Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 486,89 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix22.08.2022
ölçüsü486,89 Kb.
#117598
1   ...   4   5   6   7   8   9   10   11   12
291 felsefe m N10ictimai shuurun qurulushu ve formalari eyani

N Ə T İ C Ə 
İctimai şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, ictimai 
şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə 
motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı 
işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf 
etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli 
mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin 
mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə 
bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda 
məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər 
daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi 
sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə 
dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik 
şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan 
vətəndaşında olmalıdır. 
Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun 
daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, 
mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun 
obyekti kimi çıxış edir. 
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan 
münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz 
hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını 
dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik 
olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru 
ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və 
cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir. 
XX yüzilliyin əvvəllərində Ə.Ağaoğlu öz əsərlərində milli şüurun və milli 
dərketmənin olmamasını türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını 
çətinləşdirən bir amil kimi demişdir: «daima dini mübahisələrlə məşğul olan və həmişə 
özgələrin hakimiyyəti altında yaşayan adamlar arasında milli şüur və milli özünüdərk 
necə yarana bilər?». 
Əgər bu gün Qarabağ torpaqları düşmən əlindədirsə, onda bizim milli şüurdan 
danışmağa mənəvi haqqımız çatmır. B.Vahabzadə göstərir ki, Vətən əxlaqı güclü 
olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı və nə də bütövlüyümüzü qoruya bilərik. 
Vaxtilə bu fikri Böyük Atatürk də söyləmişdir: «Milli şüur, hər şeydən öncə, 
müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz». 
B.Vahabzadə «Vicdan, namus və ləyaqət» adlı məqaləsində yazırdı: «İnsanlıq 
ləyaqətini addımbaşı alçaldan bir rejimdə – qorxu və repressiyanın hökm sürdüyünü bir 
zamanda hansı ləyaqətdən, hansı vicdandan və namusdan söhbət gedə bilər? Odur ki, 
insanlığa xas olan üç sifət – vicdan, namus və ləyaqət ilk növbədə cəmiyyət tərəfindən 
qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır». 

Yüklə 486,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin