1.Yüksək inkişaf etmiş mühəndis avadanlıqları olan (magistral mühəndis şəbəkələri, 35 kvt və artıq EVX-i, məhsul ötürücülər və s.) və həmçinin bir neçə hissəyə bölünmüş ərazilərdə (çayla, dəmiryolu ilə və s.) layihələndirmə zamanı qiymətlərə 1,15 əmsalı tətbiq edilir.
2. Mövcud şəhər (qəsəbənin) və şəhərətrafı zonanın hüdudları daxilində planlaşdırılana nisbətdə ərazisinin 30%-dən çox hissəsi tikilmiş və həmçinin əlaqəsiz, təcrid olunmuş ərazilərdə layihələndirmə apararkən qiymətlərə 1,5 əmsalı tətbiq edilir.
3. Mülki-müdafiə üçün mühəndis-texniki tədbirlərin işlənib hazırlanmasının dəyəri əlavə olaraq 11-ci cədvəlin qiymətləri üzrə YİT bölməsinin işlənməsi dəyərinə 0,08 əmsal tətbiq edilməklə təyin edilir.
4. Obyektin yerləşdirilməsi üzrə texniki-iqtisadi məruzənin (TİM) tərkibində YİT bölməsinin dəyəri 11-ci cədvəlin qiymətləri üzrə 0,7 əmsalı ilə təyin edilir. Respublika daxilində obyektlər üzrə tikinti meydançalarının yerləşməsində əlaqə olmadığı halda dəyərə 1,1 əmsalı tətbiq edilir.
5. Tikinti obyekti üçün TİƏ-nin tərkibində YİT bölməsinin dəyəri 11-ci cədvəlin qiymətləri üzrə 0,8 əmsalı ilə təyin edilir.
6. Qiymətlərdə kənd təsərrüfatı torpaqlarının geri alınması üçün kompensasiya hesabatının yerinə yetirilməsi nəzərə alınmayıb.