Azərbaycan respublikasi adindan q ə rardad sumqayit apellyasiya məHKƏMƏSİ



Yüklə 63,5 Kb.
tarix17.06.2018
ölçüsü63,5 Kb.
#53966

İŞ № 2(105)-1491/2014



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN Q Ə R A R D A D

SUMQAYIT APELLYASİYA HKƏMƏSİ



15 avqust 2014-cü il Sumqayıt şəhəri
Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, iddiaçı Mahmudova Gülər Zakir qızının cavabdeh Musayev Çingiz Feyzulla oğluna qarşı əmlak tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadından cavabdeh Musayev Çingiz Feyzulla oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N E T D İ :

Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ilə Borjlu Musayev Çingiz Feyzulla oğlunun Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-cü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsindən buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. (hakim A.F.İbrahimov).

Qarardaddan narazı qalan cavabdeh Musayev Çingiz Feyzulla oğlu şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadını ləğv edərək apellyasiya şikayətini baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

İ Ş İ N H A L L A R I :

İddiaçı Mahmudova Gülər Zakir qızı Musayev Çingiz Feyzulla oğluna qarşı məhkəmədə iddia qaldıraraq jəmi 17725 manat dəyərində jehiz əmlakının və yaxud dəyərinin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun javabdehdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Mahmudova Gülər Zakir qızı iddia tələbini artıraraq və dəqiqləşdirərək göstərmişdir ki, javabdehlər ona məxsus qzıl-zinət əşyalarını da əlindən almışdır. İddiada göstərilmiş 700 manatlıq iri ekranlı televizovun markası «STAR», 200 manatlıq DVD-videonun markası «LG», 700 manatlıq soyudujunun markası «STAR»-dır, 1 ədəd gül formalı komplekt (sırğa-üzük) 585 əyarlı 25 qram, 700 manat dəyərində, sep (boyunbağı) və qolbaq dəsti 750 əyarlı 38 qram çəkidə 1500 manat dəyərində1 ədəd brilyant üzük 55 sotluq 750 əyarlı 9 qram çəkidə 500 manat dəyərində, 1 ədəd böyük 5x3 metr ölçüdə İran xalçası, 1 ədəd kiçik 4x3 metr ölçüdə İran xalçası 400 manat dəyərindədir. Azərbayjan Respublikası MPM-nin 53-jü maddəsinə və əsas və əlavə iddia ərizələrinə əsaslanaraq əşyaların natura şəklində geri alınması, əks təqdirdə jəmi həmin əmlakların dəyərinin javabdehlərdən alınıb ona verilməsini xahiş etmişdir.



Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-jü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsi ilə iddia təmin edilərək, Musayev Çingiz Feyzulla oğlundan və Musayeva Fəridə Dadaş qızından 1900 manat dəyərində yataq dəsti (taxt, şifoner, termo, iki tumboçka) Malayziya istehsalı, 1850 manat dəyərində qonaq dəsti (qorki, komod), divan 2 kreslo 560 manat dəyərində, 160 manat dəyərində şüşə curnal stolu, 450 manat dəyərində açılma ortalıq stolu, 380 manat dəyərində 6 ədəd oturajaq stul, 250 manat dəyərində mebelni televizor altı, 600 manat dəyərində «STAR» markalı televizor, 650 manat dəyərində «STAR» markalı soyuduju, 150 manat dəyərində«LG» markalı DVD-video, 280 manat dəyərində 1 ədəd İran istehsalı 3x5 metr xalça, 260 manat dəyərində 1 ədəd İran istehsalı 3x4 metr xalça, 16 kq yundan taxt döşəyi, 14 kq yundan 3 ədəd döşək, 4 kq yundan 1 ədəd yorğan, 3 kq yundan 3 ədəd yorğan, 2 kq yundan 6 ədəd nalça, 4 kq tükdən 4 ədəd yastıq, 50 manat dəyərində 1 ədəd alınma yorğan,


55 manat dəyərində 1 ədəd sırınma örtük, 25 manat dəyərində 1 ədəd buxovı örtük, 38 manat dəyərində 1 ədəd mavi rəngli örtük, 170 manat dəyərində serviz, 75 manat dəyərində çay servizi, 85 manat dəyərində samovar çayniklə, 45 manat dəyərində elektrik qəfədanı çayniklə, 85 manat dəyərində ətçəkən maşın, 90 manat dəyərində tozsoran Evroluks, 85 manat dəyərində qril sobası, 400 manat dəyərində 5 metr 1 dəst, 3 metr 1 dəst kapsella qonaq otağı pərdəsi, 150 manat dəyərində 1 dəst 5 metrlik kapsella yataq otağı pərdəsi qızılı rəng, 150 manat dəyərində 1 ədəd xrustal qonaq otağı lüsturu, 120 manat dəyərində 1 ədəd xrustal yataq otağı lüsturu, 1 ədədi 28 manat olan 2 ədəd sarı rəngli naçnik, 15 manata 1 ədəd şüşə naçnik, 35 manat dəyərində 9 budaqlı palma ağajı, 24 manat dəyərində 1 jüt çuqun vedrə, 20 manat dəyərində 1 jüt çuqun qəfədan, 45 manata 5 dənəli ağ rəngli çuqun qazan dəsti, 25 manata 5 dənəli qırmızı rəngli çuqun qazan dəsti, 35 manata 5 dənəli boz rəngli tefal qazan dəsti, 180 manat dəyərində 2 siyirməli çamadan qaşıq dəsti, 1 ədədi 30 manata 1 jüt göy rəngli baqema vaz, 180 manat dəyərində 1 dəst qara, qırmızı güllü tefal qazan dəsti (3 qazan, 1 tava, 1 qəfədan, 1 çaynik, 1 çömçə), 70 manat dəyərində 1 dəd sarı rəngli baqema qrafinka dəsti, 38 manat dəyərində 1 ədəd sarı zərli xrustal qrafinka dəsti, 40 manat dəyərində 2 ədəd qırmızı rəngli baqema konfet qabı, 35 manat dəyərində 1 ədəd asılqanlı göy rəngli çay servizi, 25 manat dəyərində 1 ədəd asılqanlı qırmızı güllü çay servizi, 10 manat 1 ədəd sarı rəngli çuqun palnos, 28 manata 1 ədəd asılqanlı sarı rəngli asılqanlı çay servizi, 15 manata 1 dəst göy rəngli çay servizi, 15 manata 1 ədəd qırmızı güllü çay servizi, 22 manat dəyərində 1 dəst ağ-qara rəngli çay servizi, 25 manat 1 dəst çaynikli sarı rəngli çay servizi, 23 manat 1 dəst sarı rəngli çay servizi, 15 manat fit çalan qəfədan, 22 manat dəyərində 1 ədəd iri xrustal vaz, 1 ədədi 18 manata 1 jüt xrustal vaz, 15 manat dəyərində 1 ədəd xrustal güldan, 30 manat dəyərində 2 ədəd xrustal konfet qabı, 1 ədədi 15 manat 3 ədəd qapaqlı xrustal konfet qabı, 6 manat dəyərində 6 ədəd qapaqsız şüşə qənd qabı, 1 ədədi 4 manat dəyərində 2 ədəd qapaqlı qənd qabı, 18 manat dəyərində 6 ədəd xrustal sok stəkanı, 14 manat dəyərində 6 ədəd xrustal çay stəkanı, 8 manat dəyərində 6 ədəd xrustal rumka, 48 manat dəyərində xrustal fucer bakalı, 8 manat dəyərində 1 dəst göy rəngli konfet dəsti serviz, 9 manat dəyərində 1 dəst ağ madonna şəkilli kofeyni serviz, 30 manat dəyərində 2 ədəd 3 mərtəbəli şirniyyat qabı, 16 manat dəyərində 2 ədəd göy rəngli səbətli şirniyyat qabı, 8 manata 2 ədəd göy rəngli səbətsiz şirniyyat qabı, 6 manata 2 ədəd şüşə səbətli şirniyyat qabı, 10 manat dəyərində 12 ədəd qaşıqlı maskura, 6 manat dəyərində 6 ədəd qaşıqsız maskura, 35 manat dəyərində su ütüsü, 9 manata 6 ədəd göy rəngli çay nəlbəkisi, 6 manata 6 ədəd armudu stəkan nəlbəkisi, 4 manat 6 ədəd iri şüşə razetka, 12 manat dəyərində 12 ədəd ağ bəzəkli sok stəkanı, 6 manat dəyərində 6 ədəd sarı zərli sok stəkanı, 65 manat dəyərində 6 ədəd qırmızı güllü sok stəkanı, 10 manat 6 ədəd dördkünj tort boşqabı, 8 manat dəyərində 6 ədəd yumru tort boşqabı, 12 manat dəyərində sarı güllü tort boşqabı dəsti, 14 manat dəyərində nikel mətbəx naboru, 1 ədədi 18 manat olan 1 jüt göy güllü uzun vaz, 17 manat dəyərində göy rəngli yumru vaz, 1 manata 1 jüt həsirdən naxışlı qazanaltı, 2 manata 2 ədəd aş qaşığı, 1 manata 2 ədəd taxta qaşıq, 1 manata 1 ədəd iri taxta qaşıq, 8 manat dəyərində 1 ədəd yekə çörəkqabı, 5 manata 100 ədəd kapron vedrədə sanjaq, 44 manata 11 metr yarım mebelni karniz, 45 manat dəyərində 1 dəst bənövşəyi taxt çexol dəsti, 55 manat dəyərində 1 dəst tülpan güllü qalın taxt çexolu dəsti, 35 manat dəyərində 1 dəst yaşıl rəngli taxt çexol dəsti, 25 manata 1 dəst qızılgül bəzəkli tək çexol dəsti, 28 manat dəyərində 1 dəst qırmızı güllü tək çexol dəsti, 23 manat dəyərində 1 ədəd süd rəngli tüklü çexol dəsti, 3 manat dəyərində 1 ədəd yaşıl bəzəkli taxt mələfə, 12 manata 1 jüt ağ çit yastıq üzü, 8 manat dəyərində 1 jüt ağ uzun yastıq üzü, 40 manat dəyərində 2 ədəd ağ rəngli kətan süfrə, 15 manat dəyərində 1 ədəd curnalnı ağ rəngli kətan süfrə, 1 qabı 35 manat olan 2 karobkada 2 salfetkalı süfrə dəsti, 8 manat dəyərində 1 ədəd yaşıl yarpaqlı ipək süfrə, 25 manat dəyərində 1 dəst ağ rəngli salfetkalı güllü iri süfrə, 8 manat dəyərində 1 ədəd qəhvəyi rəngli naxışlı uzunsov süfrə, 18 manat dəyərində 1 dəst ağ rəngli qotazlı və salvetkalı süfrə, 28 manat dəyərində 3 ədəd çit süfrə göy rəngli kletkalı, sarı və qırmızı, 4 manat dəyərində 1 ədəd qırmızı bəzəkli süfrə, 10 manat dəyərində 1 ədəd ağ iri müşənbə, 8 manat dəyərində 1 ədəd rəngli ağ müşənbə, 4 manat dəyərində 1 ədəd 2 metrlik sarı rəngli müşənbə, 7 manata 1 ədəd alabəzək güllü müşənbə, 4 manata 1 ədəd sarı zərli curnalnı klyonka süfrə, 4 manat dəyərində 6 iri 6 balaja boşqabaltı müşənbə, 9 manata 6 ədəd qazantutan, 4 manat dəyərində 6 ədəd al rəngli dəsmal malı əl salfetkası, 2 manat dəyərində 6 ədəd salatıvı rəngli dəsmal əl salfetkası, 4 manata 6 cüt ağ rəngli dəsmal əl salfetkası, 8 manata 1 ədəd qalın iri al rəngli hamam dəsmalı, 10 manat dəyərində 1 ədəd qırmızı rəngli iri hamam dəsmalı, 18 manat dəyərində 1 dəst mavi rəngli, hamam, əl-üz və uşaq dəsmalı, 15 manat dəyərində 1 dəst ağ rəngli hamam, əl-üz və uşaq dəsmalı, 30 manat dəyərində 1 dəst ağ rəngli hamam, əl-üz və uşaq
dəsmalı, 150 manat dəyərində 30 ədəd əl-üz dəsmalı rəngbərəng, 7 manat dəyərində 1 dəst 6 dənəli çay dəsmalı, 39 manata 19 ədəd çay dəsmalı müxtəlif naxışlarda, 95 manat dəyərində 1 dəst süd rəngdə uzunqol troyka kostyum, 55 manata 1 ədəd qısaqol boz rəngli don, 38 manat dəyərində 1 ədəd qısaqol qırmızı rəngli don, 50 manat dəyərində 1 ədəd qısqol yarı ağ, yarı boz rəngli don, 8 manat dəyərində 1 ədəd çəhrayı rəngdə uzun yupka, 8 manat dəyərində 1 ədəd çəhrayı rəngdə kofta, 18 manat dəyərində 1 ədəd göy rəngli villyur xalat, 19 manat dəyərində 1 ədəd qalın yun jilet, 18 manat dəyərində 2 ədəd qırmızı şərf, 1 ədəd ağ şərf, 400 manat dəyərində 1 ədəd qəhvəyi rəng iri qadın kürkü, 25 manat dəyərində 1 dəst zoğalı rəng pencək və tuman dəsti, 13 manat dəyərində 1 ədəd qısaqol boz rəngli kofta, 18 manat dəyərində 1 ədəd göy zolaqlı köynək və qara şalvar, 7 manat dəyərində 1 ədəd ağ rəngli suvenir, 8 manat dəyərində 1 ədəd quş heykəlli göy rəngli saatlı suvenir, 35 manat dəyərində 1 cüt ağ ayaqqabı, 25 manat dəyərində 1 cüt ağ ayaqqabı, 35 manat dəyərində 1 cüt boz qaşlı yay ayaqqabısı, 15 manat dəyərində 1 cüt boz yay ayaqqabısı, 35 manat dəyərində 1 cüt qara ayaqqabı, 4 manat dəyərində 1 cüt bənövşəyi rəng ev başmaqları, 3 manat dəyərində 1 cüt mavi göy rəngli ev başmaqları, 18 manat dəyərində 1 ədəd ağ rəngli qaşlı əl çantası, 2 manat dəyərində 1 cüt sarı rəngli ev başmağı, 28 manat dəyərində 15 cüt qadın corabları, 40 manat dəyərində 25 ədəd bahalı əl-üz sabunları, 35 manat dəyərində 1 ədəd ürək qaşlı bəxt güzgüsü, 10 manat dəyərində 2 ədəd işıq yanan qədəhdə toy şamları, 25 manat dəyərində boz səbətdə kəllə qənd (toy üçün), 10 manat dəyərində 1 ədəd boz zərli toy lampası, 12 manat dəyərində 1 ədəd göy maddonna lampa, 10 manat dəyərində 1 ədəd taxta meyvə tərəvəz xırdalayan, 8 manat dəyərində 1 ədəd kapron meyvə tərəvəz xırdalayan, 8 manat dəyərində 1 cüt göy yumru konfet qabı, 4 manat dəyərində 1 cüt göy salfetka qabı, 5 manat dəyərində 1 dəst salfet qabı, 1 duz qabı, 1 istiot qabı, 5 manat dəyərində 1 cüt şüşə külqabı, 8 manat dəyərində 1 cüt şüşə sarı külqabı, 1 dənəsi 10 manat olmaqla 20 manat dəyərində 2 cüt şüşə qaşıqlar, 6 manat dəyərində 1 cüt şüşə qoz-fındıq qabı, 18 manat dəyərində 6 ədəd göy rəngli kasa, 13 manat dəyərində 6 ədəd sarı rəngli zolaqlı kasa, 9 manat dəyərində 6 ədəd naxışlı kasa, 8 manat dəyərində 6 ədəd göy rəngli boşqab, 7 manat dəyərində 6 ədəd yaşıl güllü dərin boşqab, 8 manat dəyərində 12 ədəd balaca dərin boşqab, 8 manat dəyərində 12 ədəd yaşıl güllü salat qabı, 9 manat dəyərində 12 ədəd qırmızı güllü salat boşqabı, 5 manat dəyərində 6 ədəd ağ salat boşqabı, 5 manat dəyərində 12 ədəd güllü pendir boşqabı (dəst boşqablar ağ-qara), 23 manat dəyərində nahar servisi 12 ədəd aş boşqabı, 12 ədəd dərin boşqab, 12 ədəd salat boşqabı, 12 ədəd pendir boşqabı, 6 manat dəyərində 6 ədəd dəmir paltar asan, 5 manat dəyərində 1 ədəd kapron vedrə, 9 manat dəyərində 1 cüt ağ rəngli tüldən çörək qabı, 2 manat dəyərində 1 ədəd göy kapron çörək qabı, 15 manat dəyərində 1 ədəd göy qazan tefal, 4 manat dəyərində 1 cüt böyük göyərti taxtası, 2 manat dəyərində 1 dəst göyərti taxtası, 6 manat dəyərində 4 ədəd bıçaq, 1 ədəd qayçı, 13 manat dəyərində 1 cüt şüşə konfet qabı, 1

dənəsi 9 manata 3 alminium toz, 7 manat dəyərində 3 ədəd böyük nikel podnos, 4 manat dəyərində 1 ədəd balaca nikel podnos, 5 manat dəyərində 1 cüt qırmızı güllü kapron podnos, 5 manat dəyərində 1 cüt iri kapron qab (salatıvı, qırmızı rəng), 3 manat dəyərində 1 kapron aşsüzən sarı rəng, 8 manat dəyərində 4 ədəd kapron qab (qırmızı, salatıvı, göy), 3 manat dəyərində 1 cüt kiçik kapron qab (qırmız rəng), 1,50 manat dəyərində 1 ədəd dəmir qazanaltı, 28 manat dəyərində 1 ədəd sarı rəngli zərli güldan, 28 manat dəyərində 1 ədəd iri qara rəngli naxışlı güldan, 9 manat dəyərində 1 ədəd yumru divar saatı, 4 manat dəyərində 1 ədəd bəzəkli divar saatı, 10 manat dəyərində 7 ədəd balaca bişinti meyvə kapron qabı, 6 manat dəyərində 6 ədəd şüşə duzqabı, 3 manat dəyərində 1 ədəd dəmir sarımsaq əzən, 4 manat dəyərində 12 ədəd balaca kapron xırdavat qabı (dəst), 9 manat dəyərində 18 ədəd xörək qaşığı, 7 manat dəyərində 12 ədəd çəngəl, 4 manat dəyərində 12 ədəd çay qaşığı, 5 manat dəyərində 12 ədəd yağ bıçağı, 4 manat dəyərində 12 ədəd meyvə bıçağı, 9 manat dəyərində nikel qazan, 6 manat dəyərində 1 cüt göy rəngli bakal, 4 manat dəyərində 1 cüt qırmızı güllü bakal, 6 manat dəyərində paltar yığan qırmızı kapron setka qab, 9 manat dəyərində 1 ədəd iri qırmızı kapron vanna, 7 manat dəyərində 10 ədəd kiçik qırmızı kapron vanna, 45 manat dəyərində 1 ədəd paltar ütüləyən altlığı, 8 manat dəyərində 1 ədəd göy rəngli uzunsov iri bişinti qabı, 25 manat 1 ədəd göy rəngli balıq servisi, 18 manat dəyərində 1 ədəd mikser, 6 manat dəyərində 1 ədəd şvabra, 1 ədəd qırmızı zibil yığan, 1 ədəd dəmir qayçı, 20 manat dəyərində 1 ədəd maral iri yumşaq oyuncaq, 13 manat dəyərində 1 ədəd iri ağ ayı oyuncaq, 8 manat dəyərində 1 ədəd kiçik ağ ayı oyuncaq, 8 manat dəyərində 1 ədəd sarı rəngli oyuncaq, 15 manat dəyərində 7 ədəd kiçik oyuncaqlar, 13 manat dəyərində 1 dəst nikel ələk (5 dənəli), 8 manat dəyərində 1 ədəd iri nikeli aşsüzən, 5 manat dəyərində 1 ədəd kiçik nikel aşsüzən, 18 manat dəyərində 1 dəst nikel çaynikli qəfədan, 18 manat dəyərində 1 ədəd iri göy çaynik, 9 manat dəyərində 1 cüt iri qırmızı çaynik, 8 manat dəyərində 1


cüt palıdlı çaynik, 6 manat dəyərində 1 cüt iri ağ güllü çaynik, 5 manat dəyərində 1 ədəd iri ağ çaynik, 18 manat dəyərində 2 metr bənövşəyi rəngli paltar parçası, 17 manat dəyərində 2 metr qarışıq güllü paltar parçası, 19 manat dəyərində 2 metr bənövşəyi rəng biserli paltar parçası, 20 manat dəyərində 2 metr sarı rəng və qarışıq rəngli paltar parçası, 20 manat dəyərində 2 metr yaşıl ağ rəngli paltar parçası, 16 manat dəyərində 2 metr zoğalı rəng paltar parçası, 40 manat dəyərində süni güllərdən gül buketi, 50 manat dəyərində 1 ədəd divan örtüyü yaşıl rəngli, 8 manat dəyərində 1 ədəd termos, 550 manat dəyərində brilliant qaşlı qadın nişan üzüyü 9 qram çəkidə 750 əyarlı, 875 manat dəyərində gül formalı sırğa və üzük dəsti 585 əyarlı 25 qram çəkidə, 1330 manat dəyərində 1 dəst ağ və sarı rəngli qızıl sep və qolbağı 750 əyarlı 38 qram çəkidə və yaxud onların dəyəri alınaraq Mahmudova Gülər Zakir qızına verilməsi qət edilmişdir.

İş üzrə borjlular Musayev Çingiz Feyzulla oğlu və Musayeva Fəridə Dadaş qızı Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-jü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda borjlu Musayev Çingiz Feyzulla oğlu ərizə ilə məhkəməyə mürajiət edərək apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxması üzürlü sayılaraq bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizəsi 29 may 2014-jü il tarixdə məhkəməyə daxil olmuşdur.

Borjlu Musayev Çingiz Feyzulla oğlu müddətin bərpa olunmasına dair vəsatətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-jü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsindən narazıdır, lakin qanunda nəzərdə tutulmuş müddətdə qətnamədən şikayət verə bilməmişdir. Belə ki, şəxsən ona qətnamənin surəti təqdim edilməmişdir. O, bir neçə dəfə xarijə gedib gəlmişdir. Məhkəmə ijlasında da anası nümayəndəsi olmuş, özü iştirak etməmişdir. Sonradan qətnamənin surətini almış və yuxarı instansiyalara mürajiət etmişdir. Ona məhkəməyə müddətin bərpası ilə əlaqədar mürajiət etməsi tövsiyyə olunmuşdur. Ona görə də Xaçmaz rayon məhkəməsinin 16 avqust 2013-jü il tarixli 2(067)-1062/2013 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzürlü sayılaraq bərpa olunmasını xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.



Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ VƏ


P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I:
Cavabdeh Musayev Çingiz Feyzulla oğlu şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilməlidir. Belə ki, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qərardadda dəfələrlə xüsusi olaraq vurğulanır ki, qətnamə cavabdeh (güman ki, Musayeva Fəridə Dadaş qızı nəzardə tutulur) və eyni zamanda nümayəndəsi Musayeva Fəridə Dadaş qızının iştirakı ilə elan olunmuşdıır. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafıq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfındən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafıq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Qanunda qətnamənin tərəflərin iştirakı ilə elan olunmasının rəsmi qaydada verilməsi kimi qiymətləndirlməsi nəzərdə tutulmamışdır.Qətnamənin surətininin rəsmi qaydada şəxsən ona verilməsi barədə işdə rəsmi sənəd mövcud deyildir. Qətnamənin surəti qardaşının müraciətinə əsasən 08.05.2014-cü il tarixdə ona verilmişdir. Qanuna müvafıq olaraq (MPM-nin 135.3-cü maddəsi) onun şəxsiyyəti müəyyən edilməmiş, müvafıq qeydlər sənədin kötüyünə qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə prosesində məhkəmə iclas katibinin sonradan şahid qismində dindirilməsi qanuni sayıla bilməz və təhlükəli presedentə çevrilə bilər. Bu halda məhkəmə iclas katibləri yuxarı instansiya məhkəməbrində iştirakları ilə baxılmış məhkəmə proseslərində tərəflərin və prosesin digər iştirakçılarının məhkəmədə nə ifadə verilməsi ib əlaqədar dindirilməli olacaqlar. Məhkəmənin təşəbbüsü ilə iclas katibi Rövşən Həsənlinin dindirilməsi məhkəmənin hər vasitə ilə qətnamədən şikayətin yuxarı instansiya məhkəməsinə göndərilməsinin qarşısının alınmasına hesablanmışdır. Belə deyilsə, müddətin bərpasına dair vəsatəti təmin olunardı və apellyasiya şikayəti
yuxarı instansiya məhkəməsinə göndərilərdi. Məhkəmə nəzərə almalı idi ki, qətnamənin ona rəsmi qaydada verilməsi təsdiq olunmur. Qanunun təbbinə görə məhkəmə vəsatətsiz də apellyasiya şikayətini qəbul edərək apellyasiya məhkəməsinə göndərilməli idi. “Bakı şəhəri Narimanov rayon İcra Hakimiyyətinin şikayəti iizrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan RespubHkası Konstitusiya Məhkəməsinin Plenumunun 23.04.2004-cü il tarixli qərarında göstərilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətb bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində hər kəsin hüquq və azadlıqlarmm məhkəmədə müdafıəsinə təminat verilməsi təsbit olunmuşdur. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Konstitusiya Məhkəməsinin Plenumu bunıınla əlaqədar olaraq qeyd edir ki, qanunveriçilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM- də müddətin axımının qanunda nəzardə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir lci, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfı prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfın prosessual müddəti ötürməməsi onu beb vəsatət verməkdən azad edir. məhkəmənin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş növbəti 'prosessual hərəkətbri yeriııə yetirmək vəzifəsi qoyur. Qərardadın surətini rəsmi qaydada 05.07.2014-cü il tarixdə almışdır. Qərardaddan 10 gün ərzində şikayət verə bilər. Ona görə də göstərilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadını ləğv edərək apellyasiya şikayətini baxılması üçün Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

İş üzrə iddiaçı Mahmudova Gülər Zakir qızı, cavabdeh Musayev Çingiz Feyzulla oğlu və cavabdehin nümayəndəsi Musayeva Fəridə Dadaş qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir.


H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini dinləyib, şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilməlidir.

Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır.

Azərbaycan Respublikası MPM-nin 162-ci maddəsinə əsasən iddianın təmin edilməsi

məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddianın təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.

Azərbaycan Respublikası MPM-nin 163-cü maddəsinə əsasən iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır.

İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli, 2 (067)-1062/2013 saylı qətnaməsinin surətini cavabdeh Musayev Çingiz Feyzulla oğlu 08 may 2014-cü il tarixdə qəbzə qol çəkməklə almışdır.

Birinci instansiya məhkəməsi bunu nəzərə almadan, apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından əsassız olaraq imtina etmişdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və


iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında barəbərliyi prinsipi əsasında həyata keçirilir.

Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Azərbaycan Respublikası MPM-nin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır.

Müəyyən olnmuşdur ki, cavabdeh Musayev Çingiz Feyzulla oğlunun qətnaməni alması yalnız iş materiallarında olan 08 may 2014-cü il tarixli qəbzlə təsdiq olunur.

Cavabdeh qətnamədən apellyasiya şikayətini 29.05.2014-cü il tarixdə vermişdir.

Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər.

Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini rəsmi qaydada aldığı vaxtdan 1 (bir) ay müddətinə apellyasiya şikayəti vermişdir.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad qeyd olunan prosessual normaların tələblərinə ziddir.

Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir.

Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti vaxtında, müddət ötürülmədən verilmiş hesab edilməli və qərardad ləğv edilməlidir.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə R A R A A L D I :

Cavabdeh Musayev Çingiz Feyzulla oğlu tərəfindən verilmiş şikayət təmin edilsin.

Hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli, 2 (067)-1062/2014 saylı qərardadı ləğv edilsin.

Cavabdeh Musayev Çingiz Feyzulla oğlunun Xaçmaz Rayon Məhkəməsinin 16 avqust 2013-cü il tarixli, 2 (067)-1062/2013 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilsin.

Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.



Sədrlik edən imza: Hakimlər imzalar:



Əsli ilə düzdür:hakim Lətifə Məmmədova
Yüklə 63,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin