Azərbaycan respublikasi əDLİYYƏ naziRLİYİNDƏ qeydə alinmişdir qeyd №18 30. 10. 1996-cı IL



Yüklə 426,82 Kb.
səhifə3/4
tarix20.10.2017
ölçüsü426,82 Kb.
#6851
1   2   3   4

5-ci dərəcə

İşin xüsusiyyəti

 

Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması, alıcılarla hesablaşmanın aparılması, alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dad, tam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında iş qaydalarını. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kesilməsi vədoğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta və mağazadaxili vitrinlərinin tərtibatı. Alıcıların tələbini öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğini kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.



 

Bilməlidir.

 

hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geyinilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini; alıcılara xidmətin mütərəqqi forma və metodlarını, alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını; malgöndərənlərdən malların qəbul olunması qaydalarını; mal hesablatlarını, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması; inventarizasiyanın keçirilməsi qaydalarını.



İş stajına heç bir tələb qoyulmadan orta ixtisas təhsili və yaxud 4-cü dərəcəli ərzaq mallarının satıcısı vəzifəsində 5 ildən az olmayaraq iş stajı.

 

23. İÇKİLƏRİ HAZIRLAYAN



 

3-cü dərəcə

İşin xüsusiyyəti

 

Müəyyən olunmuş resepturaya və texnologiyaya əsasən müxtəlif çay növlərinin, kakao və qəhvə (qəhvəbişirən qablarda və pilətə üstündəki qablarda) hazırlanması. Bir neçə çay sortlarından qarışıqlarındüzəldilməsi, qəhvə dənələrinin üyüdülməsi. Hazırlanmış xammalı qaynamağa qoyulması. Qaynama rejiminin nizamlanması. Hazır qəhvənin süzgəcdən keçirilməsi. Hazır içkilərin porsiyalarla qablara süzülməsi, şəkər, limon, süd, mürəbbə və s. əlavə olunması. İçkilərin, həmçinin yaxmaların, dürməklərin, buterbrodların, qənnadı məmulatlarının və dondurmanın buraxılması. Piştaxta vitrinin tərtib olunması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.



 

Bilməlidir.

 

hazırlanan içkilərin çeşidinin; xammalın saxlanılma şərtlərini və müddətlərini; hazırlanma resepturunu və texnologiyası və məhsulun buraxılma qaydalarını; istifadə olunan avadanlığın quruluşunu vəistismar qaydalarını.



Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

24.   İÇKİLƏRİ  HAZIRLAYAN



4-cü dərəcə

İşin xüsusiyyəti

 

Müəyyən olunmuş resepturaya və texnologiyaya əsasən müxtəlif çay növlərinin və geniş çeşiddə qəhvə içkilərinin, kakao və şokolad hazırlanması. Qəhvə dənələrinin , qovrulması, qurudulması vəüyüdülməsi. Müxtəlif qəhvə sortlarından qarışıqların düzəldilməsi. Süfrənin düzəlişi, hazır məhsulun buraxılması. Mal hesabatının tərtib olunması.



 

Bilməlidir.

 

hazırlanan içkilərin çeşidinin; xammalın alınması qaydasını və onun keyfiyyət xarakteristikasını; xammalın ayrı-ayrı içkilər üçün hazırlanması qaydalarını; hazırlanmış xammalın saxlanılma şəraitini və müddətlərini; geniş çeşiddə hazırlanan içki növlərinin, şokoladın hazırlanması resepturunu və texnologiyasını; müxtəlif qəhvə növlərindən qarışıqların tərtib olunması; süfrənin düzəlişi qaydalarını; hazır məhsulun buraxılması üsullarını; içkilərin hazırlanması zaman istifadə olunan qabları və inventarları, onların təyinatını; mal hesabatını tərtib olunması qaydalarını.



 

25.  YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN



1-ci dərəcə

İşin xüsusiyyəti

 

Yeyinti yarımfabrikatlarının hazırlanmasında köməkçi işlərin yerinə yetirilməsi; unun, suxarının ələnməsi, lyezonun (yumurta, su və duz qarışığı) hazırlanması, çirklənmiş yerlərin təmizlənməsi, ətdən, quş ətindən damğanın kəsilib atılması, ətin yuyulması, qurudulması. Əlavə məhsulların seçilməsi və təmizlənməsi; nazik pərdələrin, damarlı hissələrin, piy yığınlarının, qan sızılan hissələrin və s. kəsilibatılması. Mal, qoyun, dana, donuz və digər malların cəmdəklərinin döş və boyun hissəsinin təmizlənməsi: vətərlərin, nazik pərdələrin, iri qan damarlarının, sümük və ximircək qalıqlarının və s. ayrılması. Ətin və əlavə məhsulların müəyyən olunmuş ölçülərdə parçalara doğranılması və onların taraya qoyulması. Hazırlanmış yarımfabrikatların unlanması və onların tabaqlara, tavalara düzülməsi. Yeyinti tullantıllarının yığılması və təhvil verilməsi.



Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

 

Bilməlidir.



 

ət və ətin əlavə məhsullarının təmizlənməsi qaydalarını; cəmdəklərin emal olunan hissələrində əzələ, piy və birləşdərici toxumalarının yerləşməsini; mühtəlif yarımfabrikatların unlanması qaydalarını vənövlərini; lyezonun tərkib hissələrinin nisbətlərini və onun hazırlanması qaydalarını; yeyinti tullantılarının yığılması, saxlanması və təhvil verilməsi qaydalarını; bıçaqların itilənməsi və düzəldilməsi üsullarını.

Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

26.  YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN



2-ci dərəcə

İşin xüsusiyyəti

 

Yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının sadə prosesinin aparılması. Kartofun, tərəvəzin, göyərtinin və meyvələrin maşınla və ya əl ilə təmizlənməsi. Kartofun vəmeyvəköklülərin maşınla təmizlənməsinə və bu zaman müəyyən olunmuş itki normalarına əməl olunmasıa nəzarət edilməsi. Maşınla təmizləndikdən sonra kartofun meyvəköklülərin bəzi yerləriningözlüklərdən, ləkələrdən, onların üstündə qalmış qabıqlardan təkrar təmizlənməsi. Kartofun və meyvəköklulərin maşınla və yaxud əl ilə sortlara ayrılması, kalibrlənməsi, yuyulması. Kartofun vəmeyvəköklülərin maşına yüklənməsi. Mal, qoyun, dana, donuz və digər malların cəmdəklərinin kürək və qalın qıraq hissəsinin təmizlənməsi. Bıçaqların itilənməsi və düzəldilməsi.



 

Bilməlidir.

 

kartofun, tərəvəzlərin və göyərtinin maşın üsulu və əl ilə ilkin emalının texniki üsullarını, onların keyfiyyətlilik əlamətlərini; hazır yarımfabrikatların keyfiyyətinə verilən tələbləri;  kartofun vəmeyvəköklülərin təmizlənməsi və təkrar təmizlənməsi zamanı yol verilən itki normalarını; tərəvəz yarımfabrikatlarının istehsalında istifadə olunan maşınlarda təhlükəsiz iş üsullarını.



 

27.  YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN

 

3-cü dərəcə

İşin xüsusiyyəti

 

Yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının orta mürəkkəb prosesinin aparılması. Cəmdəklərin doğranılması sxeminə əsasən iri və xırda heyvan cəmdəklərinin, yarımcəmdəklərin, çörəklərin kulinar qaydasında kəsiklərə doğranılması. Malın, qoyunun, dananın, donuzun deş ətinin ayrılması. Malın döş ətinin sümükdən aralanması. əzələ, piy və birləşdirici toxumaların sümükdən ayrılması və bu zaman sümükdə ətin, piy və vətərlərin sümük çalaların da qalmasına və həmçinin ətdə xırda sümüklərin olmasına yol verilməsi. Donuz cəmdəklərindən piyin (şpik) kəsilməsi. Sümüklərin ətdən tamamilə təmizlənməsi. Sağrı-bel hissəsinin, dal ayağın təmizlənməsi (vətərlərinə, nazik pərdələrin, iri qan damarlarının, sümük və ximircək qalıqlarının və s. ayrılması). Sümüklərin mişarla doğranılması. Sıx torla tutulan balıq növlərinin içlərinin təmizlənməsi (üzgəclərin kəsilib atılması, axçanın (pulun) təmizlənməsi, içalatının çıxardılması, mexaniki zədə olan yerlərin təmizlənməsi və yaxud onların kəsilib atılması, balıq cəmdəklərinin yuyulması). Balığın bərkitmə (fiksasiya) yolu ilə emal olunması. Ətin əlavə məhsullarının porsiyalara bölünməsi. Ətdən, balıqdan vətərəvəzdən kotlet kütləsinin hazırlanması. Qızardılan, bişirilən pirojnalar və digər məmulatlar üçün mayalanmış xəmirin (yarımfabrikatın), düşbərə üçün xəmirin yoğrulması, onun kəsilməsi,məmulatların formaya salınması. Düşbərənin içliyinin hazırlanması. Ətin sortlara və növlərə görə ayrılması: yan, üst, yuxarı, daxili, qalın, nazik qıraq hissələri. Sümüyün növlərə görə sortlara ayrılması.Balığın sonrakı isti emal növündən asılı olaraq porsiyalara (dərili file, dərisiz, bel sümüyü ilə və sümüksüz) kəsilməsi və unlanması. Kartof və tərəvəzin (çiy, duza qoyulmuş, qaynadılmış) əlnən və maşında doğranması, xırdalanması, sürtgəcdən keçirilməsi. Reseptura ilə müəyyən olunmuş çəkiyə əməl olunmaqla kotlet kütləsindən, xəmirdən məmulatların formaya salınması. Tərəvəzin qiymələnməsi, salat və marinadların hazırlanması. Doğranılmış boruşəkilli sümüklərin, bel, qabırğa sümüklərinin müəyyən nisbətlərdə yığılması, çəkilməsi və xüsusi tərələrə qablaşdırılması.



 

Bilməlidir.

 

ət cəmdəklərinin, quş ətinin, balığın doğranılması sxemini; ətdən, quş


ətindən, balıqdan, əlavə məhsullardan iri və xırda yarımfabrikatların, doğranılmış ətin və kotlet kütləsinin, təmizlənmiş kartofun, tərəvəzin, mayalanmış   xəmirin hazırlanmasının texnoloji prosesini; xammalın keyfiyyətinin qiymətləndirilməsinin orqanoleptik metodlarını; hazırlanan yarımfabrikatların keyfiyyətinə verilən tələbləri, onların satış müddətlərini, qablaşdırılması, saxlanılması və daşınması qaydalarını; istifadə edilən avadanlığın istismar olunması, tərəzilərin yoxlanılması qaydalarını.

 

28.  YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN



 

4-cü dərəcə

İşin xüsusiyyəti

 

 



Ətdən, quş ətindən, ov quşlarından, nərə balığı fəsiləsindən olan balıqlardan yarımfabrikatların hazırlanması zamanı xammalın ilkin emalının mürəkkəb prosesinin aparılması. İri və xırda mal-qaracəmdəklərinin kürək və döş-qabırğa hissələrinin, quş ətlərinin sümüklərdən ayrılması. İri tikəli ətdən və quş ətindən natural şəkildə (bifşteks, file, antrekot və sairə) və unlanmış şəkildə qızardılmaq üçün porsiyaların doğranılması. Kabab üçün ətin, küftə üçün kütlənin hazırlanması. Nərə balığı fəsiləsindən olan balıqların içlərinin təmizlənməsi (başın aralanması, beldə olan üzgəclərin kəsilib atılması, halqavari layalra ayrılması, halqların qan laxtalarından təmizlənməsi, onların qaynar su ilə pörtürdülməsi, dəridən sümüklərin təmizlənməsi və s.) halqaların porsiya tikələrinə doğranması və onların bərkitmə (fiksasiya) yolu ilə emal olunması. Kövrək undan və lay-lay (qatlama) xəmirin (yarımfabrikatların) hazırlanması.

 

Bilməlidir.



 

quş ətinin, iri və xırda mal-qara cəmdəklərinin kürək və döş-qabırğa hissələrinin sümükdən ayrılması, nərə balığı fəsiləsindən olan balıqların doğranılması üsullarını və qaydalarını; iri, xırda mal-qaranın, nərə balığı fəsiləsindən olan balıqların kulinar təyinatlarını; ətdən, balıqdan, nərə balığı fəsiləsindən olan balıqlardan hazırlanan porsiaylı yarımfabrikatların çeşidlərini, onların hazırlanmasının texnoloji proseslərini; kövrək undan və lay-lay xəmirin (yarımfabrikatların) hazırlanması reseptini və texnologiyasını.

 

29.  YEYİNTİ YARIMFABRİKATLARI HAZIRLAYAN



 

5-ci dərəcə

İşin xüsusiyyəti

 

Ətdən, quş ətindən, ov quşlarından yarımfabrikatların (qiymələnmiş, rulet şəkilli və s.) hazırlanması zamanı xammalın ilkin emalının xüsusilə mürəkkəb prosesinin aparılması. İri mal-qara cəmdəyininçanaq-bud hissəsinin, xırda mal-qara cəmdəyinin qabaq və arxa hissələrinin sümükdən ayrılması. Ətin sortlara ayrılması. Cəmdəklərin və yarımcəmdəklərin hisləmə üçün doğranılması.



 

Bilməlidir.

 

quş ətindən və ətdən mürəkkəb yarımfabrikatların hazırlanması texnologiyasını; ayrı-ayrı ət sortlarının kulinar təyinatlarını; iri mal-qara cəmdəyinin çanaq-bud hissəsinin, xırda mal-qara cəmdəyininqabaq və arxa hissələrinin sümükdən yarılması qaydalarını cəmdəklərin anatomik quruluşunu, oynaq birləşmələrini, sümük sistemini; cəmdəkdən, yarımcəmdəkdən yarımfabrikat  çıxışınormalarını.



 

&30.  MALLARI QƏBUL EDƏN

 

/əhalidən şüşə qabları qəbul edən işçilərə də



aid edilir/

 

3-cü dərəcə



İşin xüsusiyyəti

 

Malların qəbul olunması. Qablaşmanın bütövlüyünün, tara yerlərində yarlıkların və markalanmanın mövcudluğunun yoxlanılması. Anbara daxil olan malların miqdara görə qəbul olunması. Malların qablandırma vahidində /qutuda, kisədə, topada və s./ olan həqiqi mövcudluğunun uyğunluğunun yoxlanılması.  Malların adlarına, artikula, qiymətlərinə,



ölçülərinə və s. görə sortlara ayrılması. Yığılmış şüşə qabların tarayığan təşkilatın nümayəndəsinə təhvil verilməsi. Malların, mal qonşuluğunu nəzərə almaqla saxlanılma üçün yerləşdirilməsi. Malların anbar daxilində yerlərinin dəyişdirilməsi. Malların inventarizasiya üçün hazırlanması.

 

Bilməlidir.



 

malların qəbul olunması qaydalarını, anbarda /bazada/ olan malların çeşidini, onların təsnifatını; markalanma və sortlara ayırma qaydalarını; şüşə qabların tədarük qiymətlərini; malların yığılması və saxlanılması şərtlərini və qaydalarını.

Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerlərində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

31. MALLARI DƏSTLƏŞDİRƏN



(malları qablaşdıran işçilərə də aid edilir)

 

İşin xüsusiyyəti.

 

Malların sənədlərə əsasən seçilməsi. Malların partiyanın dəstləşdirildiyi yerə çatdırılması. Seçilmiş malların adının və miqdarının sənəddə göstərilən malın adı və miqdarı ilə tutuşdurulması. Malların partiyalarının dəstləşdirilməsi. Çəkilmə, qablaşdırma yarlıkının, birkasının və alıcının ünvanının sənədlərə uyğun olaraq doldurulması. Malların inventarizasiya üçün hazırlanması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.



 

Bilməlidir:

 

malların dəstləndirilməsi qaydalarını; anbarda olan malların çeşidini və onların qiymətlərini; malların yığılması və saxlanılması şərtlərini və qaydalarını; müxtəlif malların qablaşdırılması üsullarını; malların çəkilməsi qaydalarını; tərəzilərin nizamlanması qaydalarını; qablaşdırma yarlıkının və birkasının doldurulması qaydasını.



Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

32.   MƏTBƏX İŞÇİSİ



 

2-ci dərəcə

İşin xüsusiyyəti.

 

Məhsulların daxili anbardan istehsalat sexlərinə çatdırılması. Ərazq olan çənlərin, yeşiklərin, kisələrin açılması. Xörək bişirilən çənlərin su ilə doldurulması və onların pilətənin üstünə qoyulması, hazır xörəklə dolu olan çənlərin xörək paylayan yerlərə aparılması (əlnən, arabada, liftnən və s.) Xarici şəbəkələrə daşınma üçün çənlərin mətbəx məhsullarının nəqliyyat vasitələrinə yüklənməsi. İstifadə olunmuş qabların qabyuyulan yerə va təmiz qabların istehsalat sexlərinə çatdırılması. Boşalmış taranın (çənlərin, mehtərənin (flyaqanın), kisələrin) anbara daşınması. Odunun mişar və balta ilə doğranması, kömürün xırdalanması, elektrik, qaz pilətələrinin və qızdırıcılarının elektrik qoruyucularının işə salınması. İstehsalat tullantılarının yığılması və təhvil verilməsi.



Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

 

Bilməlidir:



 

müxtəlif yüklərin daşınmasının, yüklənməsinin, boşaldılmasının, nəql edilməsinin təhlükəsiz üsullarını; taranın açılması üsullarını; istehsalatda ərzaqların və hazır xörəklərin bir yerdən başqa yerədaşınması qaydalarını; tullantıların yığılması və təhvil verilməsi qaydalarını; pilətələrin (qaz, elektrik) və bərk maye yanacaqla işləyən pilətələrin işə salınması və keçirilməsi qaydalarını. Odunların əlnən və mexaniki üsullarla doğranılması qaydalarını; mətbəx qab-qacağının, inventarının adlarını, onların təyinatlarını. Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.

 

33.   NƏZARƏTÇİ-KASSİR



 /kassa əməliyyatları aparılmadıqda "nazarətçi" adlanılır/

 

3-cü dərəcə



İşin xüsusiyyəti

 

Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun, qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlər üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların alınmasında və onların satışa hazırlanmasında iştirak olunması: malın adının, miqdarının, komplektliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına və plomblarına /damğalarına/ uyğunluğunun yoxlanılması; məmulatlarınqablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərininyoxlanılması və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması.



 

Bilməlidir:

 

müəyyən qrup malların çeşidini, təsnifatını, xaraktristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını;pərakəndə qiymətləri; malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyən edilməsi qaydalarını; mallarındəyişdirilməsi və qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərənlərini və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümün modasının vəziyyətini; kassa aparatının quruluşunu; alıcılara xidmətin mütərəqqi forma və metodlarını.



 

&34. NƏZARƏTÇİ-KASSİR

/kassa əməliyyatları aparılmadıqda "nəzarətçi" adlanılır/

 

4-cü dərəcə



İşin xüsusiyyəti

 

Malların işçi qalığının vaxtında doldurulmasına, malların saxlanmasına, nəzarət-kassa maşınlarının sazlığına və onlardan düzgün istifadə olunmasına, ticarət zalında təmizliyə və qayda-qanunanəzarət edilməsi. Alıcılara xidmət göstərilməsi: malların miqdarının, çəkisinin, uzunluğunun, cütlüyünün, yarlıkının, plombunun /damğasının/, qiymətinin, keyfiyyətinin yoxlanılması. Alışın dəyərininhesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara xidmət edilməsi barəsində, qiymətlər üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Alıcı axınına nəzarət edilməsi. Kassa aparatının sazlığının yoxlanılması, ona nəzarət və çek kağızlarının qoyulması, sayğacların göstəricilərinin yazılması, nömrəqoyanda göstəricilərin "sıfır"a qoyulması, tarixqoyanın qurulması. Malların anbardakı /bölmədəki/ çeşidləri ilə tanış olunması. Malların alınmasında və onların satışa hazırlanmasında iştirak olunması: malın adının, miqdarının komplektliyinin, sortunun, qiymətinin və markalanmaya, fabrik yarlıklarına və plomblarına /damğalarına/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, sortlara ayrılması, ütülənməsi, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması və s.; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; mal qonşuluğunun, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya /fakturaya/ uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta, mağazadaxili və pəncərə vitrinlərinin və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi. Əhali tələbinin öyrənilməsi. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması.



 

Bilməlidir:

 

müəyyən qrup malların çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını,pərakəndə qiymətləri, malların qəbul olunması, seçilməsi və komplektləşdirilməsi qaydalarını; məmulatların ölçüləri dərəcələrini və onların düzgün müəyyyən edilməsi qaydalarını; məmulatların dəyişdirilməsi qaydalarını; mallardan zəmanətli istifadə müddətini; malların əsas malgöndərilənlərin və onların məhsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri ; cari mövsümün modasının vəziyyətini, kassa aparatının və ticarət texnoloji avadanlığının əsas quruluş prinsiplərini; mağazadaxili və pəncərə vitrinlərinin tərtibatının prinsiplərini; malların hazırlanmasında istifadə olunan xammal və materialların əsas növlərini və onların tanınması üsullarını; malların keyfiyyətinə verilən tələbləri; malın qüsurlarının /nöqsanlarının/ növlərini; alıcılara xidmətin mütərəqqi forma və metodlarını.



Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər

3-cü dərəcəli nəzarətçi-kassir vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

 


Yüklə 426,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin