Azərbaycan respublikasi əlyazması hüququnda azərbaycan təTBİQİ onomastikasi


Tədqiqatın nəzəri və praktik əhəmiyyəti



Yüklə 2,99 Mb.
səhifə6/31
tarix05.01.2022
ölçüsü2,99 Mb.
#111228
1   2   3   4   5   6   7   8   9   ...   31
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqatın müddəaları, əldə olunmuş nəticələr və verilən tövsiyələr Azərbaycan onomastikasının tədqiqi üçün gələcək strategiyanı müəyyən etmək və onomoterminoloji nominasiya sferasında axtarışlar üçün əhəmiyyətlidir. Həyata keçirilmiş analitik təhlil onomoqrafiyanın inkişaf perspektivlərini və onimlərin müəyyən növə, habelə lüğət janrına mənsubluğundan asılı olaraq müəyyən prinsiplərinin işlənib hazırlanmasını nəzərdə tutur. İşin materialları onomastik leksikoqrafiya üçün də əhəmiyyətlidir. Dissertasiyada onomastik nominasiya proseslərinin ümumi və spesifik cəhətlərinin təsvirinə cəhd edildiyindən nəzəri nəticələr onomastikonun sistemli tədqiqi zamanı, nominasiya nəzəriyyəsinin gələcək tədqiqində istifadə oluna bilər. Dissertasiyada gələcək nəzəri ümumiləşdirmələr üçün material mövcuddur. O, onomastika sahəsində yeni elmi tədqiqatların inkişafına kömək edə bilər. Xüsusi adların poetonim kimi öyrənilməsi – sosiofiloloji problemdir ki, bunun həlli ədəbi-bədii mətnin dərindən anlaşılmasına kömək edir.Tədqiqat tətbiqi onomastikanın aktual problemlərinin işlənilməsinə müəyyən töhfəsini verir.

Tədqiqatın əsas müddəalarını ali məktəblərdə onomastika, leksikologiya, ümumi dilçilik, dilçiliyə giriş, tətbiqi dilçilik, onomoqrafiya, müqayisəli dilçilik, linqvokulturologiya, mədəniyyətlərarası kommunikasiya üzrə kursların, mühazirə və seminarların təşkilində, onomastika, psixolinqvistika, sosiolinqvistika üzrə proqramların, dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasında tətbiq etmək mümkündür. Tədqiqatın nəticələri milli onomastikanın praktik məsələlərinin işlənilməsində, xüsusi adların kompleks şəkildə öyrənilməsində, onimlərin statistik və stratiqrafik təhlili zamanı, onomastik soraq kitabları və lüğətlərinin tərtibi zamanı istifadə oluna bilər.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin