Ekoloji problemlər — müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodların tüstüsü, kondisionerlər və s. Texnika dünyamızı addım- addım məhvə doğru aparır. Dizel daxiliyanma mühərrikini ixtira edərkən gələcək ekoloji pozğunluğun bünövrəsini qoymuşdur. Amma iri sənaye maqnatları çətin ki, bu ixtiraların həyata keçməsinə və ya istehsalına imkan versin. Ekoloji halın dözülməz hala gəlməsi ozon qatının məhvi və oksigen qazının çox-çox azalması zəncirvari olaraq digər fəsadlar törədəcək. Yaxın 150–200-ilə gözlənilən bu hadisələr, həmçinin qiyamət əlamətlərini də xatırladır. İnsanların sayı artmaqla texnika və texniki tələbatlar artmağa doğru gedir. İri şəhərlərdə sənaye və məişət tullantılarının uzun illər yığılıb istifadəsiz qalması öz növbəsində gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olmuşdur. İri yaşayış məntəqələrində, xüsusən sənaye mərkəzlərində məişət tullantılarının daşınması və yerləşdirilməsi də xüsusi narahatlıq doğurur. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərin kənarlarında saysız miqdarda qanunsuz tullantı poliqonları yaranmışdır ki, bu da ətraf mühiti çirkləndirməklə bərabər, həm də insanların sağlamlığı üçün təhlükə yarada bilən xəstəlik mənbələrinə çevrilmişlər.
Çirklənmənin müxtəlif formaları, o cümlədən hava, su və torpaq çirklənməsi ekosistemlərə və insan sağlamlığına zərərli təsir göstərir. Sənaye tullantıları, avtomobillərin tullantıları, düzgün olmayan tullantılar və kimyəvi maddələrdən geniş istifadə nəfəs aldığımız havanı, içdiyimiz suyu və həyatı təmin edən torpağı çirkləndirir. Bu çirklənmə biomüxtəlifliyə birbaşa təhlükələr və insanların rifahı üçün uzunmüddətli risklər yaradır. İnsanın yaratdığı iqlim dəyişikliyi aktual qlobal narahatlıqdır.
NƏTİCƏ VƏ TƏKLİFLƏR
1)
2
3) Bakı və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür.Buna misal olaraq,Böyükşor gölü İkinci Dünya müharibəsi zamanı açıq rezervuar kimi istifadə olunurdu,onun kənarında neft qoxusundan durmaq mümkün deyildi.Lakin Cənab Prezidentimiz İlham Əliyevin başçılığı altında artıq buraya quşlar qonur.Bundan əlavə Bibiheybət ekoloji fəlakət zonasının abadlaşdırılmasıda buna bir nümədir.Bir sözlə,Azərbaycan dövləti ekoloji vəziyyətə ciddi nəzarət edir və hazırda da bir sıra tədbirlər həyata keçirilməyə davam edir.Buna misal olaraq bəzi quraqlıq yerlərdə ağacəkmə layihələrinin təşkil olunmasını göstərə bilərik
TƏKLİF 1)
2)Təklif edirəm ki,Bakı və Abşeron yarımadasının ətraf mühitini çirkləndirən istənilən bir şəxs vəzifəsindən asılı olmayaraq ciddi cəzaya məruz qalsın.Bununlada ekoloji vəziyyətin korlanmasınş minimuma endirə bilərik.
ƏDƏBİYYAT SİYAHISI
1)Məmmədov M.S.Əsədov K.Ş.Məmmədov. F.M. Dendrologiya.B.;<<”Azərbaycan Ensiklopediyası”>>NPB, 2000. -388 s.
2)Məmmədov Q.S.Xəlilov M.Y.”Ekologiya,Ətraf mühit və İnsan".B.;Elm,2006. -608 s.
3)Məmmədov Q.Ş. “Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi” . Bakı <> -1998. 280 s.
4)Məmmədov Q.Ş.Xəlilov M.Y. “Ekoloqların məlumat kitabı”. Bakı. Elm. 2003. 514 s.
5)Məmmədov N.M., Məmmədəliyeva S.Y. “Ekologiya və Texnika”. Bakı, <> -1999.82 s.
6)Əliyeva R.Ə., Mustafayev Q.T. “Ekologiya". Bakı -2004, 432 s.
7)Sakit Hüseynov.Davamlı insan inkişafı və ekoloji təhlükəsizlik.Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri mövzusunda Beynəlxalq konfransın materialları. Bakı , Azərbaycan Universiteti,4-5 may 2011-ci il,s 176
8)www.wikipedia.com (Ekolojj problemlər )
DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!