Azərbaycan respublikasi döVLƏT ŞƏHƏrsalma və arxitektura komiTƏSİNİn kollegiyasi



Yüklə 2,07 Mb.
səhifə13/33
tarix04.01.2022
ölçüsü2,07 Mb.
#52744
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Yekun

100,0

100,0

100,0

100,0

100,0

100,0

Qeyd:

1. 6-cı bənddə bölmənin hazırlanmasının nisbi dəyərinə məskunlaşma və xidmət məsələləri istisna olmaqla kənd təsərrüfatı istehsalı və meşə təsərrüfatının inkişafı məsələləri daxildir.

2. Qrafik materialların işlənməsi rayon planlaşdırma layihə və sxemlərinin uyğun bölmələrinin tərkibinə daxildir.

 

 

Fəsil 2.  Şəhər və qəsəbələrin planlaşdırılması

 

1. Bu fəsildə verilmiş qiymətlər şəhər və qəsəbələr üzrə layihə-planlaşdırma işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.

2. 5, 7, 8, 9, 10, 11 saylı cədvəllərdəki qiymətlərdə ərazinin mühəndis-hazırlıq tədbirləri sxeminin işlənməsi nəzərə alınmamışdır. Bu işlərin dəyəri əlavə olaraq 12 saylı cədvəl üzrə qəbul edilir.

3. Şəhər və qəsəbələrin layihə-planlaşdırma işləri hazırlanarkən planlaşdırılan ərazinin 30%-dən artıq hissəsini əlverişsiz təbii şəraitli (yer səthinin mailliyi 0,005-dən az və ya 0,05-dən artıq olan mürəkkəb relyeflər; bataqlıq; subasma; qruntlar: çökən, şişən, karstlı, sürüşmə və dağ uçqunu əlaməti olan; dağ-mədən meydançalarının üstündə yerləşən; daşqına məruz qalan ərazilər; dərələr və s.) sahə tutarsa layihə-planlaşdırma qiymətləri 5, 7, 8, 9, 10, 11 və 12 saylı cədvəllər üzrə 1,2 əmsalı tətbiq edilməklə hesablanır:

- iki və daha çox mürəkkəbləşdirici faktor mövcud olduqda  əmsallar hər faktor üçün ayrılıqda tətbiq edilir:

- ərazidə, hər biri ərazinin 30%-dən az hissəsini, ümumilikdə isə ərazinin 30%-dən çox hissəsini tutan, 3 və daha çox mürəkkəbləşdirici faktorlu əlverişsiz təbii şərait olduqda, yuxarıda göstərilən cədvəl qiymətlərinə 1,2 əmsalı tətbiq edilir.

4. Seysmik rayonlar üçün layihə-planlaşdırma işləri hazırlanarkən qiymətlərə aşağıdakı əmsallar tətbiq edilir:

- seysmiklik 7-8 bal olduqda – 1,1;

- seysmiklik 9 bal olduqda - 1,15.

5. Yenidən qurulan ərazilər üçün layihə-planlaşdırma işləri hazırlanarkən qiymətlər sifarişçinin razılığı ilə 1,5-dək əmsallarla qəbul edilir.

Yenidən qurulan ərazinin ölçüsü planlaşdırılan sahənin 70%-i və daha çox hissəsini təşkil etdikdə, 1,5 əmsalı tətbiq edilir. Yenidən qurulan ərazinin ölçüsü kiçik olduqda (planlaşdırılan sahənin 10-60%-i) əmsal uyğun olaraq 1,1-dən 1,45-ə qədər qəbul edilir.

 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin