Tədqiqatın elmi yeniliyi. Dissertasiyanın elmi yeniliyi qayıdış əvəzliklərinin ifadə etdiyi mənanın semantik deyil, praqmatik nöqteyi-nəzərdən təhlil edilməsi, məna dəyişikliklərində kontekstin rolunun araşdırılması, kontekstin dəyişməsi ilə mənanın dəyişməsinin sistemli şəkildə praktik formada araşdırılmasıdır. Bunu edərkən də P.Qraysın söhbət maksimaları deyil, S.Levinsonun Neo-Qrays prinsipləri nəzəriyyəsindən istifadə edilməsidir.
Praqmatika dilçiliyin yeni bir sahəsi olduğu üçün tam ətraflı tədqiq edilməmiş və Azərbaycanda da bu sahə üzrə edilən araşdırmaların sayı məhduddur. Qayıdış əvəzliklərinin praqmatik yöndən araşdırılması Azərbaycanda ilkin təşəbbüslərdən hesab edilə bilər.
Dostları ilə paylaş: |