Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 29,87 Kb.
səhifə5/6
tarix10.12.2022
ölçüsü29,87 Kb.
#120777
1   2   3   4   5   6
təqdimatın yazı 2

3.Layın hidravliki yarılması - Quyuya iridənəli təmiz qumla qarışdırılmış özlülüyü yüksək olan maye vurmaqla layı təbəqələndirmək və layda yeni çatlar yaratmaq, təzyiq götürüldükdən sonra bu təbəqələrin qapanmaması üçün laya kvars qumu vurulur. Layı təbəqələndirmək üçün hidrostatik maye sütununun yaratdığı təzyiq 1,5-2,5 çox təzyiqin yaradılması kifayətdir.
4.Torpedləmə - bu üsulunun mahiyyəti, quyuda neftli layın qarşısında içərisinə partlayıcı maddələr doldurulmuş mərmiləri partlatmaqdan ibarətdir.
5.Neft blokadası - Neft quyuları, daban və aralıq suları ilə sulaşdıqda neft bokadasıni tətbiq etmək olar. Bu, halda su quyudibi zonasından neftlə sıxışdırılır və ara lay neftlə tıxanır. Bu blokadanın tətbiqi ilə quyudibinin neftlə dolması artdığından, neft üçüçn nisbi keçiricilik artır, su üçün isə nisbi keçiricilik azalır. Qdur ki, quyu işə salındıqda onun neft hasilatı artır, su hasilatı isə azalır.
6.Istiliklə işlənmə - Quyudibi zonasına istiliklə təsir etmə üsulu, neftin və neft məhsullarının temperaturunu artırmaqla onların özlülüyünün azalmasına əsaslanır. Neftin özlülüyü azaldıqda, onun quyuya axma şəraiti xeyli yaxşılaşır.
Plan 3.
Quyudibi zonanın turşu ilə işlənməsi.
Quyudibi zonasının xlorid turşusu ilə işlənməsinin mahiyyəti, xlorid turşusunun süxurun tərkibində olan əhəng və dolomitləri həlletmə qabiliyyətinə əsaslanır.
Xlorid turşusu ilə əhəng arasında aşağıdakı reaksiya gedir:
2HCl + CaCO3 = CaCl2 + H2O + CO2;
Xlorid turşusu ilə dolomit arasında isə aşağıdakı kimi reaksiya gedir:
4HCl + CaMg(CO3)2 = CaCl2 + MgCl2 + 2H2O + 2CO2;
Reaksiya nəticəsində alınan kalsium – xlorid (CaCl2) və maqnezium – xlorid (MgCl2) suda çox yaxşı həll olaraq məhlulda qalır.
Xlorid turşusunun təsiri ilə quyudibi zonasında mayenin hərəkət etdiyi kanallar böyüyür və orada yeni kanallar əmələ gəlir. Şubhəsiz ki, turşunun laya daxilolma dətinliyi artdıqca, kanallar daha uzaq məsafədə böyüdüklərindən işlənmənin effektivliyi də artıq olacaqdır. Turşunun laya daxilolma dərinliyi reaksiyanın sürətindən asılıdır. Təcrübə ilə müəyyən edilmişdir ki, həmin reaksiyanın sürəti süxurların kimyəvi tərkibindən, turşunun həcmindən, temperaturdan və layın təzyiqindən asılıdır.
Süxurların tərkibindən asılı olaraq xlorid turşusunun reaksiya sürətini 1.5 – dən 8 dəfəyə qədər artırmaq üçün turşunun temperaturu 20 - dən 60 - dək artırmaq lazımdır. Bundan başqa 60 temperaturadək qatılığı 5 – 15 % olan turşunun süxura olan təsiri dəyişmir. Odur ki, mədən praktikasında quyuların xlorid turşusu ilə işlənməsində qatılığı 8 – 15 % olan turşu məhlulundan istifadə edirlər. Turşu məhlulunun qatılığı 8 – 15 % - dən az olduqda, laya böyük həcmdə turşu vurmaq lazım gəlir. Bundan başqa məhlulun qatılığı çox olduqda (15% - dən çox) o, əhəng və dolomitlərdən başqa anhidridləri (CaSO4) və gipsi (CaSO4 2 H2O) də həll edir; bunlar isə quyudibi zonasında çökürlər (suda həll olunmurlar).

Təzyiqin artması, turşu ilə süxur arasında gedən reaksiyanın sürətini azaldır. Təcrübə nəticəsində müəyyən edilmişdir ki, 7 at təzyiqə qədər 75 % - li turşunun neytrallaşma vaxtı 6 – 10 dəfə, 7.5 atm – dən 10 atm – dək 30 – 35 dəfə və 20 atm – dən 60 atm – dək təzyiqdə 70 dəfə artır.


Əgər quyudibi zonası xlorid turşusu ilə işləndikdə yuxarıda göstərilən amillərin təsiri nəzərə alınmazsa onda işlənmənin effektivliyi xeyli azalar.

Xlorid turşusunun metal avadanlığa təsirini azaltmaq üçün ona inqibitor adlanan xüsusi maddə əlavə edirlər. İnqibitor metalın səthində xüsusi adsorbsiya təbəqəsi yaradır və turşunun metala təsiri etməsinin qarşısını alır. Təcrübədə inqibitor olaraq ən çox formalin işlədilir. 1 m 10 % - li turşuya 6 kq formalin qatdıqda turşu metala təsir etmir.


Turşu sement və qum ilə görüşdükdə qel adlanan maddə əmələ gəlir. Bu maddə çox asanlıqla süxurun məsamələrində çökə bilər. Ona görə də turşu məhluluna stabilizator əlavə edilir. Stabilizator olaraq sirkə turşusu və yaxud ftor turşusu işlədilir. Xlorid turşusu məhluluna 0.8 – 1.2 % sirkə turşusu əlavə etdikdə, aluminum və dəmir oksidləri uzun müddət turşuda həll olunmuş halda qalır və beləliklə, qel əmələ gəlmir.


Reaksiya qurtardıqdan sonra laydan neytrallaşmış (işlənmiş) turşunun çıxarılmasını asanlaşdırmaq üçün turşuya əvvəlcədən səthi – aktiv maddələr qarışdırılır. Bu maddələr turşunun səthi gəlirməsini azaldır və neytrallaşmış turşunun quyuya hərəkətini asanlaşdırır.



Yüklə 29,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin