Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin nəzdində


Şək. 3.2. Lyuminisent lampasının starterli birləşmə sxemi



Yüklə 169,61 Kb.
səhifə6/7
tarix17.12.2022
ölçüsü169,61 Kb.
#121277
1   2   3   4   5   6   7
Elektirik işıqlanması (1)

Şək. 3.2. Lyuminisent lampasının starterli birləşmə sxemi.
Sxemə paralel, qurğunun güc əmsalını 0,5...0,6-dan 0,92...0,95-ə qədər yüksəldən, C1 kompensasiya edən kondensatoru qoşulmuşdur. Kondensatora paralel qoşulmuş
Rmüqavimətinin vəzifəsi, sxem dövrədən açıldıqdan sonra kondensatorun boşalmasını təmin etməkdir.C2 kondensatorunun vəzifəsi qövslü boşalmanın yaratdığı radioəngəlləri dəf etmək, drosseldə yaranmış yüksək gərginlik impulsunun müddətini artırmaq və starterin kontaktlarının açılmasında əmələ gələn qığılcımı, azaltmaqdır. Sxem qoşulduqdan sonra şəbəkənin gərginliyi lampa və starterə verilmiş olur.Lampanın yüksək alışma gərginliyi onun işə düşməsinə imkan vermir (Ual>Uş). Bu zamanstarterdə alışma gərginliyinin şəbəkə gərginliyindən az olduğundan (Ualş), zəif közərən boşalma yaranır. Zəif közərən boşalmada alınan istilik bimetal elektroduqızdırır. Bu elektrod qızaraq tərpənməz elektroda toxunur. Starterin kontaktları qapandıqda lampanın elektrodları və drossel ardıcıl dövrə yaradır. Dövrədən, elektrodların qızmasına səbəb olan və lampanın nominal cərəyanından təxminən 1,5 dəfə artıq, cərəyan axır. Qızdırılma prosesi l...3s davam edir. Bu da
starterin bimetal elektrodunun soyuması və dövrənin açılması üçün kifayətdir. Bu müddətdə lampanın elektrodları boşalma aralığının ionlaşdırılmasına lazım olan qədər qızır. Qızdırılma pro-sesinin sonunda starterin kontaktları açılır. Dövrə
açıldıqda, drosselin sarğısından axan cərəyan kəskin sürətdə azalır və orada özünüinduksiya EHQ yaranır. EHQ və şəbəkənin gərginliyinin cəm qiyməti lampada boşalma aralığının deşilməsi və qövslü boşalmanın yaranması üçün
kifayətdir. Lampa yanmağa başlayır (şəbəkə gərginliyinin təxminən yarısına bərabər yanma gərginliyi qərarlaşır). Lampa işə düşdükdən sonra starterin elektrodları açılı
qalır və zəif közərən boşalma bir daha yaranmır.Bu ona görədir ki, starterə düşən lampanın Uy.l. yanma gərginliyi starterin Uu.d. işə düşmə gərginliyindən kiçikdir.
Starterin etibarlı avtomatik işləməsi üçün aşağıdakı şərt
ödənilməlidir:
UŞ> Uy.s. > U y.l. , (8.6.)


Yüklə 169,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin