Giriş Elektrik enerjisindən səmərəli istifadə..........................................................səh.1
2. Plan 1. Plan 1: Enerji resurslarından səmərəli istifadə ..............................................səh.2
2. Plan 2: Kənd təsərrüfatında elektrik enerjisindən istifadə................................səh.3
3. Plan 3: Proqnozlaşdırılan layihələrin həyata keçirilməsi...................................səh.4
İstifadə olunan ədəbiyyatların siyahısı:......................................................səh.6
Giriş Azərbaycanda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun ilə, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, energetika sahəsini tənzimləyən Azərbaycan Respublikasının qanunları, energetika və enerji resurslarından səmərəli istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.
Enerji resurslarından səmərəli istifadə ətraf mühitə texnogen təsirin azalması şərtilə enerji resurslarının (enerjinin) iqtisadi cəhətdən daha faydalı istifadəsini nəzərdə tutur.
İstehlak olunan enerjinin hesablanması və istehlakçıların məlumatlandırılması
Enerji təchizatçıları elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı istehlakçılarını ağıllı sayğaclarla təchiz edir;
Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı sayğaclarla təmin edir;
Binaların istilik enerjisi ilə təchizatı mərkəzləşdirilmiş qaydada həyata keçirildikdə qoşulma nöqtəsində istilik və isti su sayğacı quraşdırılır;
İstilik enerjisini ölçmək üçün istehlakçıların ağıllı sayğaclardan istifadəsi texniki cəhətdən mümkün və ya iqtisadi cəhətdən səmərəli olmadığı hallarda, istilik enerjisinin təchizatçısı öz hesabına istilik enerjisi istehlakının ölçülməsi məqsədilə istilik nəzarət cihazlarını və istilik xərclərinin istilik istifadə miqdarına bağlı olaraq bölgüsünü təmin edən sistemləri quraşdırır.