Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ilə Borjlu Musayev Çingiz Feyzulla oğlunun Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-cü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. (hakim A.F.İbrahimov).
Qarardaddan narazı qalan cavabdeh Musayev Çingiz Feyzulla oğlu şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadını ləğv edərək apellyasiya şikayətini baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.