1.Cədvəldəki qiymətlər mühəndis qurğuları, mühəndis şəbəkələri (yeraltı, yerüstü) və tikintidən azad ərazilərdə yeni tikinti layihələri üçün verilmişdir. Mövcud tikinti və mühəndis qurğuları və şəbəkələri olan ərazidə yeni tikinti layihələndirildikdə cədvəldəki qiymətlərə 1- 4 bəndləri üzrə – 1,2; 5; 6 bəndləri üzrə – 1,3 əmsalı tətbiq edilir.
2. Yolların layihələndirmə qiymətlərində yerli əhəmiyyətli keçidlərlə kəsişmə və yanaşmaların işlənməsi nəzərə alınmışdır.
3. Yollar layihələndirilərkən qiymətlərə aşağıdakı əmsallar tətbiq olunur:
a) zolaqların sayı 6-dan çox olan yollar üçün (hər iki istiqamətdə) – 1,3;
b) keçidli yollar üçün – 1,3;
c) sürətli və fasiləsiz hərəkətli yollar üçün – 1,6;
ç) relsli nəqliyyat xətti olan küçə və yollar üçün – 1,8.
4. Qiymətlərdə yol və nəqliyyat qovşaqlarının baş planlarının 1:500 miqyasında işlənib hazırlanması nəzərdə tutulmuşdur. Baş planlar 1:1000 və ya 1:2000 miqyasında işlənib hazırlanarkən qiymətlərə uyğun olaraq 0,9 və 0,7 əmsalları tətbiq edilir.
5. Nəqliyyat qovşaqlarının planlaşdırma layihələri işlənib hazırlanarkən qiymətlərə aşağıdakı əmsallar tətbiq edilir:
a) kəsişən yolların sayı dörddən az olan nəqliyyat qovşaqları üçün-0,75;
b) kəsişən yolların sayı dörddən çox olan nəqliyyat qovşaqları üçün-1,2;
c) hərəkət ayrıcı üç səviyyədə olduqda – 1,5;
ç) relsli nəqliyyat xətti olan nəqliyyat qovşaqları üçün – 2,0.