the third of May (the 3rd of May);
May the third; May 3.
Birləşmə tərkibində sıra sayları belə yazılır:
the 1st lesson; the 2nd lesson; the 3rd lesson; the 6th lesson.
Kəsr rəqəmləri aşağıdakı kimi oxunur:
1/2 a half 1/5 – a fifth 1/3 – a third 1/4 - a fourth, a quarter
Onluq kəsrlər nöqtə ilə (point) ayrılır:
2.4 – two point four 5.8 – five point eight
Ayın günlərini göstərmək üçün sira sayları işlədilir. İngilis dilində əvvəl gün və daha sonra il yazılır. Gün ilə il arasında vergül qoyulur:
april 28, 1920
MİQDAR VƏ SIRA SAYLARININ CÜMLƏDƏ FUNKSİYASI. Miqdar sayı.
Mübtəda funksiyasında:
Twenty cannot devided by seven. - 20 7- yə bölünə bilməz.
Predikativ funksiyasında:
When I was seven, I went to school. – 7 yaşım olanda məktəbə getdim.
Tamamlıq funksiyasında:
Add sixty- five to seventy-two. – 72-nin üstünə 65
əlavə et
Təyin funksiyasında:
Two men came in. – 2 adam gəldi.
Zərflik funksiyasında:
I arrived home at six. – 6-da evə çatdım.
Sıra sayları.
Mübtəda fünksiyasında:
The first is my brother. – Birinci mənim qardaşımdır.
Predikativ funksiyasında:
I was the fifth of six, children, girls and two boys. – Mən 6 uşaq, qızlar və 2 oğlandan 5-ciyəm.
Tamamlıq funksiyasında:
I haven’t got the second, but the first is on the table. –
Məndə ikinci yoxdur, amma birinci stoldadır.
Təyin funksiyaında:
The first boy is very clever. – Birinci oğlan çox ağıllıdır.
Qeyd: Miqdar sayları təyin funksiyasında isimdən əvvəl işlənirsə, ismin artiklı ondan qabağa keçir. İsimdən sonra miqdar sayı gələrsə artikl işlənmir:
You can go there by the 41 tram.
You must write Exercise 2 on page 20.
Fractional numbers. Azərbaycan dilindən fərqli olaraq, İngilis dilində kəsr sayları
həm miqdar, həm də sıra saylarından ibarətdir. Bizdə kəsrin həm surətində, həm də məxrəcində miqdar sayı ilə yazılsa da, ingilis dilində isə surət miqdar sayı, məxrəc isə sıra sayı ilə deyilir:
1/5 one fifth ( or a fifth )
2/1 one second (or a second; or a ( one ) half
¼ - a (one) quarter
Əgər surət vahiddən çox olarsa, o zaman məxrəcə -s şəkilçisi əlavə edilir:
İngilis dilində faiz belə göstərilir.
3% ya 3 per cent , ya da 3 p.c;
3/8 per cent (three eights per cent və ya three eights of one per cent)
Hesab əməlləri:
4+4=8 1) four plus four is ( are ) 8 2)four and four is (are) 8
10-5=5 1) ten mines five is ( are) 5 2)five from ten is (are) 5
5*5 =25 1) five times five is ( or makes ) 25; 2) five times five equals 25
20:5=4 twenty divides by 5 is 4