Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Quyudibi zonasının keçiriciliyinin artırılma üsulları



Yüklə 29,87 Kb.
səhifə4/6
tarix10.12.2022
ölçüsü29,87 Kb.
#120777
1   2   3   4   5   6
təqdimatın yazı 2

Quyudibi zonasının keçiriciliyinin artırılma üsulları
Layın quyudibinə yaxın (təxminən radiusu, qidalanma konturu radiusunun 1,5%-nə bərabər) hissəsinə quyudibi zonası deyilir.
Qazma prosesində gilli məhlulun quyudibi zanasına daxil olması, həmin zonada parafin-qətran maddələrinin və duzların çökməsi, quyudibi zonasının layın uzaq sahəsindən gətirilən kiçik hissəciklərlə tutulması, lay süxurlarındakı gillərin şişməsi və s. səbəblərdən bir çox hallarda quyudibi zonasının keçiriciliyi azalır. Bu isə quyunun neft hasilatının azalmasına səbəb olur.
Quyudibi zonasının keçiriciliyi layın keçiriciliyinə nisbətən 10 dəfə azaldıqda, quyunun hasilatı beş dəfə azalır. Quyudibi zonasının keçiriciliyi layın keçiriciliyindən 10 dəfə artıq olduqda, quyunun hasilatı 65% artacaqdır.
Quyu ətrafında layın keçiriciliyinin bərpa edilməsinin və ya artırılmasının, quyunun hasilatının artırmaq üçüçn böyük əhəmiyyəti vardır. Quyudibi zonasına süni təsir etməklə, həmin zona süxurlarının keçiriciliyini artırmaq üçüçn aşağıdakı üsullardan istifadə olunur:
1. Quyudidi zonasının xlorid turşusu ilə işlənməsi- Quyudibi zonasının xlorid turşusu ilə işlənməsinin mahiyyəti, xlorid turşusunun süxurun tərkibində olan əhəng və dolomitləri həlletmə qabiliyyətinə əsaslanır. Xlorid turşusunun təsiri ilə quyudibi zonasında mayenin hərəkət etdiyi kanallar böyüyür və orada yeni kanallar əmələ gəlir. Xlorid turşusunun miqdarı və qatılığı lay şəraitindən asılı olaraq müəyyən edilir. Yüksək təzyiqli laylar üçün qatılığı 12 – 15%, az təzyiqli layla üçün isə 8 – 12% olan turşu məhlulu işlədilir. Turşunun miqdarı isə layın 1m qalınlığı üçün 0.4 – 1.5 m3 arasında götürülür.
2.Quyudidi zonasının termoturşu üsulu ilə işlənməsi- Quyudibində qətran və parafin çökdüyü hallarda bunları quyudan kənar etmək lazımdır. Bunun üçün quyu əvvəlcədən isti neftlə yuyulur. Lakin ən əhəmiyyətli üsul quyunun termoturşu üsulu ilə işlənməsidir. Ən geniş yayılmış üsul, xlorid turşusu ilə metallik maqnezium arasında gedən reaksiya zamanı yaranan istilikdən istifadə etmək üsuludur. Quyuları termoturşu üsulu ilə işlədikdə, quyuya nasos – kompressor borularının ucunda reaksiya ucluğu buraxırlar.

Yüklə 29,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin