6 – six – sixty, 2 – two – twenty Onluq bildirən saylarda vurğu birinci hecanın üzərinə düşür.
Mürəkkəb sayları oxuyarkən hər üç rəqəm daxilində onluqlardan (onluq olmadıqda təkliklərdən) əvvəl and deyilir:
312 – three hundred and twelve 2,028 – two thousand and twenty eight 1,272,346 – one million 2 hundred and seventy two thousand three hundred and forty six İngilis dilində Azərbaycan dilindən fərqli olaraq xronoloji tarix göstərmək üçün miqdar sayları işlədilir. İl sözü işlədilmir:
1900 nineteen hundred in 1964 in nineteen sixty four Sıra sayları (The Ordinal Numerals). Birinci the first, ikinci the second, üçüncü the third sıra saylarından başqa qalan sıra saylarını əmələ gətirmək üçün müvafiq miqdar sayının sonuna –th şəkilçisi əlavə edilir: seven yeddi – the seventh – yeddinci, ten – on – the tenth – onuncu.
Sira sayları müəyyən artikl ilə işlədilir: five – the fifth. Sıra sayları qeyri-müəyyən artikl ilə işlədildikdə isə “başqa”, “daha” mənasını verir:
My friend has written me a second letter –Dostum mənə ikinci (daha bir) məktub yazıb. Birinci, ikinci, üçüncü kimi sıra sayları xüsusi yolla düzəlir.
first
second
third
fourth
fifth
sixth
seventh
eighth
ninth
tenth