Cavabdeh Musayev Çingiz Feyzulla oğlu tərəfindən verilmiş şikayət təmin edilsin.
Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilsin.
Cavabdeh Musayev Çingiz Feyzulla oğlunun Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli, 2 (067)-1062/2013 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilsin.
Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.