Azərbaycan respublikasi adindan q ə r a r d


H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R



Yüklə 30,73 Kb.
səhifə5/6
tarix10.01.2022
ölçüsü30,73 Kb.
#109093
1   2   3   4   5   6

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilməlidir.



Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi

məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddianın təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.



Azərbaycan Respublikası MPM-nin 163-cü maddəsinə əsasən iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.

İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli, 2 (067)-1062/2013 saylı qətnaməsinin surətini cavabdeh Musayev Çingiz Feyzulla oğlu 08 may 2014-cü il tarixdə qəbzə qol çəkməklə almışdır.



Birinci instansiya məhkəməsi bunu nəzərə almadan, apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından əsassız olaraq imtina etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və

iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında barəbərliyi prinsipi əsasında həyata keçirilir.

Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır.

Müəyyən olnmuşdur ki, cavabdeh Musayev Çingiz Feyzulla oğlunun qətnaməni alması yalnız iş materiallarında olan 08 may 2014-cü il tarixli qəbzlə təsdiq olunur.



Cavabdeh qətnamədən apellyasiya şikayətini 29.05.2014-cü il tarixdə vermişdir.

Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər.

Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada aldığı vaxtdan 1 (bir) ay müddətinə apellyasiya şikayəti vermişdir.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qeyd olunan prosessual normaların tələblərinə ziddir.

Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir.

Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti vaxtında, müddət ötürülmədən verilmiş hesab edilməli və qərardad ləğv edilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası


Yüklə 30,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin