Quyunun dibi bəzən qeyri-məhsuldar laya daxil olur. Buna zumpf deyilir. Quyunun gövdəsindən uçan və istismar zamanı maye ilə laydan gətirilən süxur dənələri zumpfda çökə bilər. Quyu üçün qəbul edilmiş konstruksiya onu işlətməkdən ötrü normal şərait yaranmasını təmin etməlidir. Buna görə də istismar kəmərinin diametri, nasos kompressor borularının, dərinlik nasoslarının, nefti çıxarmaq üçün lazım olan başqa avadanlığın, eləcədə quyuları qum tıxaclarından təmizləmək, yumaq, baş vermiş qəzaları aradan qaldırmaq və quyuda digər təmir işləri aparmaq üçün lazım olan avadanlığın quyuya endirilməsini təmin etməlidir.
Məhsuldar layı əmələ gətirən süxurların xarakteristikasından asılı olaraq quyunun aşağı hissəsini (məhsuldar lay daxilində) borularla bərkitmək və ya bərkitməmək də olar. Birinci halda dibi bərkidilmiş quyu konstruksiyası, ikinci halda isə açıq dibli quyu konstruksiyası alınır. Əgər məhsuldar lay sıx süxurlardan (əhəngdaşı, sıx qumdaşı) ibarətdirsə, quyunun divarları davamlı olacaqdır. Bu zaman quyunun aşağı hissəsi borularla möhkəmləndirilmədən də qazıma işlərini başa çatdırmaq olar. Belə hallarda sonuncu qoruyucu kəməri (bu kəmər eyni zamanda istismar kəməridir), layın tavanında və ya ondan bir qədər yuxarıda saxlayıb sementləyirlər. Açılmış məhsuldar lay açıq qalır.
Plan 2. Quyudibi zonanın keçiricilyini azaldan səbəbər Neft layın struktur qurğusundan , qranumetrin tərkibindən və süxurların yerləşmə xarakterindən asılı olaraq onların keçiriciliynin də müxtəlif olur. Layın neftvermə əmsalı quyuların məhsuldarlığı layların keçiriciliyindən aslıdır. Eyni layın tərkibində müxtəlif keçirici zonalar olduğu üçün su laya qazılmış quyularda müxtəlif olur. Quyuların məhsuldarlığının azalmasına səbəb eyni zonada neftin və suyun fiziki kimyəvi olmasından da aslıdır. Əgər neftin tərkibində ağır maddələr olarsa yəni parafin, qətran, mazut və s. eyni zamanda suyun tərkibində müxtəlif duzların faizi çox olduqda lay üçün müddətli istismar zamanı onun təzyiq və temperaturu azalır və göstəricilər maddələr kristallaşaraq laydaki süxurların məsamələrindən çokərək onun keçiriciliyini azaldır və temperaturun düşməsi quyudibi zonasında dolu intensiv düşdüyü üçün kristallaşma daha sürətli. Bu isə bəzən quyudibi zonanın tam keçiriciliyi pisləşir.
Bundan əlavə quyuların istismar rejimlərinin düzgün qurulması və ya kəmər arxası sementləşmənin keyfiyyətsiz olması quyuların vaxtından əvvəl sulanmasına istismar kəmərində qəzaların baş vərməsi və ya layların tərkibində karbonatli suxurların faizinin çox olması və s. quyu hasilatının azalmasına səbəb olur.