Fəsil 6. Relyefin maketləri, tikili həcmləri ilə planlaşdırma maketləri,
cizgilərin surətləri, nümayiş cizgiləri
Maketlərin hazırlanması qiymətləri üç mürəkkəblik dərəcəsi üzrə verilmişdir, onların göstəriciləri aşağıdakılardır:
Relyefin maketləri:
I dərəcə – mailliyi 4 faizə qədər hamar relyef;
II dərəcə – mailliyi 8 faizə qədər dərə-təpəli relyef;
III dərəcə– mailliyi 8 faizdən çox mürəkkəb relyef.
Tikinti həcmləri ilə planlaşdırma maketləri
I dərəcə – əsas memarlıq həcmlərini göstərməklə bina və qurğular; maketlərin 30 faizədək binalarla doldurulması;
II dərəcə – memarlıq həcmlərini fasad detalları ilə göstərməklə bina və qurğular; maketlərin 30 faizdən 50 faizədək binalarla doldurulması;
III dərəcə – pəncərə, karniz, dam və fasadın memarlıq həllinin əsas elementlərini göstərməklə dəqiq qabaritlərlə bina və qurğular; maketlərin 50 faizdən çox binalarla doldurulması.
Dostları ilə paylaş: |