonlarında rabitə müəssisələrinə və mədəni-maarif müəssisələrinə xidmət göstərilməsi.

6.      Yerli icra hakimiyyəti orqanlarının müntəzəm komplektləşdirmədikləri və perspektivsiz işlər kimi müəyyən edilən işlər.

7.      Yüksək dağlıq rayonlarında və Ermənistanla həmsərhəd rayonlarda çobanlıq.

8.      Respublika səhiyyə sisteminin tibbi təminat müəssisələrində sanitar və tibb qardaşı.



Respublika ərazisində hərbi əməliyyatlar başlandığı hallarda əmək mükəlləfiyyətli şəxslər müvafiq komissiyaların qərarı ilə müdafiə xarakterli obyektlərdə və qurğularda tikinti və təmir-bərpa işlərinə göndərilə bilərlər.

 

 

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə